Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8036
  1 EUR 1.0456
  1 RUB 0.1409
  1 GBP 0.1094
  100 JPY 0.2101
27.07.2010 01:38
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi




27.07.2010/ Azərbaycanda kölgə iqtisadiyyatı 63%-dən çoxdur
Dünya Bankı: “Dünyada kölgə iqtisadiyyatının payı artır”

Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənməkdədir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bu günlərdə 151 ölkə haqqında hesabat açıqlayıb.



26.07.2010/ Big Mac İndeksinə görə, dollar 86 qəpik olmalıdır

Amerikanın “The Economist” jurnalı özünün ənənəvi Big Mac İndeksini hesablayıb. İndeksə görə, dünyada dəyəri ən çox şişirdilmiş valyuta Norveç kronudur. Paytaxt Osloda satılan məşhur hamburqerin qiyməti 7 dollardır. Jurnalın ekspertləri hesab edirlər ki, kronun dəyəri 2 dəfəyədək şişirdilib və əslində bu valyutanın dollara nisbətən dəyəri 6,25 yox 12,1 kron olmalıdır.



22.07.2010/ Rusiyada yaşayış minimumu 182 dollardır
Azərbaycanda isə 109 dollar

Rusiyada adambaşına düşən yaşayış minimumunun həcmi 2010-cu ilin I rübündə 182 dollar təşkil edib ki, bu da ötən ilin sonuncu rübü ilə müqayisədə 12,3 dollar çoxdur. “İqtisadi forum” jurnalının RİA «Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Vladimir Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.



22.07.2010/ Dünyanın ən varlı dövlət və hökumət rəhbərləri

Avropanın dövlət və hökumət başçıları arasında ən varlı şəxs İrlandiyanın baş naziri Brayan Kouen hesab olunur. Onun illik qazancı $342,4 min təşkil edir. Kouen dünyanın ən varlı rəhbərləri arasında 4-cü yeri tutur.



21.07.2010/ «Mançester Yunayted» — dünyanın ən bahalı komandasıdır
İngiltərənin «Mançester Yunayted» futbol klubu dünyanın ən bahalı idman komandasıdır. Onun kapitalı 1,8 milyard dollar qiymətləndirilir. Klub “Forbes” jurnalı tərəfindən tərtib olunmuş dünyanın ən bahalı idman komandaları siyahısına başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, ötən il «Mançester Yunayted» klubunun gəliri 459 milyon dollar təşkil edib.


16.07.2010/ Beynəlxalq ehtiyatlarımız yenə azaldı
Ötən ay Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə $197,3 milyon azalaraq $5 milyard 909,3 milyona düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, may ayında ehtiyatın həcmi $6 milyard 106,6 milyon olub.


15.07.2010/ Mərkəzi Bank valyuta ehtiyatını artırıb
Əvvəlki aylardakı azalma tendensiyasına rəğmən ötən ay Mərkəzi Bankın valyuta ehtiyatında artım müşahidə edilib. İyun ayında Bankın valyuta ehtiyatı əvvəlki ayla müqayisədə 2% artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 5 milyard 470,7 milyon dollara yüksəlib.


13.07.2010/ Bankların ehtiyatları 40% azalıb
May ayında ölkə üzrə bankların ehtiyatları 19,1 milyon azalaraq 235,3 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, aprel ayında ehtiyatların ümumi həcmi 254,4 milyon manat təşkil edib.


13.07.2010/ Əmanətlər dollarlaşır
Manat əmanətləri isə azalır

May ayında əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlərin ümumi həcmi artsa da, manat üzrə cəlb edilmiş əmanətlərin həcmində azalma müşahidə edilib.Hesabat ayında milli valyuta üzrə əmanətlərin həcmi 8,6 milyon manat azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.



12.07.2010/ Mərkəz Bank valyuta əməliyyatlarını artırıb
Samir Əliyev: “Mərkəzi Bank manatınm kursunun sabit saxlanması üçün dollar satışını artırır”

May ayında manatın ABŞ dollarına nisbətən məzənnəsinin sabit saxlanılması üçün daxili bazarda aparılmış valyuta əməliyyatlarının həcmi 1 milyard 22 milyon dollar təşkil edib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.



09.07.2010/ BVF: Dollar ucuzlaşacaq
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ABŞ dolları yaxın 5 ildə az da olsa ucuzlaşacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Fondun analitik departamentinin direktoru Devid Robinson dövrü mətbuata açıqlamasında bilirib.


06.07.2010/ MDB-də sənaye istehsalı ən az Azərbaycanda artıb
2010-cu ilin yanvar-may aylarında sənaye məhsullarının ən yüksək artımı Qırğızıstanda qeydə alınıb. Bu ölkə artım 56,8% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi açıqlama yayıb.


06.07.2010/ KİV-ə Dəstək Fondunun rəhbəri 760 manat maaş alır
Nazirlər Kabinetinin 30 iyun 2010-cu il tarixli 127 saylı qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üzrə xərclər smetası, ştat cədvəli, işçilərinin say  həddi və aylıq vəzifə maaşları təsdiq edilib. “İqtisadi forum” jurnalı bu barədə Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir.


05.07.2010/ Problemli kreditlər durmadan artır
Onların payı 4,4%-ə çatıb

May ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 18,4 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da problemli kreditlərin ümumi kreditlərdə payı 4,4%-ə yüksəlib.



02.07.2010/ Zərərlə işləyən bankların sayı rekord həddə çatıb
Hər üçüncü bank zərərlə işləyir

May ayını daha 4 bank zərərlə başa vurub. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Sonuncu dəfə 2006-cı ilin avqustunda belə bankların sayı 16 olub.



<<  <  1 2 3 4 5  >  >>

INVESTOR QALEREYASI
Yunanıstan avro üçün yalnız ilk sınaqdır
Investor qalereyasinin testi2
Investor qalereyasinin testi

© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV