İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda dövlət satınalmaları sistemində problemlər” mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin növbəti mərhələsini elan edir. Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.
davamı
PARLAMENT MÜZAKIRƏLƏRININ BÜDCƏ QƏRARLARINA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI
HÖKUMƏTİN BÜDCƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSI
Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair TƏDQİQAT HESABATI
2010-cu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 591,6 milyon dollar artaraq 1,79 milyard ABŞ dolları təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin yanvarında bu göstərici 1,2 milyard dollar olub.
2009-cu ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 18,6 milyard dollar təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ilin 11 ayında bu göstərici 53,5 milyard dollar olub.
2009-cu ilin 11 ayı ərzində xarici ticarət əməliyyatlarında yük daşınmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalaraq 38 milyon ton təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ilin yanvar-noyabr aylarında müxtəlif növ nəqliyyat vasitələri ilə yük daşınmaların həcmi 90,4 milyon ton olub.
Neftə əsaslanan inkişaf
Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.