Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


AQRAR SİYASƏTDƏ NƏ DƏYİŞMƏLİDİR?
Prezident İlham Əliyev aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi təkliflərinin hazırlanması üçün xüsusi komissiya yaradıb. Komissiya iki ay ərzində konkret mexanizmlər hazırlamalıdır.

Bu təşəbbüs fonunda bəzi suallara cavab vermək lazım gəlir. Məsələn, Azərbaycanda aqrar idarəçiliyin və bu sahənin elmi bünövrəsinin rekonstruksiyasına ehtiyac nədən yarınıb, nələrin dəyişilməsinə ehtiyac var, bu dəyişiklik neçə və hansı mexanizmlər əsasında baş verməlidir…        

Əvvəlcə zərurətdən başlayıq. Aqrar sektor Azərbaycan iqtisadiyyatının aparıcı sferası kimi ümumi daxili məhsulun (ÜDM) təxminən 5, məşğulluğun isə təxminən 45 faizini formalaşdırır. Əhalinin istehlakının ən azı üçdə ikisi bilavasitə bu sektor hesabına təmin olunur. Odur ki, ölkənin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkişafından asılıdır.

Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi dönəmdə dövlətlərin effektiv fəaliyyət göstərən aqrar sektora ehtiyacı daha qabarıq hiss olunur. Effektiv aqrar sektor iqtisadiyyatın az resurslar sərf etməklə daha yüksək kənd təsərrüfatı məhsulları istehsalına nail olmasını nəzərdə tutur. Bu mənada beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik müxtəlif ölkələrin kənd təsərrüfatı istehsalının məhsuldarlığı həmin ölkələrin aqrar siyasətinə bağlıdır. Məsələn, Yaponiyada kənd təsərrüfatına yararlı cəmi 4,9 milyon hektar torpaq sahəsi dövriyyədədir. Amma bu ölkə 130 milyon nəfərlik əhalisinin ərzaq ehtiyaclarının təxminən 65 faizini daxili istehsal hesabına ödəyir. Yaponiya 65 milyon nəfər insanı daxili aqrar məhsullarla 100 faiz təmin etmək gücündədir.


Hazırda Azərbaycanda da təqribən eyni həcmdə - 4,7 milyon hektar kənd təsərrüfatı torpağı istifadədir. Amma rəsmi məlumatlara görə, Azərbaycan ərzaq ehtiyaclarının ən  yaxşı halda 55-60 faizini yerli aqrar istehsal hesabına ödəyə bilir. Azərbaycanın idxaldan asılılıq səviyyyəsi düyü ehtiyatları üzrə 90, yarma üzrə 76, bitki yağları üzrə 85, çay üzrə 78, şəkərli və unlu qənnadı məmulatlar üzrə 81, makaron məmulatları üzrə 55 faizə çatır. Azərbaycanda təxminən 5 milyon nəfəri tam daxili istehsal hesabına yaşatmaq mümkündür.


Göründüyü kimi, Yaponiya eyni torpaq sahəsi hesabına Azərbaycandan 13 dəfə çox əhalinin ərzaq təhlükəsizliyini təmin edə biləcək aqrar istehsal yarada bilib və heç şübhəsiz, buna məhz yüksək məhsuldarlıq sayəsində nail olunub.


Başqa bir ibrətamiz nümunə. Niderland 1,9 milyon hektar kənd təsərrüfatına yararlı torpaqda (ölkəmizin oxşar göstəricisinə nisbətən 2,2 dəfə az) Azərbaycanla müqayisədə şərti baş hesabı ilə 2,5 dəfə çox mala-qara saxlayır. Bu ölkənin təkcə təzə süd ixracından əldə etdiyi gəlir (təxminən 500 milyon dollar) Azərbaycanın az qala bütün aqrar ixracının dəyərinə bərabərdir. 2009-cu ildə Niderlandın aqrar sektorunda 60 milyard dollar  məbləğində əlavə dəyər yaranıb ki, bu, Azərbaycanın bütün ÜDM-dən 1,5 dəfə çoxdur. Başqa tərəfdən, Nidelandda aqrar sektorda 377 min nəfər, Azərbaycanda bundan 3,5 dəfə çox işçi qüvvəsi çalışır, Niderlandda  bir kənd təsərrüfatı işçisinə düşən əlavə dəyərin məbləği 159 min dollar, Azərbaycanda bundan təxminən 80 dəfə az - 2 min dollar təşkil edir. Niderland axır zamanlar hər il aqrar məhsulların ixracından orta hesabla 60 milyard dollar gəlir əldə edib ki, bu da hazırda Azərbaycanın neftdən əldə etdiyi bütün qazanclardan təxminən 2,5 dəfə çoxdur.


Başqa ölkələrlə də müqayisə aparmaq olar. Məsələn, taxılın məhsuldarlığı Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65, Azərbaycanda isə cəmi 20-25 sentner təşkil edir. Azərbaycanda bir inəyin il ərzində süd verimi cəmi 1000-1100 kiloqram, Latviya, Estoniya və Almaniyada uyğun olaraq 5000-7000 kiloqram intervalında dəyişilir. Bir şərti mal-qara hesabı ilə Azərbaycanda illik ət istehsalı 40-42 kiloqram, Danimarkada 230, Baltik ölkələrində isə 150-160 kiloqram təşkil edir.


Azərbaycanda aqrar məhsulların emal şəbəkəsi də olduqca zəif inkişaf edib. Ölkəmizdə cəmi 30 ət emalı müəssisəsi, 12 şərab zavodu fəliyyət göstərdiyi halda ərazi və əhalicə Azərbaycandan az qala 3 dəfə kiçik olan Moldovada 245 ət emalı müəssisəsi, 50-dək şərab zavaodu var.


Bəzən hökumətlərin düzgün siyasəti və ciddi dəstəyi ölkədə tamamilə yeni emal sahələrinin yaranmasına təkan verməklə yanaşı aqrar istehsalın xammal bazası kimi rolunu daha da gücləndirir. Məsələn, dünyada məşhur olan “Hippie's food” uşaq qidalarının istehsalı üzrə müəssisə 2009-cu ildə Gürcüstanda öz zavodunu yaratdı. Hökumət həmin müəssisəyə hər cür güzəştli şəraiti təmin edib, amma yalnız bir şərtlə: zavod istehsal üçün lazım olan bütün almanı gürcü fermerlərdən alır. Hesablamalara əsasən, bu, minlərlə fermer üçün yeni satış bazarı deməkdir.


Azərbaycan aqrar sektorun durumuna görə nəinki inkişaf etmiş ölkələrlə, hətta bazar münasibətlərinə keçidlə bağlı bizimlə eyni start vəziyyətində olan MDB ölkələri ilə müqayisədə xeyli əlverişsiz mövqedədir. Məsələn, taxıl, süd, kartof və yumurta istehsalının adambaşına həcminə görə Azərbaycan 11 MDB ölkəsi arasında 7-ci, ət istehsalının adambaşına həcminə görə 8-ci, tərəvəz məhsullarının adambaşına həcminə görə isə 5-ci yerdə qərarlaşıb.

                    
Azərbaycanın bu cür zəif aqrar potensiala malik olması bütövlükdə aqrar siyasətin, o cümlədən aqrar idarəçiliyin düzgün qurulmamasından və sahənin elmi potensialının zəif olması səbəbindən baş verib. Azərbaycanla müqayisədə məhdud torpaq resurslarına malik ölkələr daha potensiallı kənd təsərrüfatı yarada bilirsə, deməli, problemi idarəetmədə axtarmaq lazım gəlir.    

Amma idarəetmədə nəyi və necə dəyişməli?


Əvvəla, Kənd Təsərrüfatı Nazirliynin statusuna yenidən baxılmalı, onun təsərrüfat funksiyalarının tamamilə məhdudlaşdırılması, əvəzində dövlətin aqrar siyasət tədbirləri ilə bağlı səlahiyyətlərinin artırılması baş verə bilər. Məsələn, dövlət damazlıq və toxumçuluq təsərrüfatlarının, aqrolizinq xidmətlərinin tamamilə özəl sektora verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin yalnız bu qurumların fəaliyyətini sertifikatlaşdıran, həmçinin zəruri dövlət dəstəyi (həm maliyyə, həm də məsləhət-informasiya xidməti) göstərən quruma çevrilməsi mümkündür.


İkincisi, nazirliyin adının dəyişdirilərək Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi adlandırılması məqbul variantlardan biridir. Məhz bu ada uyğun olaraq nazirliyə kəndlərin infrastruktur təminatının yaxşılaşdırılması, kənd ərazilərində məsləhət-informasiya və maliyyə xidmətlərinin inkişafı, hər bir regionun spesifik inkişaf xüsusiyyətlərini nəzərə almaqla əlahiddə kənd inkişafı proqramlarının hazırlanması istiqamətində zəruri səlahiyyətlər verilə, nazirliyin tərkibində kənd ərazilərinin inkişafına məsuliyyət daşıyan ayrıca dövlət agentliyi yaradıla bilər.


Nəhayət, nazirliyin tərkibində aqrar sektorun uzunmüddətli strateji planlaşdırılmasına, sahə proqramlarının (məsələn, ətçilik məqsədilə cins maldarlığın, südçülüyün, yağ məqsədli bitkiçiliyin inkişafı, torpaqların keyfiyyətinin artırılması, istixana şəbəkəsinin genişləndirilməsi və s üzrə.) hazırlanamasına məsul olan xüsusi departamentin formalaşdırılması zəruridir. Ümumiyyətlə, indi Azərbaycanda ayrı-ayrı dövlət proqramlarının icrasını təmin etmək üçün konkret icra mexanizmlərini özündə əks etdirən sahə proqramlarının işlənməsi təcrübəsi yoxdur.


Amma yalnız Kənd Təsərrüfatı Nazirliyinin strukturunu yeniləmklə ölkənin kənd təsərrüfatını düşdüyü böhrandan xilas etmək mümkün olmayacaq. Bundan əvvəl hökumət özünün aqrar siyasətinə yenidən baxmalı, siyasətin hədəflərini çox dəqiq müəyyən etməlidir. Ən azı bir suala cavab verilməlidir: yaxın 5 ildə və ya uzunmüddətli dövrdə (ən azı yaxın 15-20 ildə) hökumət nəyə nail olmaq istəyir - yalnız daxili qida tələbatını ödəyən, yoxsa geniş ixrac potensialına malik aqrar sektor formalaşdırmaq? Çünki bu hədəflərin hər biri hökumətdən fərqli siyasət tədbirləri və fərqli mexanizmlər tələb edir. Əgər ixrac yönümlü kənd təsərrüfatı yaratmaqdan söhbət gedirsə, müntəzəm olaraq bizim ən müxtəlif məhsullar üzrə müqayisəli üstünlüymüzü, məhsullarımızın daxil ola biləcəyi bazarları tədqiq edəcək, ixracı stimullaşdıracaq yeni mexanizmlər işlənməlidir.


Hökumət Azərbaycanda qeyri-sahibkarlıq subyektləri kimi formalaşan və sayı 800 mini ötən xırda ailə təsərrüfatlarından fermer institutlarının yaradılmasına keçidi qısa müddətdə başa çatdırmalıdır. Əks halda hökumətin formalaşdırmaq istədiyi koopersiyaların işlək instituta çevrilməsi mümkün olmayacaq. Dünya təcrübəsi göstərir ki, kooperasiyalaşma yalnız peşəkar və dayanıqlı fermerlərin sayəsində uğurlu nəticələr verir.


Nəhayət, hökumət nəinki ən müxtəlif istiqamətlər üzrə fermer assosiasiyalarının (həm milli, həm də rayon səviyyəsində) yaradılmasında, parlamentdə aqrar sektorun maraqlarına lobbiçilik edən fraksiyanın formalaşmasında maraqlı deyilsə, həmçinin aqrar siyasətin formalaşmasında bilavasitə bu qrupların rəyi ilə hesablaşmırsa, hətta ideal idarəetmə strukturunun hansısa ciddi dəyişikliklər yaradacağına çox az ümid var.


Tarix: 06 May 2011  |  Baxış sayı: 1156




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV