Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda sosial mənzil proqramı qəbul edilməlidir
Cavid Xəlilov: “Mənzillərə əlçatanlığa görə Avropadan 10 dəfə geri qalırıq”
 
Ölkədə əhalinin daha geniş kütləsini yaşayış evləri ilə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda evsizlik problemi daha geniş vüsət alacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib.

Ekspert hesab edir ki, mənzillərin əlçatanlıq səviyyəsinə görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə 10 dəfə, hətta bəzi ölkələrdən 20 dəfə geri qalır. Onun sözlərinə görə, bu sahədə vəziyyət ildən-ilə geriləyir: “Ölkədə orta aylıq maaşla 0,41 kvadrat metr mənzil sahəsi əldə etmək olar. Halbuki Avropa statistik qurumunun məlumatlarına görə, İngiltərədə bu göstərici 5,41 kvadrat metr, Finlandiyada isə - 10,55 kvadrat metr təşkil edir. Təhlillərimiz göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil və hətta ildən ilə pisləşir”.

C.Xəlilov qeyd edir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əgər 2008-ci ildə ölkədə 1008 ailə öz mənzil şəraitini yaxşılaşdırmağa müvəffəq olubsa, 2009-cu ildə cəmisi 941 ailə buna nail ola bilib. “Bu isə o deməkdir ki, hər il ailələrin orta hesabla 0,05%-i öz mənzil şəraitini yaxşılaşdıra bilir”, -deyə ekspert əlavə edib.

Uğurlu xarici təcrübələrə toxunan ekspert bildirib ki, əksər ölkələrdə mənzil probleminin həllini dövlət öz üzərinə götürür və bu müxtəlif proqramlar vasitəsilə həyata keçirilir: “Beynəlxalq təcrübədə analoji proqramlar uzun illər tətbiq olunur. Qonşu Rusiya hələ 2005-ci ildən “Rusiya Federasiyası vətəndaşları üçün - əlçatan və rahat yaşayış sahələri” adlı milli lahiyə icra olunmağa başlayıb. Burada əsas hədəflərdən biri – mənzil almaq imkanına malik olan ailələrin xüsusi çəkisini 9%-dən 30%-ə qədər artırmaqdır. ABŞ-da icra olunan “Yaşayış sahələrinə əlçatanlığın təmin edilməsi” dövlət proqramı eyni məqsəd daşıyır. “Eyni zamanda, İngiltərədə hələ 2008-ci ildə “Yaşayış sahələri və bərpa aktı” qəbul olunub”.

Ekspert qeyd edir ki, Azərbaycanda mənzil təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün hökümət “Aztəminatlı əhali üçün (əlçatan) sosial mənzil proqramı” qəbul etməli və bu proqram konkret hədəflərə yönəlməlidir. Proqramın əsas qayəsi ölkədə aztəminatlı təbəqələr üçün əlçatan qiymətlərlə mənzillərin (sosial yönümlü) tikintisi olmalıdır.

Tarix: 31 May 2011  |  Baxış sayı: 1081




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV