İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda dövlət satınalmaları sistemində problemlər” mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin növbəti mərhələsini elan edir. Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.
davamı
PARLAMENT MÜZAKIRƏLƏRININ BÜDCƏ QƏRARLARINA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI
HÖKUMƏTİN BÜDCƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSI
Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair TƏDQİQAT HESABATI
Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənməkdədir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bu günlərdə 151 ölkə haqqında hesabat açıqlayıb.
Amerikanın “The Economist” jurnalı özünün ənənəvi Big Mac İndeksini hesablayıb. İndeksə görə, dünyada dəyəri ən çox şişirdilmiş valyuta Norveç kronudur. Paytaxt Osloda satılan məşhur hamburqerin qiyməti 7 dollardır. Jurnalın ekspertləri hesab edirlər ki, kronun dəyəri 2 dəfəyədək şişirdilib və əslində bu valyutanın dollara nisbətən dəyəri 6,25 yox 12,1 kron olmalıdır.
Rusiyada adambaşına düşən yaşayış minimumunun həcmi 2010-cu ilin I rübündə 182 dollar təşkil edib ki, bu da ötən ilin sonuncu rübü ilə müqayisədə 12,3 dollar çoxdur. “İqtisadi forum” jurnalının RİA «Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Vladimir Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.
Avropanın dövlət və hökumət başçıları arasında ən varlı şəxs İrlandiyanın baş naziri Brayan Kouen hesab olunur. Onun illik qazancı $342,4 min təşkil edir. Kouen dünyanın ən varlı rəhbərləri arasında 4-cü yeri tutur.
Rusiyanın “RİA Novosti” agentliyi ÇAP-da keçirilən futbol üzrə dünya çempionatında iştirak edən komandalara başçılıq edən məşqçilərin reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, reytinq cədvəli 32 ölkəni təmsil edən komandaların məşqçilərinin gəlirləri əsasında hazırlanıb.
Mərkəzi Bankı “MİGOM” pul köçürmə sisteminin ardınca “LEADER” sisteminin fəaliyyətinin Azərbaycanda dayandırılması ilə bağlı qərar qəbul edib. “İqtisadi forum” jurnalı bu barədə Banka istinadən məlumat verir
Dünya əmtəə bazarlarında qızılın unsiyasının qiyməti 1250 dollar həddini keçməklə növbəti tarixi maksimuma imza atıb. “İqtisadi forum” jurnalının məlumatına görə, London birjasında qiymətli metalın dəyəri əvvəlki rekord həddi 2 dollar ötərək 1251,5 dollara kimi bahalaşıb.
Son günlər dünya əmtəə bazarlarında kakaonun bahalaşması müşahidə edilir. Bahalaşma nəticəsində bu əmtəənin qiyməti son 21 il ərzində ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalı bu barədə məlumat verir.
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 98,7 qəpiyə düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dünya bazarlarında dolların bahalaşması müşahidə edilsə də, Azərbaycanda Mərkəzi Bank bazara müdaxilə hesabına bunun qarşısı alır.
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 0,8 qəpik ucuzlaşaraq 1,0075 manata düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dollar isə əksinə hələki sabitlik nümayiş etdirir.
ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiya 4 bankın fəaliyyətinin bağlanması barədə qərar qəbul edib. Bununla da ölkədə 2009-cu ildə bağlanan bankların sayı 68-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Korporasiya açıqlama verib.
“Forbes” jurnalı 9 may - Analar günü münasibətilə dünyanın ən varlı analarının reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, siyahıya varidatı 1 milyard dollardan çox olan 70 nəfər daxil edilib.
Avropa Birliyinin mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720 milyard avro həcmində antiböhran fondunun yaradılması qərara alınıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Birliyinə sədrlik edən İspaniyanın maliyyə və iqtisadiyyat naziri Elena Salqado açıqlama verib.
Moskvada uzun müddət nağdlaşdırma əməliyyatları ilə məşğul olan və 4 Azərbaycan vətəndaşının daxil olduğu mütəşəkkil cinayətkar qrup yaxalanıb. Hesablamalara görə, qrup iki il ərzində 90 milyard rubl məbləğində vəsaiti ölkədən kənara çıxarıb. “İqtisadi forum” jurnalının “РБК daily” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Departamenti açıqlama verib.
2010-cu ilin I rübündə Qırğızıstan iqtisadi artım tempinə görə MDB ölkələri arasında lider olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi açıqlama verib.
Avro artıq neçə aydır ki, böhranlı günlərini yaşayır. Ötən il avronun bahalaşması problemi ilə üzləşən və buna görə hətta Çinə minnətçi düşən Avropa Birliyi indi öz valyutasının nüfuzunu itirmək təhlükəsi ilə üzləşib. Yunanıstanın düşdüyü bataqlığa İspaniya, Portuqaliya, İtaliya və İrlandiya düşmək üzrədir. Hazırda Yunanıstan 300 milyard dollarlıq borcunu qaytarmaq üçün Avropa Birliyi və BVF ilə danışıqlar aparır. Yunanıstan və Portuqaliya birlikdə avro məkanı üzrə ölkələrin ÜDM-nin 5 faizini təşkil edir.
Estoniyada pensiya qanunvericiliyinə dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, ölkə vətəndaşlarının pensiya yaşı 2026-cı ilə qədər 65-ə qaldırılacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Delfi” xəbərlər saytı xəbər verib.
Məşhur Forbes jurnalı dünyanın ən varlı biznesmenlərinin siyahısını tərtib edib. Siyahıya 53,5 milyard dollarlıq varidata malik Meksikanın telekommunikasiya maqnatı Karlos Slim Helu başçılıq edir. O, iki amerikalını – Bill Qeyts və Uorren Baffeti qabaqlayaraq birinci yerə sahib olub.
Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. “İqtisadi forum” jurnalının məlumatına görə, Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib edib.
Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 96-cı yeri tutub. “İqtisadi forum” jurnalının məlumatına görə, Heritage Foundation 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb.
2009-cu ilin ikinci yarısında saxta avroların sayı artmaqda davam edib. Avropa Mərkəzi Bankının məlumatına görə, ötən ilin son 6 ayında 447 min saxta əskinaslar aşkar edilib. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, bu müddətdə belə pulların həcmi 8% artıb.
Venesuela prezidenti Uqo Çaves milli valyuta olan bolivarın devalvasiyası barədə açıqlama verib. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, devalvasiya neft gəlirlərin artmasına və ixracın stimullaşdırılmasına kömək etsədə də, qiymətlərin artımını şərtləndirəcək.
Azərbaycan 2010-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər veriri.
2010-cu ildə Rusiyanın dövlət borcu ÜDM-in indiki 9,8%-indən 12,8%-ə qalxa bilər. “İqtisadi forum” jurnalının “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Aleksey Kudrin açıqlama verib.
Çində dünyada ən sürətli dəmir yolu açılıb
ABŞ Konqresinin Senatı dövlət borcunun yuxarı həddini 290 milyard artıraraq 12,4 trilyona çatdırılması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, federal borclanma limitinin artırılmasının lehinə 60, əleyhinə 39 senator səs verib.
MDB banklarının kredit və depozit portfellərində fərdi müştərilərin ən yüksək konsentrasiyası mövcuddur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Moody's Investors Service beynəlxalq reytinq agentliyinin MDB ölkələrinin bank portfelində müxtəlif növ müştərilərin konsentrasiya səviyyəsini ilə bağlı hazırladığı illik tədqiqatında qeyd edilib.
Rekord kəsir ölkə üçün görünməmiş maliyyə böhranı təhlükəsi ilə üzləşdirə bilər və yalnız borcu azaltmaqla bundan qaçmaq olar. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Alan Qrinspen səsləndirib.
ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Agentliyi (Federal Deposit Insurance Corp., FDIC) dekabrın 18-də ölkənin 7 regional bankının bağlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Agentliyin pres-relizində qeyd edilir.
Danimarkanın Saxo Bankının proqnozuna görə, 2010-cu ildə qızılın bir unsiyasının dünya üzrə qiyməti 870 dollara düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə bankın “İnanılmaz proqnozlar” adlı illik məruzəsində qeyd edilib.
Hər il “ilin adamı”nı seçən Amerikanın “Time” jurnalı bu dəfə ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankeni “2009-cu ilin adamı” elan edib. “İqtisadi forum” jurnalının məlumatına görə, jurnal özünün bu il sonuncu - dekabr buraxılışında seçdiyi şəxslə müsahibə dərc edib.
2009-cu ilin oktyabrında dövlət yardımı almış 22 Amerika bankının borc qalığı 36,8 milyard və ya 0,9% təşkil edib. “İqtisadi forum” jurnalının ABŞ-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, sentyabrda bu göstərici $45,9 milyard və ya 1,1% olub.
Avstriya hakimiyyəti “BayernLB” alman bankının bölməsi olan “Hypo Alpe Adria” bankını milliləşdirib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar adıçəkilən bankın müflisləşməsinin qarşısının alınması məqsədilə qəbul edilib.
Rusiyanın Mərkəzi Bankı Milli Bank Şurasının qərarı ilə 2010-cu ildə işçilərinə çəkilən xərci 11,2% artıracaq. “İqtisadi forum” jurnalının RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bankda sonuncu dəfə əmək haqqı artımı 2008-ci ildə baş verib.
Çində dəniz kənarı Quandun əyalətini Honq Konq və Makao ada əraziləri ilə birləşdirən dünyada ən böyük dəniz körpüsünün tikintisinə başlanır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Çinin Dövlət Şurasının baş nazir müavini Li Keçyan bildirib.
Bu gun ABŞ dolları avroya nisbətən son iki ayda ən yüksək həddə qədər bahalaşıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, investorların fikrincə, ABŞ-da iqtisadi situasiyanın yaxşılaşması FES-i iqtisadiyyatı stimullaşdırmaq tədbirlərindən əl çəkməyə stimullaşdıracaq.
Avropa ölkələrinin hazırda üzləşdiyi problemlər struktur və uzun müddətli olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Yaponiyanın Bank of Tokyo bankı gələcəkdə dolların mövqeyinin möhkəmlənəcəyini əsas gətirərək investorlara avronu satmağı məsləhət görür.
40 ildən sonra Hindistan əhalisinin sayına görə Çini ötüb keçəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun hazırladığı hesabatda qeyd edilib.
“İqtisadi forum” jurnalının Rusiya Federasiyasının Mərkəzi Bankına istinadən istinadən verdiyi məlumata görə, gələn ilin yanvarından nizamnamə kapitalı 90 milyon rubldan az olan bankların lisenziyasını geri alacaq. Kiçik bankların əksəriyyəti kapital çatışmazlığı problemini artıq həll edə bilib, qalanları isə ya investor axtarır, ya da birləşmə yolu ilə vəziyyətdən çıxmaq niyyətindədir.
Almaniya kansleri Angela Merkel maliyyə sferasında bonusların vergiyə cəlb edilməsi ilə bağlı ingilis-fransız təşəbbüsünü dəstəkləyib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə kansler ötən həftə Avropa Xalq Partiyasının Bonnda keçirilən konqresində çıxışı zamanı bildirib.
Venesuela hökuməti son üç həftədə səkkizinci bankı bağlayıb. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin rəhbərliyi maliyyə sektorunun müdafiəsini təmin etməyə çalışır.
Avropa Birliyinin liderləri Beynəlxalq Valyuta Fondundan beynəlxalq maliyyə tranzaksiyalarına dünya vergisinin tətbiqinin mümkünlüyünü araşdırmağı xahiş edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə AFR agentliyi xəbər verir.
Rusiyanın Federasiyasının valyuta ehtiyatı son dekabrın 4-nə $1,5 milyard artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 27 noyabr – 4 dekabr tarixlərində ölkənin beynəlxalq ehtiyatları $449,7 milyarddan $451,2 milyarda yüksəlib.
Dünya iqtisadi böhranı başlayandan bu günə kimi qlobal iqtisadiyyat ən azı 20 milyon iş yeri itirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının dekabrın 7-də dərc olunan illik hesabatında qeyd edilib.
ABŞ-ın maliyyə requlyatorları daha 6 bankın bağlanması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Ohayo, İllinoys və Vircinya ştatlarının hərəsindən bir bank, Corciya ştatında isə 3 kiçik bank bağlanıb.
Dünya Bankı Qanq çayının təmizlənməsi üçün Hindistana $1 milyard həcmində kredit ayırmağa razılıq verib. “İqtisadi forum” jurnalının Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, kredit milyonlarla hindlilər üçün müqəddəs sayılan və dünyada ən çirkli çaylardan olan Qanqın təmizlənməsini nəzərdə tutur.
İlkin qiymətləndirmələrə əsasən, 2009-cu ilin 10 ayında MDB ölkələrində ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 9% azalıb. “İqtisadi forum” jurnalı bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinə istinadən xəbər verir.
McCrindle Research şirkəti ailədə uşaqların doğulandan həddi-buluğa çatanadək valideynlərin çəkdikləri xərcləri hesablamaq üçün tədqiqat aparıb. “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən verdiyi məlumata görə, tədqiqat 1995-ci ildən sonra doğulan uşaqlar arasında aparılıb.
2025-ci ildə Avropanın əmək qabiliyyətli hər üç sakini bir pensiyaçını “dolandıracaq”. 2050-ci ildə isə bir pensiyaçıya iki işləyən düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı hesabatda göstərilib.
Avropa Birliyinin 27 və Avrozonanın 16 ölkəsində işsizliyin səviyyəsi son 10 ildə ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalının Eurostat agnetliyinə istinadən verdiyi məlumata görə, oktyabr ayında avrozonada işsizklik səviyəsi 9,8% təşkil edib.
2009-cu ilin üçüncü rübündə ABŞ-da müflisləşən müəssisələrin sayı 33% artaraq 2005-ci ildən bəri ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalının CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın Müflisləşmə İnstitutuna (The American Bankruptcy Institute) istinadən xəbər verir.
Beynəlxalq Valyuta Fondu öz ehtiyatından Şri-Lankanın Mərkəzi bankına 10 ton həcmində qızıl satıb. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BVF açıqlama verib.
Çin öz milli valyutasını avro və digər valyutalara nisbətdə möhkəmlənməsinə imkan verməlidir. Çünki bu, həm onun özünün, həm də dünya iqtisadiyyatının maraqlarına cavab verir. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 30-da keçirilən AB-Çin sammiti zamanı avropalı məmurlar bu fikri səsləndiriblər.
Rusiya yollarında baş verən nəqliyyat qəzaların yüksək həddi ölkə xəzinəsinə $34 milyard ziyan vurur. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankının “təkərlərdəki ölümə” müqavimət” adlı məruzəsində bu barədə “CB Richard Ellis” şirkətinin tərtib etdiyi reytinq cədvəlinə istinadən məlumat verir.
Valyuta ehtiyatının həcminə görə dünyanın üçüncü ən böyük dövləti olan Rusiya öz valyuta ehtiyatının strukturunda dəyişiklik etmək niyyətindədir. “İqtisadi forum” jurnalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzi Bank valyuta ehtiyatının strukturuna Kanada dollarını də əlavə etməyi planlaşdırır.
Üçüncü rübün yekunlarına görə, ABŞ-da problemli bankların sayı son 16 ildə ən uüksək həddə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Depozitlərin Sığortalanması üzrə Federal Korporasiya (FDİC) açıqlama verib.
S&P versiyası üzrə HSBC dünyanın ən yaxşı bankıdır
Dünyanın 45 iri bankının 36-sı kapital çatışmazlığı problemi ilə üzləşə bilərlər. “İqtisadi forum” jurnalının məlumatına görə, Standard&Poor's reytinq agentliyinin hazırladığı hesabatda ən problemli banklar arasında Amerikanın Citigroup və İsveçrənin UBS AG banklarının adı da var.
Bir sıra Amerika siyasətçiləri JPMorgan Chase Co şirkətinin icraçı direktoru Ceymi Dimonu ABŞ-ın hazırkı maliyyə naziri Timoti Qeytnerin potensial xələfi qismində görürlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə New York Post qəzeti məlumat verib.
“Bizdə gəlirləri yaşayış minimumundan az olan yaşlı insanlar artıq qalmayacaqlar”. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının yığıncağında çıxışı zamanı bildirib.
2009-2010-cu illərdə Rusiyanın Müdafiə Nazirliyinin hərbçi qulluqçuları və hərbi xidmətdən tərxis olunmuş şəxslərin mənzil təminatının yaxşılaşdırılması üçün hər il 45 min ədəd mənzil tikiləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının Sankt-Peterburqda keçirilən yığıncağında çıxışı zamanı bildirib.
Rusiyanın Dövlət Duması noyabrın 20-də 2010-cu il üzrə federal büdcəni və 2011-2012-ci illər üzrə proqnoz büdcəni təsdiq edib. “İqtisadi forum” jurnalı bu barədə RİA “Novosti” agentliyinə istinadən məlumat verir.
Rusiya latın dilindəki domenləri kirilləşdirərək öz dilinə çevirməyə başlayır. Artıq 2010-cu ildə aprelin 20-də təqdimatı planlaşdırılan «рф» domenin dəyəri $350 min qiymətləndirilir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə domenin qeydiyyatçısı Ru-Center şirkətinin rəsmi saytında qeyd edilir.
Hökumətin narahatçılığına və resesiyanın növbəti dəfə baş verməsi ehtimalına rəğmən Yaponiya Mərkəzi Bankı ölkə iqtisadiyyatının vəziyyətini yüksək qiymətləndirib. “İqtisadi forum” jurnalının BBC News agnetliyinə istinadən verdiyi xəbərə görə, Mərkəzi Bank uçot dərəcəsini 0,1% həddində saxlayıb.
Avrozona artıq resesiyadan çıxır, ancaq kövrək bank sektoru, güclü avro və işsizlik kimi arzuolunmaz hallar hələ də mövcuddur. “İqtisadi forum” jurnalının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə istinadən verdiyi məlumatına görə, 2010-cu ildə avrozonada iqtisadi artım 0,9% artacaq.
Böyük Britaniyanın daxili dövlət borcu oktyabrda təxminən 830 milyard funta (929,3 milyard avro) çatıb ki, bu da ölkə ÜDM-nin 59,2%-i həddindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Britaniyanın Milli Statistika Bürosunun (ONS) məlumatlarına istinadən məlumat verir.
Avstraliya iqtisadçısı Pol Fricters insan həyatında istənilən əhəmiyyətli hadisənin dəyərini ölçməyə imkan verən düstur tərtib edib. “İqtisadi forum” jurnalı bu barədə “The Daily Telegrauph” qəzetinə istinadən məlumat verir.
Rusiyanın Federasiyasının valyuta ehtiyatı son bir həftədə 7,8 milyard dollar artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, noyabrın 13-nə ölkənin beynəlxalq ehtiyatları $433,9 milyarddan $441,7 milyarda yüksəlib.
“İqtisadi forum” jurnalının məlumatına görə, Rusiya hökuməti 2009-cu ilin ikinci rübü üzrə ölkə üzrə adambaşına düşən yaşayış minimumu həddini 180 dollar məbləğində (5187 rubl) təsdiq edib.
“Qlobal ehtiyat valyutasının sabitliyinin zəruriliyi ondan ibarətdir ki, dünya bir daha “qızıl standart” dövrü bitəndən sonra olduğu kimi bir ölkədə çap edilən valyutaya arxayın olmayacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF rəhbəri açıqlama verib.
Avropa Birliyi var-dövlətin həcminə görə Amerikalıları ötüb. “İqtisadi forum” jurnalının məlumatına görə, Boston Consulting Group (BCG) şirkətinin tədqiqatçıları bu qənaətə gəliblər.
Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatından Mavriki Mərkəzi Bankına 2 ton həcmidə qızıl satıb. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, Fond bu sövdələşmədən $71,7 milyon qazanıb.
Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsinin saxlanması üçün noyabrın əvvəlindən daxili bazardan 5 milyarddan çox məbləğdə dollar alıb. “İqtisadi forum” jurnalının RİA-Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın sədr müavini Aleksey Ulyukayev bu barədə açıqlama verib.
Niderland hökuməti sürücülərin vergiyə cəlb edilməsi qaydasını müəyyənləşdirən yeni qanun qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, yol vergisi və avtomobil almağa görə tətbiq edilən vergi ləğv edilir və əvəzində avtomobilin il ərzində faktiki yürüşü əsasında vergi hesablanacaq.
ABŞ-ın xarici ticarət balansının kəsiri sentyabrda 18% artaraq $36,5 milyarda çatıb. Avqust ayında ticarət kəsiri $30,8 milyard təşkil edib. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrda kəsirin artım tempi son 10 ildə ən yüksək həddə olub.
ABŞ-ın Əmanətlərin Sığortası üzrə Federal Korporasiyanın (FDİC) sədri Şeyla Beyr açıqlamasında bildirib ki, böhranın kəskin dövründə ABŞ banklarına kapitalın birbaşa yönəldilməsi hökumətin səhv addımı olub.
2009-cu ilin oktyabrında ABŞ-ın federal büdcəsinin kəsiri $176,4 milyard təşkil edib.Halbuki analitiklər büdcə kəsirini $150 milyard həddində proqnozlaşdırmışdı.Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Qlobal böhran, o cümlədən dolların ucuzlaşması səbəbindən qızıla olan tələbatın kəskin artması bu qiymətli metalın qıtlığını yarada bilər. “İqtisadi forum” jurnalının The Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, qızılın son vaxtlar sürətlə bahalaşmasına rəqmən onun istehsalı azalmaqda davam edir.
ABŞ dolların məzənnəsinin möhkəmlənməsində maraqlıdır. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Amerikanın maliyyə naziri Timoti Qaytner belə açıqlama verib.
Dünya əhalisinin yalnız 11%-i azad bazar kapitalizminin yaxşı işlədiyini və dövlət tərəfindən əlavə tənzimləmə tədbirlərinə ehtiyac olmadığını bildirib. “İqtisadi forum” jurnalının məlumatına görə, BBC World Service şirkətinin dünyanın 27 ölkəsi arasında apardığı sorğunun nəticələri əsasında bu qənaətə gəlinib.
İnkişaf etməkdə olan ölkələrin meqapolisləri Avropa şəhərlərini sıxışdırmaqla dünyanın ən bahalı şəhərlərinin reytinq cədvəlini “işğal” etməkdədir. “İqtisadi forum” jurnalının məlumatına görə, PricewaterhouseCoopers şirkəti ÜDM-in həcmi əsasında 2008-ci il üzrə dünyanın iri şəhərlərinin reytinq cədvəlini tərtib edib.
ABŞ-da işsizliyin səviyyəsi 1983-cü ilin aprel ayından sonra ilk dəfə olaraq 10,2% həddinə çatıb. Oktyabrda iş yerlərinin ixtisar tempi ekspertlərin gözlədiyindən də çox olub. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə işsizliyin səviyyəsi ay ərzində birdən-birə 0,4% artıb.
BVF-nin tövsiyələrinə uyğun olaraq ABŞ-ın ardınca Avropa Birliyi və Britaniya uçot dərəcəsini qaldırmamaq qərarına gəlib. “İqtisadi forum” jurnalı bu barədə Avropa Mərkəzi Bankı və İngiltərə Bankına istinadən məlumat verir.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) ekspertlərin gözlədiyi kimi əsas uçot dərəcəsini 0-0,25% diapazonunda saxlamaq barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə FES açıqlama verib.
“İqtisadi forum” jurnalı “Qlobal iqtisadi böhran sizə necə zərər vurdu?” sualı ilə keçirdiyi internet sorğusunu başa çatdırıb. Sorğuda 60 nəfər iştirak edib.
Amerikanın Gallup sosioloji şirkətinin dünyanın 135 ölkəsində apardığı sorğunun nəticəsi göstərir ki, təxminən 700 milyon insan yaşamaq üçün başqa ölkəyə köçmək arzusunda olduğunu bildirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BBC News xəbər verir.
“Dünyada əmək haqlarının artım səviyyəsinin azalması qlobal iqtisadi böhranı doğuran əsas səbəblərdəndir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) “2009-cu il üzrə əmək haqlar barədə qlobal məruzə” adlı sənədində qeyd edilir.
İqtisadiyyatı kəskin böhran keçirən Latviyada işsizlik səviyyəsi durmadan artır. “İqtisadi forum” jurnalının Eurostat statistika agentliyinə istinadən verdiyi məlumata görə, sentyabr ayında ölkə əhalisinin 19,7%-i işsiz qalıb ki, bu da Avropa Birliyində ən yüksək göstəricidir.
Beynəlxalq Valyuta Fondu Hindistanın Mərkəzi Bankına 200 ton həcmində qızıl satması barədə açıqlama verib. “İqtisadi forum” jurnalının BVF-yə istinadən verdiyi məlumata görə, satılan qızılın həcmi Fondun satışa çıxartdığı qızılın təxminən yarısı qədərdir.
Bu günlərdə ABŞ-ın daha 9 bankı maliyyə imkansızlığı ucbatından bağlanıb. “İqtisadi forum” jurnalının Əmanətlərin sığortalanması üzrə Federal Korporasiyaya istinadən verdiyi məlumata görə, bununla da 2009-cu ildə ölkədə bağlanan bankların sayı 115-ə çatıb.
Ötən il dünyasını dəyişmiş Fransız modelyer və dizayner İv Sen-Loran 2009-cu ilin yekunları üzrə ölmüş ən varlı məşhurlar siyahısına başçılıq edir. “İqtisadi forum” jurnalının “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, Loran il ərzində 350 milyon dollar qazanıb.
Ən iri dünya iqtisadiyyatında ticarət kəsirinin artması səbəbindən Amerika dolları ucuzlaşmaqda davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nobel mükafatı laureatı Cozef Stiqlis bildirib.
BMT üzv-ölkələrə $740 milyon, üzv-ölkələrin bu quruma isə təxminən $3 milyard borcu var. “İqtisadi forum” jurnalının məlumatına görə, bu rəqəmlər Baş Assambleyanın beşinci komitəsində təşkilatın maliyyə məsələlərinin müzakirəsi zamanı səslənib.
Dollar dünyanın güclü valyutası olaraq qalır və Yaponiya öz ehtiyatlarının böyük hissəsini saxlamaq niyyətindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Xiroxisa Fudzii açıqlama verib.
Son ildə ən çox Riqada yaşayış evləri ucuzlaşıb. “İqtisadi forum” jurnalının Global Property Guide tədqiqat şirkətinə istinadən verdiyi məlumata görə, Latviyanın paytaxtında qiymətlər orta hesabla 59% ucuzlaşıb. Biznes klass tipli evlərin hər kvadrat metri bu şəhərdə alıcılara orta hesabla 2,3 min avroya başa gəlir.
İran körfəzi ölkələrinin vahid valyutasının yaradılması zamanı BVF əlaqələndirici rolunu oynaya bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, Fondun direktoru Dominik Stross-kan bu ölkələrin maliyyə nazirlərinin görüşü zamanı belə açıqlama verib.
Avro zonanın iqtisadiyyat və maliyyə nazirləri Lüksemburqda oktyabrın 19-da keçirilən yığıncaqda avronu Çinin köməkliyi ilə ucuzlaşdırmaq barədə qərar qəbul ediblər. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, ilin sonuna kimi avro zonanın ən azı üç ölkəsinin maliyyə nazirləri ilin sonuna kimi müvafiq danışıqlar üçün Çinə səfər edəcəklər.
BVF üzv ölkələrə antiböhran tədbirlərini dayandırmamağı tövsiyə edib. Çünki böhranla mübarizə proqramlarının vaxtından əvvəl dayandırılması dünya iqtisadiyyatında növbəti il artım əldə edilməsi imkanına mane ola bilər. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, BVF-nin direktor müavini Con Lipski Mexikoda konfransda çıxışı zamanı bildirib.
Avropanın maliyyə idarələrinin rəhbərləri valyuta bazarında vəziyyətdən narahatdırlar və dolların güclənməsi ilə bağlı ABŞ hökumətinin qərarını dəstəkləyirlər. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agntliyinə istinadən məlumat verir.
Ötən həftə Latın Amerikası ölkələri ittifaqı (ALBA - Alianza Bolivariana para las Americas) virtual hesablaşmalarda vahid pul vahidi olan sukreyə keçmək barədə razılığa gəliblər. “İqtisadi forum” jurnalının məlumatına görə, yeni valyuta ilk mərhələdə virtual hesablaşmalara tətbiq edilsə də sonradan Şimal qonşularının valyutası olan dolları tamamilə əvəzləyəcək.
Məşhur maliyyəçi Corc Soros ABŞ-ın büdcə kəsirinin artımının qarşısını almaq məqsədilə dolların Çinin milli valyutası olan yuana nisbətdə ucuzlaşmasını vacib sayır. Bu barədə “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən xəbər verir.
Britaniya, İspaniya və Avropa Birliyinin daha 10 ölkəsinin büdcələri dövlət müavinəti xərclərinin proqnozlaşdırılmış artması hesabına və dünya maliyyə böhranının nəticələrinə görə uzunmüddətli risk zonasında yerləşir. “İqtisadi forum” jurnalının “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının hesabatına qeyd edilib.
Qlobal maliyyə böhranına baxmayaraq, Almaniya dünyanın iri ixracatçıları reytinqində öz liderliyini qoruya bilib. “İqtisadi forum” jurnalının Dünya Ticarət Təşkilatına istinadən verdiyi məlumata görə, 2008-ci ildə Almaniyanın ixracının ümumi dəyəri $1,5 trilyona çatıb.
“İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Alan Qrinspen Beynəlxalq münasibətlər Şurasının Nyu Yorkda düzənlənən konfransında çıxışında dolların hazırki vəziyyətindən bir o qədər də narahat olmadığını bildirərək diqqəti dövlət borcu probleminə yönəldib.
Amerika valyutasının qarşıdakı yarım ildə avroya və xammal ixracatçıları olan ölkələrin valyutalarına nisbətən ucuzlaşması prosesi davam edə bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Goldman Sachs bankının analitikləri belə proqnozla çıxış ediblər.
Rusiyanın qızıl-valyuta ehtiyatı 2-9 oktyabr tarixində 1,7% artaraq $418,7 milyarda çatıb. Valyuta ehtiyatı bir həftədə $7,2 milyard çoxalıb. Bu barədə “İqtisadi forum” jurnalı Rusiyanın Mərkəzi Bankına istinadən məlumat verir.
ABŞ dollarının indiki səviyyədə dəyərsizləşməsinə baxmayaraq ən azı üç səbəbdən bu valyutanın böhranına gətirib çıxarmayaq. Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın iri özəl bankı olan “Bank of America”ya istinadən məlumat verir.
Qlobal böhranın təsiri nəticəsində dünyada ac olan insanlarının sayı 1,02 milyard nəfərə çatıb. Bu barədə “İqtisadi forum” jurnalı BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məruzəsində qeyd edilir.
ABŞ-ın JPMorgan, Bank of America, Citi, Goldman Sachs, Morgan Stanley, Ameritrade, NYSE Euronext və s. kimi 23 aparıcı investisiya banklarının, fond və xammal birjalarının əməkdaşları 2009-cu ildə 2007-ci illə müqayisədə çox qazana bilərlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzetinin əməkdaşları fikirlərini bildiriblər.
Cari ilin III rübündə Britaniyada işsizlərin sayı əvvəlki rüblə müqayisədə 0,3% artaraq ölkənin əmək qabiliyyətli əhalisinin 7,9%-i həddinə çatıb. Bu barədə “İqtisadi forum” jurnalı Britaniyanın Milli Statistika Bürosuna istinadən məlumat verir.
ABŞ, Avropa və Britaniyanın ardınca Yaponiya da uçot dərəcəsini sabit – illik 0,1% həddində saxlayıb. Bu barədə “İqtisadi forum” jurnalı Yaponiyanın Mərkəzi Bankına istinadən məlumat verir.
ABŞ hökumətinin borcunun həcmi Konqres tərəfindən müəyyən edilmiş son həddə - $12,1 trilyona çatıb və ilin sonuna daha da artacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Standard & Poor's agentliyi açıqlama verib
Böyük Britaniyada uçot dərəcəsi 2011-ci ilə kimi 0,5% səviyyəsində qalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi və Biznes Tədqiqatları Mərkəzi (CEBR) belə proqnozla çıxış edib.
Elinor Ostrom iqtisadiyyat sahəsində bu mükafatı alan ilk qadın oldu
İsveç Kral Akademiyasının Nobel Komitəsi 2009-cu il üzrə iqtisadiyyat üzrə Nobel mükafatının laureatlarının adlarını açıqlayıb. Amerikalı alimlər Elinor Ostrom və Oliver E.Vilyamson iqtisadi idarəetmə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.
Böyük Britaniyanın baş naziri Qordon Braun 16 milyard funt sterlinq (25,6 milyard dollar) dəyərindəki dövlət aktivlərinin satılması planlarını açıqlayacaq. “İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, özəlləşdirmədən daxil olan vəsaitlər ölkənin büdcə kəsirinin örtülməsinə yönəldiləcək.
FES rəhbəri: “İqtisadi şərait uçot dərəcəsini uzun müddət aşağı səviyyədə saxlanılmasını şərtləndirir”
“Biz hesab edirik hələki yumşaq pul-kredit siyasətini davam etdirməliyik”. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke açıqlama verib.
“İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, qlobal iqtisadi böhranın olacağını xeyli əvvəl demiş Amerikanın aparıcı analitiki Nurel Rubini növbəti xəbərdarlıq təbilini çalıb. Onun fikrincə, hazırda dünyada yeni maliyyə böhranının toxumları basdırılır.
Proqnoza görə, 2010-cu ildə dünyada nikelə olan tələbat artacaq
Avstraliyanın iri nikel istehsalçısı “Panoramic Resources Ltd” şirkətinin proqnozuna görə, 2010-cu ildə dünyada nikelə olan tələbat artacaq. Cari ilin əvvəlindən nikelin bir tonunun qiyməti $11 mindən $18 minə qalxıb. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agentliyinə istinadən məlumat verir.
Britaniya Dünya İqtisadi Forumun 2009-cu il üzrə tərtib etdiyi reytinq cədvəlində maliyyə sistemi ən yaxşı inkişafı edən ölkə olub. Bu barədə “İqtisadi forum” jurnalı Forumun hesabatına istinadən məlumat verir.
Sərnişinlərdən əlavə yük üçün 40 funt tələb olunacaq
Britaniyanın aviaşirkəti British Airways açıqlama verib ki, oktyabrın 8-dən etibarən sərnişinlər təyyarə salonuna ikinci əl çantası gətirmək istədikdə pul ödəməli olacaqlar. Bu barədə “İqtisadi forum” jurnalı şirkətə istinadən məlumat verir.
Avropa Birliyinin əksər ölkələri büdcə kəsiri üzrə qəbul edilmiş normanı pozur. Avropa Birliyinin 9 ölkəsi olan Almaniya, İtaliya, Avstriya, Belçika, Çexiya, Slovakiya, Sloveniya, Niderland və Portuqaliya 3%-lik həddi keçiblər. Bu barədə “İqtisadi forum” jurnalı Avropa Komissiyasının açıqlamasına istinadən xəbər verir.
GfK Group tədqiqat şirkətinin hər il tərtib etdiyi “Milli brendlər indeksi” üzrə ABŞ 2009-cu ildə dünyanın ən cəlbedici ölkəsi olub. Bu barədə “İqtisadi forum” jurnalı şirkətin oktyabrın 5-də dərc olunan açıqlamasına istinadən xəbər verir.
Avropanın Mərkəzi Bankı oktyabrın 8-də keçirilən iclasında uçot dərəcəsini 1% səviyyəsində saxlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın mətbuata açıqlamasında qeyd olunub.
Federal büdcənin kəsiri $1,4 trilyona çatıb
2009-cu maliyyə ilinin yekunlarına görə, ABŞ-ın federal büdcəsinin kəsiri rekord səviyyəyə qalxaraq $1,4 trilyon təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Associated Press agentliyi ABŞ Konqresinin büdcə idarəsinə istinadən xəbər verir.
Sentyabrın sonuna Yaponiyanın qızıl-valyuta ehtiyatı avqust ayı ilə müqayisədə $10,25 milyard artaraq ölkə tarixində ən yüksək həddə - $1,052 trilyona çatıb. “İqtisadi forum” jurnalının Yaponiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 3-cü aydır ki, valyuta ehtiyatında artım müşahidə olunur.
“İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Böyük iyimiliy”in daxilində dünya maliyyə siyasətində əsas qərar qəbul edən və 4 iştirakçıdan ibarət yeni qrup yarana bilər.
Küveyt hökuməti İraqdan 1990-1991-ci illərdə İran körfəzində müharibə vaxtı ölkəyə vurulmuş zərərin qalan hissəsini – $24,8 milyard dəyərində təzminat ödəməyi tələb edib. “İqtisadi forum” jurnalının Küveyt KİV-rinə istinadən məlumat verir.
Almaniyanın böyük banklarından olan Deutsche Bank 2010-cu il üçün neftin bir barelinin proqnoz qiymətini $10 artıraraq $65 olacağını bildirib. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bank iqtisadi göstəricilərin yaxşılaşması və dolların zəifləməsi kimi amilləri nəzərə alaraq proqnozunu artırıb.
Avrokomissiya iPod pleyerləri və digər portativ musiqi avadanlıqlarında səsin ucalığı üçün 80 desibelden çox olmamaq şərti ilə məhdudiyyət hədd tətbiq edir. Bu barədə “İqtisadi forum” jurnalı Britaniyanın “The Times” qəzetinə istinadən xəbər verir.
“Avropada iqtisadiyyatın bərpası “ləng və zəif” getdiyindən regionun mərkəzi bankları aşağı uçot dərəcəsini saxlamalı və imkan daxilinə qeyri-standart stimullaşdırıcı tədbirlərin tətbiqini davam etdirməlidirlər”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF-nin tövsiyəsində qeyd edilib.
“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın “Financial Times” qəzeti dünyanın ən nüfuzlu biznes qadınlarının reytinqini tərtib edib. Reytinq cədvəlinə PepsiCo şirkətinin icraçı direktoru, hind əsilli amerikalı İndra Nuyi başçılıq edir. Cədvəldə ABŞ vətəndaşları çoxluq təşkil edir. Onların ardınca sürətli inkişaf edən Asiya xanımları gəlir.
Avropa Birliyi ölkələrinin maliyyə nazirlərinin iqtisadiyyatının stimullaşdırılması üzrə böhran tədbirləri bitdikdən sonra hansı addımları atacaqları barədə fikirləri haçalanır. Fikir ayrılığı əsasən atacaqları addımların müddəti ilə bağlıdır. Halbuki Avropa Komissiyası bu müddəti 2011-ci il nəzərdə tutub. Bu barədə “İqtisadi forum” jurnalı xəbər verir.
Honq Konqu Çinin sərhədyanı şəhərləri olan Şençjen və Quançjou ilə birləşdirən və 2015-ci ildə istifadəyə veriləcək sürət qatarları üçün dəmir yolunun Honq Konq tərəfinə düşən hissəsi kilometr hesabı ilə dünyada ən bahalı yol olacaq. Bu barədə “İqtisadi forum” jurnalı "South China Morning Post" qəzetinə istinadən məlumat verir.
Cari ilin sentyabr ayında ABŞ-da işsizliyin səviyyəsi avqust ayı ilə müqayisədə 0,1% artaraq 9,8% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın əmək nazirliyinin mətbuat üçün açıqlamasında qeyd edilib.
Yeni qanun 300 milyard avronu ölkəyə qaytaracaq
İtaliya parlamenti deklorasiya edilməmiş offşor hesabların sahibləri üçün vergi amnistiyasını nəzərdə tutan qanunu təsdiq edib. “İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Silvio Berluskoni də vergi amnistiyası qanununu dəstəkləyib.
Britaniya elmi sənayecə inkişaf etmiş “böyük səkkizlik” ölkələri arasında ən məhsuldar və effektiv sahədir. “İqtisadi forum” jurnalının BBC News agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar qabiliyyətlər və innovasiyalar və biznes departamentinin (BİS) məruzəsində qeyd edilir.
İtaliyada fəaliyyət göstərən 4 əsas mafioz qrupun (Cosa Nostra, Camorra, Ndragetta və Sacra Corona) illik dövriyyəsi 120 milyard avroya bərabərdir. Bu göstərici İtaliya ÜDM-sinin 10%-nə bərabərdir. Bu barədə “İqtisadi forum” jurnalı İtaliyanın Censis tədqiqat mərkəzinin hazırladığı məruzəyə istinadən məlumat verir.
Avropa bankları 2009-cu ildə €400 milyard məbləğdə itki ilə üzləşə bilərlər. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Avropanın maliyyə təşkilatlarının apardığı stress-testlər bu nəticəni göstərib. Testin nəticəsinə görə, əgər iqtisadi situasiya pisləşməkdə davam edərsə, 2010-cu ildə də bu itki ola bilər.
BVF 2010-cu ildə MDB-də 2,1%-lik artım proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu qlobal maliyyə böhranın sona yetməsi qənaətindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, Fond yeni proqnozunda 2009-cu il üzrə qlobal azalma tempini 0,3 bənd azaldaraq 1,1%-ə salıb və 2010-cu ildə artım tempini 0,6 bənd artıraraq 3,1%-ə qaldırıb.
Ən yüksək hədd İspaniyada, ən aşağı hədd isə Niderlanddadır
Avqust ayında avro zonanın 16 ölkəsində və Avropa Birliyinin 27 ölkəsində ümumi işsizliyin səviyyəsi artaraq iqtisadi aktiv əhalinin 9,6% və 9,1%-i səviyyəsinə çatıb. Nəticədə işsizlərin sayı uyğun olaraq 15,2 milyon və 21,872 milyona yüksəlib. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat agentliyinə istinadən məlumat verir.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları artaraq sentyabrın 25-i tarixinə 411,7 milyarddan 412,7 milyard dollara çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir həftə ərzində, yəni 18-25 sentyabr tarixlərində Mərkəzi Bankın ehtiyatı 1 milyard və ya 0,2% artıb.
Rusiya Federasiyasının xarici borcu cari ilin birinci yarım ilində $5 milyard azalaraq yanvarin 1-nə olan $480,5 milyardan iyulun 1-nə $475,6 milyarda düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd edilir.
İnvestorların daha çox gəlir qazanmaq məqsədilə aktivlərini daha riskli kapitalqoyuluşlarına keçirmələri cari ilin üçüncü rübündə dolların ucuzlaşmasını sürətləndirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Wall Street Journal dərgisində yazılıb.
Amerikalı milyarderlər bir ildə 300 milyard dollar itirib
Ən zəngin 400 amerikalının sərvəti il ərzində 300 milyard dollar azalıb. Bununla da ən varlı amerikalıların vəziyyəti ötən ilki $1,57 trilyona qarşı $1,27 trilyon təşkil edib. “İqtisadi forum” jurnalı «Forbes» jurnalına istinadən bildirir ki, belə azalmaların səbəbi dünya fond bazarlarının sarsılması, daşınmaz əmlakın ucuzlaşması və hətta fırıldaqşılıq ilə əlaqədardır.
“İqtisadi forum” jurnalının məlumatına görə, Eurostat agentliyinin apardığı sorğu nəticəsində məlum olub ki, Avropa Birliyi ölkələri vətəndaşlarının 36,2%-i yalnız öz doğma dilini bilir. Əcnəbi dili bilməklə bağlı ən pis vəziyyət Macarıstandadır.
Özəl şirkətlərdə işləyən yaponların ortaillik gəlirləri ötən il 1991-ci il səviyyəsinə düşərək 47,2 min dollar olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi Yaponiyanın vergi idarəsinin apardığı tədqiqata istinadən xəbər verir.
G20 beynəlxalq iqtisadi əməkdaşlıq forumuna çevrildi
G20-yə daxil olan ölkələr beynəlxalq iqtisadi əməkdaşlıq üzrə mərkəzi forumun səlahiyyətlərini öz üzərinə götürdülər. Liderlər növbəti görüşü gələn ilin iyun ayında Kanadada, noyabrında isə Cənubi Koreyada olacaq. Görüş hər il keçiriləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Pittsburqda keçirilən sammitdə imzalanan komyunikedə qeyd olunub.
İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə şirkətlər hər il siyasətçilərə və məmurlara 40 milyard dollar məbləğində rüşvət verirlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Transparency International təşkilatının məruzəsində qeyd edilir.
“İqtisadi forum” jurnalının xarici mətbuata istinadən verdiyi məlumata görə, British Airways aviaşirkəti Amerika və Avropa arasında uçan təyyarə reysi üçün pulsuz bağaj normasını 2 dəfə azaldıb. Şirkət bununla da bu addımı atmış amerika şirkətlərinə qoşulan ilk Avropa şirkəti olub.
İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın 100 ən bahalı brendinin 12-si avtomobil şirkətlərinə məxsusdur. Qlobal böhranın təsiri nəticəsində avtomobil şirkətlərinin ticarət nişanları orta hesabla 10% ucuzlaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.
Ət məhsulları isə bahalaşıb
2009-cu ilin yanvar-avqust aylarında inflyasiya səviyyəsi Ukraynada 8,2% olub ki, bu da Avropada ən yüksək göstəricidir. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat statistika bürosunun məlumatlarına istinadən məlumat verib.
Britaniyanın Maliyyə Nazirliyi şirkətlərə müraciət edərək adlarını və vəzifələrini göstərmək şərti ilə 20 ən çox maaş alan şəxsin siyahısını təqdim etməyə çağırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Birləşmiş Krallığın maliyyə naziri Pol Mayners Britaniyanın “Guardian” qəzetinə müsahibəsində bildirib.
Avropa Birliyi ölkələri arasında Litva tikintinin həcminin azalmasına görə liderdir. Ölkədə cari ilin ikinci rübündə tikintinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48% azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat statistika bürosunun məlumatlarına istinadən məlumat verib.
Rusiya hökuməti “2010-cu ilin və 2011-2012illərin planlaşdırılmış federal büdcəsi haqqında” qanunu qəbul edib. “İqtisadi forum” jurnalının məlumata görə, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Aleksey Kudrin hökumətin yığıncağının nəticələri barədə açıqlama verərkən bildirib.
“İqtisadi forum” jurnalının Wall Street Journal dərgisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Timoti Qeytner çıxışında ölkə iqtisadiyyatının yenidən hərəkətə gəldiyini bildirib.
"İqtisadi forum" jurnalının məlumatına görə, Beynəlxalq Valyuta Fondunun direktoru Dominik Stross-Kan böhranın bitmədiyini xatırladaraq G20 ölkələrinin rəhbərlərini dünya iqtisadiyyatının resesiyadan çixması üçün səylərini səfərbər etməyə çağırıb.
G20-nin bazasında uzunmüddətli perspektivdə “dünya iqtisadi hökuməti” formalaşdırmaq olardı. “İqtisadi forum” jurnalının məlumatına görə, Böyük Britaniyanın baş naziri Qordon Braun “Welt” qəzetinə müsahibəsində belə təkliflə çıxış edib.
Yaponiyanı 40 ildən sonra ötə bilərlər
İqtisadiyyatının həcminə görə Asiyanın 4-cü ölkəsi olan Cənubi Koreya ilə ən kasıb ölkələrindən olan Şimali Koreyanın birləşməsi nəticəsində yaranan yeni dövlət, yəni Vahid Koreya yaxın 30-40 ildə Almaniya və Yaponiyanı ötə bilər. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Goldman Sachs investisiya bankı belə proqnozla çıxış edib.
Almaniyanın Federal Statistika Agentliyinin məlumatlarına görə, cari ilin birinci yarım ilində ölkədə ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agentliyinə istinadən xəbər verir.
Vaxtı ilə Vozdvijenkoda yerləşən “Voentorq” ticarət kompleksini «Nafta- Moskva » şirkətinin rəhbəri Süleyman Kərimova satan AST qrupunun rəhbəri Telman İsmayılov indi də «Praqa» restoranını satmaq qərarına gəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın "RBK daily” qəzetinə məlumatlı mənbə bildirib.
“İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın mərkəzi bankı uçot dərəcəsini indiki səviyyədə saxlaya bilər.
Asiya İnkişaf Bankı (AİB) Çin və Hindistanın iqtisadi artım tempi üzrə proqnozları artırıb. Bundan başqa təşkilatın fikrincə, region dünya iqtisadiyyatının bərpasında lokomotiv rolunu oynayır. Bu barədə “İqtisadi forum” jurnalı Associated Press agentliyinə istinadən xəbər verir.
Qazaxıstanda Qaraçaqanak yatağının işlənməsində iştirak edən Britaniyanın BG Group Plc şirkəti beynəlxalq arbitraj məhkəməsinə müraciət edərək hökumətə qarşı 1 milyard dollarlıq iddia qaldırıb. Bu barədə “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən xəbər verir.
“Hətta qlobal böhranın səngidikdən sonra Polşa, Macarıstan və Çexiya maliyyə qıtlığından əziyyət çəkəcək”. “İqtisadi forum” jurnalının Bloombergə istinadən verdiyi xəbərə görə, bu nəticəyə Fitch Ratings agentliyinin ekspertləri gəlib.
Dünya əmək bazarında vəziyyətin getdikcə gərginləşməsinə baxmayaraq G20 ölkələrinin hökumətlərinin tədbirləri nəticəsində ilin sonuna kimi 7-dən 11 milyona qədər iş yeri yarana və ya qorunub saxlana bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının yaydığı açıqlamada deyilir.
Maliyyə komissiyasının sədri Taavi Rıyvasın sözlərinə görə, 2010-cu ildə Estoniyanın dövlət büdcəsi təxminən 88 milyard kron (8,3 milyard dollar) olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə komissiya sədri eston mətbuatına açıqlama verib.
Son il dünyanın böyük iqtisadiyyata malik ölkələri maliyyə böhranının qarşısını almaq üçün adambaşına 10 min dollar ekvivalentində pul xərcləyiblər. “İqtisadi forum” jurnalının məlumatına görə, BBC şirkəti BVF-nin G20-yə daxil olan ölkələrin maliyyə nazirlərinə təqdim etdiyi məlumatlar əsasında hesablama apararaq belə qənaətə gəlib.
Onun qiyməti 68,7 milyard dollardır
İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın ən bahalı brendi Coca-Cola şirkəti olub. Şirkətin ticarət markası ötən illə müqayisədə 3% artıb və hazırda 68,7 milyard dollar dəyərində qiymətləndirilir. Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.
Böhran birbaşa investisiyaların axın istiqamətini dəyişib. İnkişaf etmiş ölkələr onu itirir, inkişaf etməkda olan ölkələr isə qazanırlar. Ekspertlər hesab edir ki, resesiya inkişaf etməkdə olan ölkələrə daha gec gəlib çatıb. Bu barədə “İqtisadi forum” jurnalı Ticarət və İnkişaf üzrə BMT Konfransının məruzəsinə istinadən xəbər verir.
“İqtisadi forum” jurnalının Britaniyanın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, 3 ay müddətində, yəni aprel-iyun ayları ərzində ölkədə işsizlərin sayı 210 min nəfər artaraq 2,47 milyona çatıb. Bu da əmək qabiliyyəti əhalinin 7,9%-i qədərdir.
Neftə əsaslanan inkişaf
Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.