Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hökumət kütləvi qiymətləndirməyə başlamalıdır
Samir Əliyev: “Bu proses birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü aparılmalıdır”
 
“Ölkədə, xüsusən də kənd yerlərində yaşayış evlərinin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsi imkanlarının məhdudlaşdırır. Nəticədə bələdiyyələr bu obyektlərdən əmlak vergisi tuta bilmir. Ona görə hökumət təcili olaraq kütləvi qiymətləndirməyə başlamalıdır”. Bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini eksperti Samir Əliyev bildirib.

Ekspertə görə, Azərbaycanda bələdiyyələr qanunvericiliklə ona məxsus olan əsas gəlir mənbələrindən tam yararlana bilmirlər: “Fiziki şəxslərdən əmlak vergisi Azərbaycanda torpaq satışı və torpaq vergisindən sonra yerli özünüidarə orqanlarının üçüncü əsas gəlir mənbəyidir. Orta hesabla büdcə gəlirlərində payı 10% təşkil edir. Ancaq bu mənbə üzrə yığım səviyyəsi çox azdır. 2010-cu ildə bu vergi üzrə yığım səviyyəsi 67% təşkil edib. Ancaq elə bələdiyyələr var ki, yığım səviyyəsi hətta 5%-dən çox deyil”.

S.Əliyev bu problemi evlərin inventar dəyərinin olmaması ilə əlaqələndirir: “Vergi Məcəlləsinə görə, fiziki şəxslərdən əmlak vergisi xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə vergi hesablanır. Ancaq araşdırma göstərir ki, yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu, xüsusilə də regionlarda daha çox özünü büruzə verir. Kənd yerlərində ən yaxşı halda evlərin 10-20%-nin inventar dəyəri var. Buna görə də bələdiyyələr vergi yığa bilmirlər”.

Qanunvericilikdə bir sıra ziddiyyətlərin olduğunu bildirən ekspertə görə, bunun aradan qaldırılması vacibdir. “Qanunvericiliyə görə, bələdiyyələr binalara görə fiziki şəxslərdən əmlak vergisini hesablamaq məqsədi ilə 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Təbii ki, burada söhbət qiymətləndirmə aparmaqdan yox, qiymətləndirmə aparılması ilə bağlı qərar qəbulundan gedir. Çünki bələdiyyə maraqlı tərəf olduğu üçün birbaşa qiymətləndirmə apara bilməz. Bunun üçün müstəqil qiymətləndirici şirkət cəlb edilməlidir. Ancaq burada bir ziddiyyət ortaya çıxır. Qiymətləndiricinin vəzifəsi əmlakın bazar dəyərini müəyyən etməkdir. Vergi Məcəlləsinə görə isə, əmlak vergisi əmlakın inventar dəyəri əsasında hesablanır. Belə çıxır ki, qiymətləndiricinin qoyduğu dəyər vergiyə cəlb edilə bilməz. İnventar dəyərini isə qanunvericiliyə görə, ancaq Əmlak Komitəsinin yerli bölmələri müəyyən edə bilər. Deməli, bələdiyyə şöbələri vergiyə cəlb etmək üçün qeydiyyatsız evlər üçün hər dəfə Komitənin yerli qurumlarına müaricət etməlidir. Bu isə vaxt itkisi ilə yanaşı əlavə xərcdir. Buna bələdiyyənin maliyyə imkanı çatmaz. Çünki evin qiymətləndirilməsinə çəkilən xərc həmin evdən yığılan vergi məbləğindən ən azı 4-5 dəfə çoxdur. Eyni zamanda Əmlak Komitəsinin yerli bölmələri də fiziki baxımdan bunu yerinə yetirə bilməz.”, -deyə ekspert bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin bu sahədə uzun müddətdir ki, tədqiqat apardığını bildirən S.Əliyev hesab edir ki, təmsil etdiyi qurumun ekspertləri bu problemin aradan qaldırılması üçün qanunvericilkdə bir sıra düzəlişlərin olunması vacibliyini vurğulayırlar. Onun sözlərinə görə, ilk növbədə, Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilərək əmlak vergisinin bazar dəyəri əsasında hesablanmasının hüquqi mexanizmləri hazırlanmalıdır: “Dünyanın əksər ölkələrində əmlak vergisi bazar dəyərindən tutulur. Digər metodlar da var. Məsələn, hər kvadratmetrə görə ödəniş və s. Ancaq inventar dəyəri kimi mücərrəd bir vergi bazası heç bir ölkədə tətbiq edilmir”.

Ekspertə görə, hökumət kütləvi qiymətləndirməyə getməlidir və bu proses birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü olmalıdır. “Müvafiq qanunvericiliyə, o cümlədən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edildikdən sonra hökumət kütləvi şəkildə daşınmaz əmlakın, o cümlədən evlərin qiymətləndirilməsini həyata keçirməlidir. Kütləvi qiymətləndirmə üçün müstəqil qiymətləndirici şirkətlər seçilməlidir və qiymətləndirməni məhz müvəkkil şirkətlər həyata keçirir. Qiymətləndirmə birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü aparılmalıdır. Bəzi ölkələr 1, bəzilərində 2 ildən bir kütləvi qiymətləndirmə aparılır. Prosesə əsas nəzarəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin  həyata keçirməsi vacibdir. Komitənin vəzifəsi həmçinin daşınmaz əmlakın bazar dəyərini əhatə edən məlumat bankını yaratmaq və onu idarə etmək olmalıdır.” – deyən ekspertin fikrincə, bazar dəyərini müəyyən etmək üçün regionlar üzrə differensiallaşma tətbiq edilməlidir.

S.Əliyev hesab edir ki, hökumət yerli özünüidarənin səlahiyyətlərini və maliyyə imkanlarını artıq fikri yoxdursa, heç olmazsa bələdiyyələrin əlindən olan mənbələrdən istifadə edə bilməsi üçün effektiv mexanizmlərin yaranmasına imkan verməlidir: “Hökumətin əsas arqumenti budur ki, bələdiyyələrə kifayət qədər səlahiyyət və maliyyə mənbələri verilib. Sadəcə onlar işlərini səmərəli qura bilmirlər, vergilər toplaya bilmirlər. Ancaq araşdırmalar göstərir ki, bu mənbələrdə istifadə üçün ya bələdiyyənin əlində təsir rıçaqları olmalı, ya da qanunvericilkdə bu prosesi əngəlləyən ziddiyyət olmamalıdır”

 
Tarix: 19 Aprel 2011  |  Baxış sayı: 1671




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV