Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Proses davam edəcək...
Samir Əliyev: “İlin sonuna kimi uçot dərəcəsinin ən azı 7-8 faizə qaldırılması ehtimalı yüksəkdir” 

Mayın 6-da Mərkəzi Bank uçot dərəcəsinin 5 faizdən  5.25 faizə qaldırılması barədə qərar qəbul edib. Mərkəzi Bankın saytında verilən məlumatda göstərilib ki, Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi aktivlik və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənir. Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6 may 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 5 faizdən 5.25 faizə qaldırılması barədə qərar qəbul edib. Eyni zamanda bankların xarici valyutada olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2 faizdən 3 faizə yüksəldilib.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Mərkəzi Bankın bu addımı gözlənilən idi: “Bu inflyasiyanın qarşısını almaq üçün bir addımdır. Artımın daha çox olacağı gözlənilirdi. Çünki ABŞ və Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda uçot dərəcəsinin 0,25 faiz artımı bazara demək olar ki, təsir göstərmir. Gözləmək olar ki, bu artım da təsir göstərməyəcək. Fikrimcə, uçot dərəcəsinin artırılması davam edəcək. Xüsusilə də mayda dövlət büdcəsinə əlavə və dəyişikliklərin ediləcək və gözlənilir ki, əmək haqları və pensiyalar qaldırılsın. Bu da birbaşa qiymətlərin artmasını şərtləndirəcək. Bu addımdan sonra güman ki, Mərkəzi Bank uçot dərəcəsini yenidən qaldırmaq məcburiyyətində qalacaq. İlin sonuna kimi uçot dərəcəsinin ən azı 7-8 faizə qaldırılması ehtimalı yüksəkdir”

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin və məcburi ehtiyat normasının artımı kimi addımlar kredit faizlərinin artımasına gətirib çıxarır və bu da təbii ki, kreditə tələbatı və insanların kreditə əlçatanlılığını azaldır və nəticədə kredit qoyuluşu azalır. “Banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunda kəskin azalma müşahidə edilib. Son illərdə ilk dəfədir belə azalma müşahidə edilir”- bunu iqtisadçı Samir Əliyev deyir. Onun sözlərinə görə, 2011-ci ilin fevral ayı üzrə kredit qoyuluşu 9,2 milyard manat təşkil edirdisə, bir ay sonra – martda bu göstərici azalaraq 8,4 milyarda düşüb. Yəni bir ay ərzində kredit qoyuluşunda 800 milyon azalma müşahidə olunub: “Bu azalma daha çox dövlət bankı tərəfindən qoyulan kreditlərin azalması ilə müşahidə edilib. Özəl – kommersiya banklarının kredit qoyuluşunda artım var. Ancaq yeganə dövlət bankı olan və bank sisteninin yarısına malik Beynəlxalq Bank tərəfindən kredit qoyuluşu kəskin azalıb. Bu da, ümumilikdə, ölkə üzrə kredit qoyuluşunda özünü göstərdi”

Ekspertin fikrincə, artan vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 6,5 faizə çatıb və bu, son 7 ildə ən yüksək həddir: “Halbuki fevral ayında bu göstərici təxminən 5,4 faiz təşkil edirdi. Yəni əsas səbəb həm kredit qoyuluşunun azalması, həm də vaxtı keçmiş kreditlərin payının artması ilə bağlıdır. Əgər fevral ayında vaxtı keçmiş kreditlərin həcmi 509 milyon idisə, mart ayında 30 milyon artaraq təxminən 540 milyona qədər artıb. Halbuki təkcə Beynəlxalq Bankın problemli kreditləri 675 milyon təşkil edir. Mərkəzi Bank isə göstərir ki, bütün banklar üzrə vaxtı keçmiş kreditlər 2011-ci ilin mart ayı üçün təxminən 540 milyon təşkil edir”

Samir Əliyevin sözlərinə görə, bu onu göstərir ki, reallıqda vaxtı keçmiş kreditlərin həcmi 2-3 dəfə çoxdur. Biz Azərbaycanda kreditlərə beynəlxalq təcrübədəki hesablama texnologiyasını tətbiq etsək, məlum olar ki, əslində problemli kreditlərin payı 6,5 faiz yox, hardasa 15 faizdir. Bu isə çox kritik həddir. Kredit portfelində vaxtı keçmiş kreditləri payı 10 faizdən yüksək olduqda, bu, kritik hesab olunur. Azərbaycanda da qeyri-rəsmi göstəricilər kritik həddin keçdiyini göstərir”.

Ekspertin sözlərinə görə, kredit təkliflərindəki azalma, problemli kreditlərin artması öz növbəsində kredit faizlərinə təsir göstərir. Kredit faizləri artdıqca, orta və kiçik sahibkarların işini məhdudlaşdırır və son nəticədə ölkədə iqtisadi aktivliyin azalmasına gətirib çıxarır.

 
Rəna Allahverdiyeva
Var.az
Tarix: 07 May 2011  |  Baxış sayı: 1665




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV