Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Kreditlər

08.02.2014/ Mərkəzi Bank bankları post-neft mərhələsinə hazırlayır

Son günlərdə Mərkəzi Bankın kommersiya banklarına verdiyi tövsiyələrə əsasən kreditlərin arayışsız verilməsi dayandırılmışdır və ümumiyyətlə kredit şərtlərinin sərtləşdirilməsi gözlənilir. Baş verən proseslər adi istehlakçılar arasında da ciddi narahatlıq yaradır Bütün bunları nəzərə alaraq, iqtisadçı ekspert Samir Əliyevə suallarımızı ünvanlamaq qərarına gəldik. 



17.07.2013/ Ucuz kredit üçün ucuz əmanət lazımdır
Samir Əliyev: “Sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınmalıdır”

“Mərkəzi Bank sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salmaq və kompensasiya məbləğini artırmaq haqda fikirləşməlidir. Çünki əmanətlərin faiz dərəcələri ilə kreditlərin faiz dərəcələri arasında birbaşa asılılıq var. Əmanətlərin faiz dərəcəsinin aşağı düşməsi kreditləri də ucuzlaşdıra bilər”.  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlama verib.



25.06.2013/ Ekspert kreditlərlə bağlı rəsmi məlumatı şərh edir

Bu il mayın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 665 903 borcalan və 599 475 zamin haqqında məlumat toplanıb. APA MKR-in yanvar-aprel aylarının nəticələri ilə bağlı açıqladığı hesabata əsaslanıb belə məlumat yayıb.



26.02.2013/ Kredit bataqlığı

“Bataqlıq qorxunc yerdir, ora düşdün, xilas olmaq çətindir. Bir balaca ehtiyatsızlıq kifayətdir ki, səni yavaş-yavaş udsun. Hətta sənə kömək əli uzadanı da çəkib özünlə dibə aparırsan. Bu gün kredit götürən insanlar həmin bataqlığa düşmüş insana bənzəyir. Bu ölkədə kredit adlı böyük bir bataqlıq yaranıb və getdikcə də hamını ağuşuna alır. Ailələr dağılır, insanlar işini itirir, evləri əllərində çıxır. Proses bu sürətlə davam edərsə, insanlar ailəsini dolandırmaq üçün yox, bankların kreditini qaytar üçün işləyəcəklər. Bu, çox acınacaqlı vəziyyətdir. Buna görə də Milli Məclis və Mərkəzi Bankın timsalında hökumət təcili tədbirlər görməlidir. Əks halda arzuolunmaz halların baş verməsi qaçılmazdır”. “İqtisadi forum” jurnalinın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.



07.08.2012/ Cibləri deşən kredit faizləri
Samir Əliyev: “Azərbaycanda çox az bank var ki, onların xarici bazarlara çıxışı var və həmin banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər”

Natiq Cəfərli: “Faizlərə yenidən baxılması ilə bağlı banklara dəfələrlə müraciətlər olsa da, onlar əks addım atdılar”

Müasir dövrdə kapitalizm cəmiyyətində insan həyatının ayrılmaz hissəsindən biri də kreditdir. Çünki  gündəlik şəxsi tələbatı ödəmək və ya hər hansı biznesi qurmaq üçün mütləq əlavə vəsaitə ehtiyac var. Bütün bu tələbatları qarşılamaq üçün isə kredit təşkilatlarına, xüsusən də banklara müraciət edirik. Əslində aldığımız kreditlər qeyd etdiyimiz bu dar çərçivədən də kənara çıxa bilir. Məsələn, ölkədə iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.



16.01.2012/ Kreditlərin 85%-i Bakıya axır...
Samir Əliyev: Banklar regionları kreditləşdirməkdə maraqlı deyillər

Bütün dünyada olduğu kimi, Azərbaycanda da kreditlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Arzuladığımız evi, maşını, elektrotexnikanı, hətta mobil telefonu almaq üçün bank kreditlərinə üz tuturuq. Hazırda kredit bazarı çox zəif templə inkişaf etsə də, tələbatlarımızın müəyyən dərəcədə ödənilməsində kreditlərin rolunun artmasını hər birimiz hiss edirik.


09.01.2012/ Mərkəzi Bank “Boeing” təyyarələri almaq üçün AZAL-a 57,8 milyon manatlıq kredit ayırıb
Mərkəzi Bank “Boeing” təyyarələrinin alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 57,8 milyon manat məbləğində kredit ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.


23.12.2011/ "İstehlak kreditləri haqqında" Qanun qəbul olunmalıdır
Samir Əliyev: "Müştərilərin hüquqlarının kütləvi pozulduğu bu sahə ayrıca qanunla tənzimlənməlidir"

“Təəssüf ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. Belə halların qarşısını almaq məqsədilə hökumət təcili olaraq “İstehlak kreditləri haqqında” qanun qəbul etməlidir”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.


14.10.2011/ Prezidentin yeni fərmanı: yaxşı nədir, pis nə?
Prezident İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına dəyişiklik edib. Oktyabrın 13-də imzalanmış fərmanı şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dəyişikliyi müsbət addım kimi dəyərləndirib.


07.05.2011/ Proses davam edəcək...
Samir Əliyev: “İlin sonuna kimi uçot dərəcəsinin ən azı 7-8 faizə qaldırılması ehtimalı yüksəkdir” 

Mayın 6-da Mərkəzi Bank uçot dərəcəsinin 5 faizdən  5.25 faizə qaldırılması barədə qərar qəbul edib. Mərkəzi Bankın saytında verilən məlumatda göstərilib ki, Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi aktivlik və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənir. Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır. 


02.03.2011/ Bank kreditlərinin faiz dərəcələri artacaq

Samir Əliyev: “Uçot dərəcələrinin artımı davam edəcək, manat möhkəmlənəcək”

“İnflyasiya yalnız monetar amillərlə bağlı deyil. Xüsusən də Azərbaycanda qiymətlərə daha çox inhisarçılıq, gömrük sistemində qeyri-şəffaflıq və hökumətin investisiya tipli büdcə xərcləmələri təsir göstərir”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.


06.12.2010/ Kredit faizlərinin yüksək olmasına hansı amillər təsir edir?

Media və İctimai Təşəbbüslər Mərkəzi bununla bağlı tədqiqat aparacaq

Media və İctimai Təşəbbüslər Mərkəzi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində dekabr ayından etibarən kredit bazarını təhlil edəcək. Mərkəzin rəhbəri Samir Əliyevin “İqtisadi forum” jurnalına verdiyi məlumata görə, tədqiqat çərçivəsində Azərbaycan banklarında kredit faizlərinin yüksək olmasına təsir edən amilləri qiymətləndirəcək.



23.11.2010/ Bank sistemi böhranla üz-üz?
Samir ?liyev: “Ölk? üzr? verilmi? kreditl?rin ?n az? 15%-i problemlidir”

“Az?rbaycanda vaxt? keçmi? kreditl?rin h?cmi t?hlük?li h?dd? çat?b. M?rk?zi Bank?n statistik m?lumatlar? reall??? tam ?ks etdirmir. Reall?qda bel? kreditl?r d?f?l?rl? çoxdur. Konkret t?dbirl?r görülm?s? kredit bazar? çök? bil?r”. ?qtisadi T???bbüsl?r? Yard?m ?ctimai Birliyinin eksperti Samir ?liyev “?qtisadi forum” jurnal?na aç?qlamas?nda problemli kreditl?rin artmas?ndan narahatç?l???n? bildirib.



08.11.2010/ Bankların yarısının iqtisadiyyatda rolu yoxmuş
Onların sayını iki dəfə azaltmaq təklif olunur

Azərbaycanın kredit təşkilatları qlobal maliyyə böhranından minimum itki ilə çıxsa da, bank sektorundakı problemlər heç də böhranla birbaşa bağlı deyil. MB vəziyyətdən çıxış yolu olaraq bankların sayını azaltmaq təşəbbüsü ilə çıxış etsə də, sonra nədənsə geri çəkildi və hər şeyi zamanın öhdəsinə buraxdı. İstər dünya tendensiyası, istərsə də Azərbaycan banklarının maliyyə vəziyyətinin analizi onların birləşmə zəruriliyini göstərir.


27.10.2010/ “BANKLAR HAQDA HESABAT REALLIĞI ƏKS ETDİRİR”
Samir Əliyev: “Ölkə banklarının bir çoxu iri holdinqlərin kassası funksiyasını həyata keçirir”

Xəbər verildiyi kimi, beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının informasiya şəffaflığı üzrə göstəricini açıqlayıb. “Standard & Poor’s” reytinq agentliyinin ölkə bankları barədə hazırladığı tədqiqatdan məlum olur ki, Azərbaycan banklarının informasiya şəffaflığı indeksi MDB ölkələri üzrə bankların orta göstəricisindən də aşağıdır. Agentliyin mütəxəssislərinin hazırladıqları “Azərbaycan banklarının informasiya şəffaflığı: aşağı tənzimləyici intizam məlumatın açıqlanması sahəsində inkişafa əngəl törədir” adlı tədqiqatda qeyd edilir ki, 2010-cu ildə Azərbaycanın 30 iri bankının informasiya şəffaflığı indeksi (İŞİ) üzrə orta bal 30 faiz təşkil edib.


07.09.2010/ Kredit qoyuluşları azalıb
Samir Əliyev: “Banklarda vəsait çatışmazlığı var”

Fevral ayından etibarən ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmində müşahidə edilən artım tendensiyası yay aylarında azalma ilə əvəz olunub. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, iyul ayında kredit qoyuluşunun həcmi 184,5 milyon manat azalaraq 8,66 milyard manata düşüb. Bu müddətdə problemli kreditlərin həcmi 8,6 milyon manat azalsa da, cəmi kreditlərdə payı dəyişməz qalıb. Hesabat ayında vaxtı keçmiş kreditlərin payı 4,6% həddində qalıb.



13.07.2010/ Bankların ehtiyatları 40% azalıb
May ayında ölkə üzrə bankların ehtiyatları 19,1 milyon azalaraq 235,3 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, aprel ayında ehtiyatların ümumi həcmi 254,4 milyon manat təşkil edib.


05.07.2010/ Problemli kreditlər durmadan artır
Onların payı 4,4%-ə çatıb

May ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 18,4 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da problemli kreditlərin ümumi kreditlərdə payı 4,4%-ə yüksəlib.



30.06.2010/ Moody's: Xarici valyutada olan kreditlər MDB, Mərkəzi və Şərqi Avropa banklarına təzyiq göstərir
Samir Əliyev: “Azərbaycanda bu təzyiq daha çox əmanətlərdə müşahidə edilir”

Xarici valyutada olan kreditləşmənin yüksək səviyyəsi MDB, Mərkəzi və Şərqi Avropa banklarının reytinqinə mənfi təsir göstərir. “İqtisadi forum” jurnalının məlumatına görə, Moody's Investors Service reytinq agentliyi bu barədə hesabat yayıb.



31.05.2010/ Bankların zərəri 3 dəfə artıb

Aprel ayında ölkə banklarının zərəri artaraq 21,8 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 2009-cu ilin aprelində zərərin həcmi 7,77 milyon manat təşkil edib.



27.05.2010/ Problemli kreditlər 365 milyon manatı ötdü
4 ayda onların həcmi 20% artıb

Aprel ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 9,3 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, problemli kreditlərin ümumi kreditlərdə payı 4,2% təşkil edib.



12.05.2010/ Manatla verilmiş problemli kreditlər getdikcə artır
Samir Əliyev: “Daşınmaz əmak bazarında ucuzlaşma bu prosesi sürətləndirə bilər”

Son aylar vaxtı keçmiş kreditlərin həcmində müşahidə edilən artım tendensiyası mart ayında səngiyib. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, mart ayında vaxtı keçmiş kreditlərin həcmi fevral ayı ilə müqayisədə 2,5 milyon manat azalaraq 355,9 milyon manata düşüb.



16.04.2010/ Vaxtı keçmiş kreditlər rekord həddə çatıb
Problemli kreditlərin payı 4,3%-ə yüksəlib

Fevral ayında vaxtı keçmiş kreditlərin həcmi yanvarla müqayisədə 27 milyon manat artaraq 358,4 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında hesablamalarına görə, yanvar ayında bu göstərici 331,4 milyon manat olub.


07.04.2010/ Zərərlə işləyən bankların sayı 2 dəfə artıb
Ölkənin hər dördüncü bankı zərərlə işləyir

Yeni il Azərbaycan bankları üçün uğursuz başlayıb. Dünya qlobal böhrandan qurtulmaq ərəfəsində olduğu bir dövrdə böhranın təsiri Azərbaycan banklarına deyəsən, indi çatır. Yanvar ayında ölkə üzrə zərərlə işləyən bankların sayı 2 dəfə artaraq 13-ə çatıb. Bu, 2006-cı ildən sonra ən yüksək göstəricidir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən il belə bankların sayı 7 olub.



07.04.2010/ Ölk?d? kredit qoyulu?lar? azal?b
Azalma kommersiya banklar?n?n hesab?na ba? verib

Beyn?lxalq bank kreditl?rin h?cmini art?rmas?na r??m?n kommersiya banklar?n?n uy?un add?m atmamas? n?tic?sind? ölk? üzr? kredit qoyulu?u azal?b. “?qtisadi forum” jurnal?n?n M?rk?zi Banka istinad?n verdiyi m?lumata gör?, fevral ay?nda kredit qoyulu?unun h?cmi 87,7 milyon manat azalaraq 8,34 milyard manata dü?üb.



12.03.2010/ “Yaşayış-tikinti bankları” haqqında qanun layihəsi hazırlanır
Mərkəzi Bank “Yaşayış-Tikinti Bankları” haqqında qanun layihəsini hazırlayır. Bank ölkədə ipoteka bazarını aktivləşdirmək məqsədi ilə alman modelini tətbiq etməyi nəzərdən keçirir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib.


05.03.2010/ Bankların aktivləri 78 milyon manat azalıb
Yanvar ayında ölkə banklarının ümumi aktivləri 77,78 milyon azalaraq 11,59 milyard manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən il aktivlərin ümumi həcmi 11,67 milyard manat olub.


03.03.2010/ Əhaliyə verilən kreditlər azalıb
Yanvar ayında ticarət və nəqliyyat sferaları istisna olmaqla digər sektorlar üzrə kredit qoyuluşlarında azalma müşahidə edilib. Ən çox azalma əhaliyə verilən kreditlərdə qeydə alınıb. Ay ərzində ev təsərrüfatlarına verilən kreditlərin həcmi 10 milyon manat azalıb.


02.03.2010/ Fevralda 6 milyon manatl?q ipoteka kredit verilib
“?qtisadi forum” jurnal?n?n Az?rbaycan ?poteka Fonduna istinad?n verdiyi m?lumata gör?, Fevral ay?nda 6 milyon manat h?cmind? ipoteka krediti al?b.


02.03.2010/ Vaxtı keçmiş kreditlər getdikcə artır
Ölkə üzrə kreditlərin 4%-i problemlidir

Yanvar ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 27,9 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, problemli kreditlərin ümumi kreditlərdə payı 3,9% təşkil edib.



02.03.2010/ Xarici valyuta ilə kredit qoyuluşu azalıb
Yanvar ayında ölkə iqtisadiyyatına 23,7 milyon manat məbləğində kredit yatırılıb.  Bununla da ümumi kredit qoyuluşu 8,43 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,23 milyard manat artıb.


02.03.2010/ Yanvarda hər özəl bank orta hesabla 144 min manatlıq kredit verib
Xarici kapitallı bankların kredit qoyuluşları azalıb

Yanvar ayında ölkə iqtisadiyyatına yatırılan kreditlərin 46,8%-i dövlət bankının payına düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu ayda dövlət bankı tərəfindən 11,1 milyon manat həcmində kredit yatırılıb.



18.02.2010/ Bankların ehtiyatları azalıb
Ötən il ölkə üzrə bankların ehtiyatları 145,5 milyon azalaraq 392 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ildə ehtiyatların ümumi həcmi 537,5 milyard manat təşkil edib.


12.02.2010/ 4 bank birl??? bil?r
Onlar?n nizamnam? kapital? minimal t?l?bl?rd?n a?a??d?r

Az?rbaycanda f?aliyy?t göst?r?n 4 bank?n nizamnam? kapital?n?n h?cmi M?rk?zi Bank?n mü?yy?n etdiyi minimal t?l?bl?r? cavab vermir. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, 2009-cu ild? 2 bank?n nizamnam? kapital?nda azalma mü?ahid? edilib v? bu, onlar?n birl??m?sini ??rtl?ndir? bil?r.


12.02.2010/ Bankların aktivləri 13,6% artıb
Ötən il ölkə banklarının ümumi aktivləri 13,6% artaraq 11,7 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ildə aktivlərin ümumi həcmi 10,3 milyard manat olub.


10.02.2010/ Bir özəl bank orta hesabla 96 milyon manatlıq kredit yatırıb
Ötən il özəl bankların kredit qoyuluşu azalıb

Ölkə iqtisadiyyatına 2009-cu ildə bir özəl bank tərəfindən yatırılan kreditin həcmi orta hesabla 96 milyon manat təşkil edib. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, ötən il özəl banklar tərəfindən yatırılan kreditlərin həcmi 4,3 milyard manat olub.



10.02.2010/ Ev təsərrüfatlarına verilən kreditlər azalıb
Tikinti, kənd təsərrüfatı və neft sektoruna yatırılan kreditlərin həcmi isə artıb

Ötən il ev təsərrüfatlarına yönəldilən kreditlərin xüsusi çəkisində azalma müşahidə edilib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu sahəyə yönəldilən vəsaitlərin ölkə üzrə yatırılan bütün kreditlərdə payı 2008-ci illə müqayisədə azalaraq 32,6%-dən 27,7%-ə düşüb.



10.02.2010/ Ötən il ölkə iqtisadiyyatına 8,4 milyard manatlıq kredit qoyulub
Kredit qoyuluşlarında manatın payı artıb

2009-cu ildə ölkə iqtisadiyyatına ümumilikdə 8,4 milyard məbləğində kredit yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 1,2 milyard manat çoxdur. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ildə kredit qoyuluşu 7,2 milyard manat olub.



08.02.2010/ Vaxtı keçmiş kreditlər 2 dəfə artıb
Belə kreditlərin cəmi kreditlərdə payı 3,4%-ə yüksəlib 2009-cu ildə vaxtı keçmiş kreditlərin həcmi 127 milyon manat artaraq 303,5 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka isinadən verdiyi məlumata görə, 2008-ci ildə bu tip kreditlərin həcmi 159,8 milyon manat təşkil edib.


08.02.2010/ 7 bank ötən ili zərərlə başa vurub
Bankların zərəri il ərzində 2 dəfə artıb

2009-cu ildə bankların zərərinin ümumi həcmi 44,6% artaraq 16,59 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 7 bank ötən ili zərərlə başa vurub.



02.02.2010/ Ötən il 179 bankomat quraşdırılıb
Bankomatların 57%-i Bakının payına düşür

2009-cu ildə ölkə üzrə 179 bankomat quraşdırılıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, ötən il bankomatların ümumi sayı 1515-dən 1694-ə yüksəlib.



27.01.2010/ BMT: Azərbaycanda 2010-cu ildə də yüksək artım müşahidə ediləcək
Böhran dövründə MDB ölkələri iqtisadi tənəzzül və bərpanın müxtəlif dinamikasını nümayiş etdirib. Özbəkistan, Azərbaycan və Türkmənistan iqtisadiyyatı daha uğurlu nəticə göstərib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin “2010-cu il üzrə dünyanın iqtisadi mənzərəsi və perspektivləri” adlı məruzəsində qeyd edilib.


14.01.2010/ Kredit kartlarından istifadə azalır

Ölkə üzrə kredit kartları ilə aparılan əməliyyatların həcmində 12% azalma müşahidə edilib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2009-cu ilin noyabr ayında oktyabrla müqayisədə kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyon azalaraq 44 milyon manata düşüb.



14.01.2010/ Azərbaycandan bir bankın aktivi orta hesabla 243 milyon manatdır
Bankların aktivləri 8,6% artıb

Ötən ilin noyabr ayında ölkə banklarının ümumi aktivləri 138,6 milyon artaraq 11,2 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, oktyabrda aktivlərin ümumi həcmi 11 milyard manat olub.



11.01.2010/ Hökum?t idar?l?rin? kredit qoyulu?u 2,5 d?f? art?b
Tikinti, s?naye v? neft sektoruna yat?r?lan kreditl?rin h?cmi is? azal?b

Noyabrda hökum?t idar?l?rin? yat?r?lan kredit qoyulu?lar?n h?cmi 2,5 d?f? artaraq 1,7 milyon manata çat?b. “?qtisadi forum” jurnal?n?n M?rk?zi Banka istinad?n verdiyi m?lumata gör?, oktyabr ay?nda bu istiqam?td? yön?ldil?n kredit 0,7 milyon manat t??kil edib.



11.01.2010/ Noyabrda regionlarda cəmisi 1 POS terminal quraşdırılıb
POS terminalların 91%-i Bakının payına düşür

Noyabr ayında ölkə üzrə quraşdırılan 46 POS terminalın cəmisi 1-i regionların payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, noyabrda Bakıda 45 POS terminal quraşdırılıb.



08.01.2010/ Kredit qoyuluşlarında dövlətin payı artıb
Noyabr ayında ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmi 100,9 milyon manat artıb ki, bunun da 62,8 milyon manatı dövlət bankı olan Beynəlxalq Bankın payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, bu müddətdə özəl bankların kredit qoyuluşu 38 milyon manat artıb.


07.01.2010/ Manat üzrə vaxtı keçmiş kreditlər artıb
Kredit qoyuluşlarının 3,4%-i vaxtı keçmiş kreditlərin payına düşür

Noyabr ayında manatla kredit qoyuluşu üzrə vaxtı keçmiş kreditlərin həcmi oktyabrla müqayisədə 6,9 milyon artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, bir ay ərzində manatla vaxtı keçmiş kreditlər 4% artıb. 176,9 milyon manata çatıb.



07.01.2010/ Noyabrda ölkəyə cəmisi 101 milyon manatlıq kredit qoyulub
11 ayda kredit qoyuluşu 13% artıb

Ötən ilin noyabr ayında ölkə iqtisadiyyatına yatırılan kredit qoyuluşları əvvəlki ayla müqayisədə 101 milyon artaraq 8,1 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayında kredit qoyuluşu 8 milyard manat olub.



06.01.2010/ İpoteka kreditinin adambaşına həcmi 40 min manat olub
3 ildə 152 milyon manat həcmində kredit verilib

Dekabr ayı ərzində 200 ailə 9 milyon manat həcmində ipoteka krediti alıb. “İqtisadi forum” jurnalının Azərbaycan İpoteka Fonduna istinadən verdiyi məlumata görə, dekabr ayında hər bir ailə orta hesabla 45 min manta həcmində kredit alıb.



04.01.2010/ Mərkəzi Bank bankların birləşdirilməsinə gedir
2010-cu ildə Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bir sıra bankların birləşməsi tədbirlərini həyata keçirəcəkdir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankının 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.


10.12.2009/ Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu azalır
Oktyabr ayında ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmi 182,9 milyon manat artıb ki, bunun da 128,2 milyon manatı özəl bankların payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, bu müddətdə qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu 5 milyon manat azalıb.


09.12.2009/ Sənaye və istehsala kredit qoyuluşu 11% azalıb
Neft sektoruna yönəldilən kreditlər isə 5,5% artıb

Son 10 ayda ölkə iqtisadiyyatına yatırılan kredit qoyuluşlarının cəmisi 1,7%-i maliyyə sektorunun payına düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayında sənaye və istehsal sektoruna kredit qoyuluşu 10,8% azalsa da, neft sektoruna yatırım artıb.



09.12.2009/ Xarici valyutalar üzrə vaxtı keçmiş kreditlər artıb
Oktyabr ayında ölkə üzrə kredit qoyuluşu sentyabrla müqayisədə 182,9 milyon manat artıb ki, bunun da 66%-i manatın payına düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayında kreditlərin 120,8 milyon manatı milli, 62,1 milyon manatı isə xarici valyuta ilə yatırılıb.


08.12.2009/ Zərərlə işləyən bankların sayı artıb
Ölkədəki hər beş bankdan 1-i zərərlə işləyir

Oktyabr ayında ölkə üzrə zərərlə işləyən bankların sayı artaraq 10-a çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, sentyabr ayında belə bankların sayı 8 olub.



26.11.2009/ Kreditlərin 87%-i Bakıya qoyulur
Kredit qoyuluşlarında paytaxtın payı artır

Sentyabrın 1-nə ölkə iqtisadiyyatına yatırılmış kreditlərin 86,6%-i Bakının payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi kreditlərdə paytaxtın payı 0,7% çoxalıb.


16.11.2009/ 5478 nəfərə 1 bankomat
Bankomatların 57%-i Bakıda yerləşir

Sentyabr ayında ölkə üzrə 21 bankomat, 39 POS terminal quraşdırıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında verdiyi məlumata görə, bununla da bankomatların sayı 1638-ə, POS terminalların sayı isə 8519-a çatıb.



11.11.2009/ Tikintiyə kredit qoyuluşu 33% azalıb
Ticarət və xidmət sektorunun payı isə artıb

Sentyabr ayında tikinti sektoruna kredit qoyuluşu 221,3 milyon azalaraq 443,3 milyon manat təşkil edib. “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, bu müddətdə onun ümumi kreditlərdə payı 8,7%-dən 5,7%-ə düşüb.



11.11.2009/ Vaxtı keçmiş kreditlər çoxalır
9 ayda belə kreditlər 2 dəfə artıb

2009-cu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 35 milyon manat artaraq 309,4 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında hesablamalarına görə, avqust ayında bu tip kreditlər 274,9 milyon manat olub.



11.11.2009/ Kredit qoyulu?lar? art?b

Cari ilin oktyabr?n 1-n? ölk? iqtisadiyyat?na yön?ldil?n c?mi kredit qoyulu?lar? avqust ay? il? müqayis?d? 151 milyon manat artaraq 7790,8 milyon manat t??kil edib. Bu göst?rici 2008-ci ilin müvafiq dövrü il? müqayis?d? 17,8% çoxdur. Bu bar?d? “?qtisadi forum” jurnal? M?rk?zi Bank?n statistik m?lumatlar?na ?sas?n x?b?r verir.



04.11.2009/ Uçot dərəcəsi yaxın müddətdə dəyişməyəcək
Bəzi ölkələrdə uçot dərəcəsinin artırılmasına baxmayaraq Azərbaycanda yaxın zamanlar üçün belə artım nəzərdə tutulmur. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankı mətbuat xidmətinə istinadən məlumat verir.


03.11.2009/ İndiyədək 3400 nəfər ipoteka krediti alıb
3 ildə bunun üçün 134 milyon manat xərclənib

Ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından bəri 1400 nəfərə yaxın vətəndaşa ümumi həcmi 59 milyon manat olan ipoteka krediti verilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Azərbaycan İpoteka Fondunun mətbuat xidməti açıqlama verib.


08.10.2009/ Neft sektoruna kredit qoyuluşları artıb
Avqust ayında bu sektora 1,4 milyard manat yönəldilib

Cari ilin sentyabrın 1-nə ölkə iqtisadiyyatına yönəldilən cəmi kredit qoyuluşlarında neft sektorunun payı ötən ayla müqayisədə 3,9% artaraq 17,7% təşkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.



08.10.2009/ Kredit qoyuluşlarında özəl bankların payı azalıb

Dövlətin payı isə son 2,5 ildə ən yüksək həddə çatıb

Cari ilin sentyabrın 1-nə ölkə iqtisadiyyatına yönəldilən cəmi kredit qoyuluşları iyun ayı ilə müqayisədə 5,5% artaraq 7629,8 milyon manat təşkil edib. Bu göstərici 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,2% çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.

 




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV