Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
18.05.2017 23:21
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Torpaq

30.10.2013/ Azərbaycanda fermerlərin torpaqlarının qeydiyyatı ilə bağlı ciddi problemlər var

Oktyabrın 30-da ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsindəİqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi tərəfindən “Azərbaycanda torpaq mülkiyyətçiliyinə dair qanunvericiliyin problemləri” mövzusunda dəyirmi masa  müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, və beynəlxalq təşkilatların təmsilçiləri, deputatlar, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.



19.04.2011/ Rövşən Ağayev: Kəndlərdə hələ də elə bilirlər ki, kolxoz quruluşu bərpa olunur
“Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun təşəbbüsünü yüksək qiymətləndirirəm. Lakin təəssüf edirəm ki, hələlik prosesdə xeyli çatışmazlıq var”.

Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev sözügedən qanun layihəsini şərh edərkən deyib. Xatırladaq ki, aprelin 15-də Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı koorperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən qanun layihəsi birinci oxunuşda qəbul edilib.


02.03.2010/ Elektron kənd xəritəsi yaradıla bilər
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) Azərbaycanda elektron kənd xəritəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təklif kənd yerlərinin sosial-iqtisadi vəziyyətini, perspektiv inkişafını əks etdirən məlumatların elektronlaşdırılmasını nəzərdə tutur. Hər bir kəndin iqtisadiyyatını təşkil edən ayrı-ayrı sahələrin elektron xəritələr üzərində xüsusi rənglərlə fərqləndirilməsi təklif olunur.


21.12.2009/ Üzüm y???m? art?b
2009-cu il dekabr?n 1-n? kimi ölk?nin üzüm ba?lar?ndan 123,3 min ton m?hsul y???l?b ki, bu da öt?n ilin müvafiq dövrü il? müqayis?d? 14,4 min ton çoxdur. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Dövl?t Statistika Komit?si x?b?r verir.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV