Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Büdcə

11.06.2009/ Ötən il büdcəyə vergi borcları artıb
Rövşən Ağayev: “...Maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır”

Dünən “Hyatt Park” hotelində Milli Büdcə Qrupu (MBQ) 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı rəyinin təqdimatını keçirdi. Tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı məruzə ilə çıxış etdi. Bildirdi ki, büdcənin icrası ilə bağlı vəziyyət ilk baxışdan qənaətbəxş görünsə də maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır.


27.05.2009/ Parlamentdənkənar büdcə dəyişiklikləri

Rövşən AĞAYEV - İTY İB-nin sədr müavini

2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlament müzakirəsinə təqdim olunub. Sənədlə bağlı Hesablama Palatasının rəyi də artıq deputatlara paylanıb. Qanunverici orqanın hesabat büdcəsinə verəcəyi qiymət indidən məlumdur - əgər büdcənin, xüsusilə də gəlirlərin icrasında problem yaranmayıbsa, deməli hökumətin büdcə fəaliyyətinə qeyd-şərtsiz «5» yazmaq olar.



22.05.2009/ Hökumətin büdcə gizlinləri
Dövlət büdcəsi ətrafında baş verənlər haqda maraqlı faktlar aşkarlanıb

«2008-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəsi başa çatıb. Layihə ilə bağlı diskussiyalar zamanı bir sıra maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Hesablama Palatasının sədri Heydər Əsədov 9 iri vergi ödəyicisinin əvvəlki illərdə olduğu kimi keçən il də öhdəliklərini yerinə yetirə bilmədiyini, nəticədə büdcəyə borcların artdığını deyib.


20.05.2009/ Monitorinqin nəticələri açıqlandı

Azər Mehtiyevin fikrincə, ana və uşaq ölümünün səbəbləri çoxdur

İqtisadi Təşəbbüslərə Yardım Birliyi ötən il “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinin monitorinqi aparıb. Bu barədə “İqtisadi forum” jurnalına İTYB-in sədri Azər Mehtiyev məlumat verib. Layihənin məqsədi barədə danışan A.Mehtiyev bildirib ki, Tədbirlər Proqramının icrası vəziyyətinin monitorinqi əsasında ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində atılan addımlar təhlil edilmiş, habelə Proqramın təkmilləşdirilməsi və ölkədə ana və uşaqların sağlamlığının qorunmasının gücləndirilməsi istiqamətində təklif və tövsiyələr hazırlanmışdır.





© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV