Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Banklar avro ilə əmanət yığımında maraqlı deyillər
Azərbaycan bankları avro ilə əmanət yığımını məhdudlaşdırıb. Ölkə banklarında xarici valyutalarla, xüsusilə də avro ilə əmanət yığımı kəskin azalıb. Banklar bu durumu qeyri-rəsmi olaraq avro ilə əmanətləri işlədə bilməməkləri ilə izah edirlər. Rəsmi olaraq isə yalnız Beynəlxalq Bank açıqlama verir.

Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev “Azadinform”a bildirib ki, avro ilə əmanətlərin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş verilməyib: “Sadəcə olaraq, biz bu il yanvarın 1-dən etibarən əmanətlər üzrə yeni faiz dərəcələri müəyyənləşdirmişik. Bu zaman isə avro və funt-sterlinqlə əmanətlər manat və dollarla olandan daha aşağı faizlə götürülür. Məsələn, tutaq ki, manatla əmanəti 11 faizlə qəbul ediriksə, avro və funt-sterlinqdə bu, 8 faizdir. Amma əmanətlərin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş yoxdur, kim hansı valyuta ilə əmanət qoymaq istəyirsə, bank tərəfindən qəbul edilir”.

Mərkəzi Bankdan bildirilir ki, xarici valyuta ilə əmanətlərin yığımının məhdudlaşdırılması haqda məlumat həqiqətəuyğun deyil. Qurumun mətbuat xidmətindən “Azadinform”un sorğusuna cavab olaraq qeyd edilib ki, əgər hansısa vətəndaş bu cür halla üzləşərsə, detallı araşdırma üçün Mərkəzi Bankın 493-11-22 (daxili 387) saylı qaynar xəttinə müraciət edə bilər.

Qeyd edək ki, rəsmi statistika həm əmanətlərdə, həm də kredit qoyuluşunda manatın payında artımın olduğunu sübut edir. Xarici valyutaların payının bütün istiqamətlərdə azaldığı müşahidə olunur. Bu azalma əhalinin xarici valyuta ilə yatırdığı əmanətlərin həcmində də qeydə alınıb. Əgər 2010-cu ilin birinci rübündə xarici valyutada yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 59 faiz idisə, bu ilin birinci rübündə göstərici azalaraq 54 faizə düşüb. Bu müddətdə milli valyutada 600 milyon manatlıq əmanət yatırılıb. Xarici valyutada isə əmanətlərin həcmi 400 milyon manat təşkil edib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev məsələni “Azadinform”a şərh edərkən bildirib ki, xarici valyutada yatırılan əmanətlərin azalması onların faiz dərəcələrinin azalması ilə müşahidə edilib: “Bu onu göstərir ki, banklar xarici valyutaları cəlb etməkdə maraqlı deyillər. Elə buna görə də onlar əhalidən xarici valyutada cəlb edilən əmanətlərin faiz dərəcələrini aşağı salıblar. Belə ki, 2011-ci ilin ilk 3 ayında fiziki şəxslərdən xarici valyutada cəlb edilən əmanətlərin faiz dərəcəsi orta hesabla 12,27 faizdən 11,49 faizə endirilib. Bu müddətdə manat əmanətlərinin faiz dərəcələri demək olar ki, sabit qalıb”.

Banklar özlərini sığortalamaq üçün xarici valyutada verilən kreditləri bahalaşdırmağa üstünlük verirlər. Elə buna görə də xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri manat kreditləri ilə müqayisədə yüksəkdir. Məsələn, milli valyutada verilən kreditlər orta hesabla 20 faizlə verildiyi halda, avro və ya dollarla verilən kreditlərin faiz dərəcələri təxminən 24 faiz təşkil edir. S.Əliyevin sözlərinə görə, ötən ildən başlayaraq dünya bazarlarında dollar və avronun məzənnəsində qeyri-sabitlik müşahidə edilir. Gah dollar bahalaşır, gah da avro: “Bütün bunlar təbii ki, Azərbaycana da təsirsiz ötüşmür. Avropa valyutası 2010-cu ilin birinci yarısında kəskin ucuzlaşırdısa, ilin ikinci yarısından başlayaraq tədricən “dirçəlməyə” başladı və hazırda bahalaşmaqda davam edir.  Məsələn, ötən il manata nisbətən 8,8 faiz dəyərini itirən avro 2011-ci ilin 5 ayı ərzində 7,2 faiz bahalaşıb. Dollar da ötən ilin əvvəlində nisbətən bahalaşsa da, sonrakı dövrlərdə aşağı düşməyə başladı. Artıq ilin 5 ayı ərzində dollar manata nisbətən 1 faiz ucuzlaşıb. Ölkədə baş verən inflyasiya təzyiqləri fonunda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır”.

Dünya bazarlarında da dolların ucuzlaşması davam edir. Avrozonada yaranmış borc problemi dövrü olaraq avronun məzənnəsinə mənfi təsir göstərir. Ekspert qeyd edir ki, bütün bu qeyri-sabit məzənnə siyasəti həmin valyutalara inamın azalmasına gətirib çıxarır: “Azərbaycanda da əhali və sahibkarlar həmin xarici valyutalardan əllərini üzməyə başlayıblar. Milli valyutanın özünü “etibarlı” aparması da burada rol oynayır”. S.Əliyevin qənaətincə, ölkədə baş verən makroiqtisadi proseslər yaxın zamanlarda manatın bahalaşmasının davam edəcəyini göstərir. Ona görə də ölkədə bir növ xarici valyutalardan imtina prosesi başlayıb.

Qeyd edək ki, Mərkəzi Bank ABŞ valyutasının kəskin ucuzlaşmasının qarşısını almaq üçün bazardan dollar alışının həcmini artırıb. Cari ilin yanvar-mart aylarında bu məqsədlə 2,6 milyard dollar həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 600 milyon dollar çoxdur. Eyni siyasətin avroya da şamil olunub-olunmayacağı haqda sualımız isə qurum tərəfindən cavablandırılmamış qaldı.

 
Həbibə Abdulla
AZADİNFORM
Tarix: 02 Iyun 2011  |  Baxış sayı: 927




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV