Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əmanətlərin 1,4 milyard manatına zəmanət yoxdur
Samir Əliyev: “Sığortalanmayan əmanətlərin getdikcə artması təhlükəlidir”
 
Sığortalanmayan əmanətlərin həcminin getdikcə artması təhlükəli tendensiyadır və gələcəkdə bir sıra problemlər yarada bilər. Bu isə əhalinin banklara qarşı kövrək olan inamını bir daha sarsıda bilər. “İqtisadi forum” jurnalının məlumatıma görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12%-ə salmasına baxmayaraq banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbinin davam etdirir, məlumatsız əhali isə yüksək faizə şirnikləşərək pullarının gələcək taleyini diqqətdən qaçırırlar. Ekspertin fikrincə, bu işdə əhalinin məlumatlandırılması vacibdir: “Əhali hər hansı bankın Sığortalanma Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank Fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Çünki insanlar yüksək faizə aldanırlar, ancaq əmanətlərinin taleyini bəzən düşünmürlər. Əhalinin az məlumatlı olması belə hallara rəvac verir”

S.Əliyevə görə, son aylar sığortalanmayan əmanətlər kəskin artıb: “2011-ci ilin birinci rübündə qorunmayan əmanətlərin payı 36%-dən 39%-ə yüksəlib. Bu 3 ay ərzində Fonda üzv olan banklar əhalidən 261,4 milyon manat həcmində vəsait cəlb edə bilib. Bu vəsaitin yalnız 1/3-i 12%-dən yuxarı olmayan faizlə yığılıb. Bu isə qorunan əmanətin həcminin 82,1 milyon manat olduğunu göstərir. Yerdə qalan 179,4 milyon manatlıq əmanətlər isə daha yüksək faizlə cəlb edilib və qorunmur. Ümumilikdə hazırda 1,2 milyard manat həcmində olan əmanətlər qorunmur. Deməli, həmin vəsaitlərin geri qaytarılacağına tam zəmanət yoxdur”

Bu gün ölkədə 43 bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğunu xatırladan ekspert hesab edir ki, üzv olmayan bankların əmanət yığımına qadağa qoyulmalıdır: “Aprelin 1-nə ölkə üzrə əmanətlərin həcmi 3,3 milyard manat təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri isə 3,2 milyard manata bərabərdir. Üzv olmayan banklarda yığılan əmanətlərin həcmi 116 milyon manatdan çoxdur. Bu o deməkdir ki, ölkə üzrə qorunmayan əmanətlərin həcmi 1,4 milyard manat edir. Buna görə də Mərkəzi Bank Fonda üzv olmayan banklarda əmanət cəlbini qadağan etməlidir. Əks halda bu Mərkəzi Bankın özünə problem yarada bilər”

Bundan əvvəl 3 bankın lisenziyasının gerin alındığını və hazırda 5 bankın ləğv etmə prosesində olduğunu xatırladan ekspert əhalini ayıq-sayıq olmağa, yüksək faizlərə yox etibarlı əllərə üstünlük verməyə çağırdı.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, aprelin 1-i tarixinə fiziki şəxslərin üzv banklarda olan əmanətlərin həcmi 3173 milyon manat təşkil edib. Bu vəsaitin 1230 milyon manatı qorunmayan,  1943 milyon manatı qorunan əmanətlərin payına düşür. Fond iştirakçı banklardan cari ilin birinci rübündə 1156 min manat, 1347 min ABŞ dolları, 183 min avro həcmində təqvim haqlarını toplayıb.

Hazırda Fondun sığorta ehtiyatları 34,5 milyon manat təşkil edir. Qorunan əmanətçilərin sayı 5 485 min 375 nəfərdir. İştirakçı bankların sayı 43-dür.

Xatırladaq ki, 01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Tarix: 01 Iyun 2011  |  Baxış sayı: 1205




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV