Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Daha 63 min əmanətçi əmanətləri qorunmayanların cərgəsinə düşdü
Samir Əliyev: “Sığortalanmayan əmanətlərin getdikcə artması təhlükəlidir”

Sığortalanmayan əmanətlərin həcminin artmaqda davam etməsi onu göstərir ki, insanların əmanətlərin sığortalanması barədə məlumatları çox azdır. Əks halda qorunmayan əmanətlərin həcmi son 6 ayda kəskin artmazdı. “İqtisadi forum” jurnalının məlumatıma görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, təkcə 2011-ci ilin II rübündə qorunan əmanətçilərin sayı 5 milyon 485 min 375 nəfərdən 5 milyon 422 min 725 nəfərə düşüb. Ekspert bunun səbəbini əmanətl'rin yüksək faizlə cəlb edilməsi ilə bağlayıb: “Aprel-iyun aylarında qorunan əmanətçilərin sayı təxminən 63 min nəfər azalıb. Bu o deməkdir ki, banklar, xüsusən də kredit vermək üçün resursları az olan banklar böyük həvəslə yüksək faizlə əmanət cəlb edir. Əmanətlərin sığortalanması barədə anlayışı olmayan müştərilər isə çox qazanmaq xətrinə yüksək faizlərə üstünlük verirlər. Nəticədə sığortalanmayan əmanətlərin həcminin artımını müşahidə edirik.”

S.Əliyev sığortalanmayan əmanətlərin həcminin getdikcə artmasının narahatlıq doğurması qənaətindədir. “2011-ci ilin birinci yarısında qorunmayan əmanətlərin payı 36%-dən 40%-ə yüksəlib. Təkcə II rüb üzv banklara 208 milyon manat həcmində əmanət yerləşdirilib ki, bunun da 122 milyon manatı və ya 68%-i qorunmayan əmanətlərin payına düşür. Bu müddətdə 86 milyon manatlıq əmanət sığortalanıb”, -deyə ekspert bildirib.

Bu gün ölkədə fəaliyyət göstərən 44 bankın 43-ü  Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğunu xatırladan ekspert hesab edir ki, bankların bir çoxu insanların məlumatsızlığından sui-istifadə edirlər.

Bundan əvvəl 3 bankın lisenziyasının gerin alındığını və hazırda 5 bankın ləğv etmə prosesində olduğunu xatırladan ekspert hesab edir ki, insanlar əmanət yerləşdirərkən bir sıra şərtləri nəzərə almalıdır. “Əvvala, əmanətçilər depozit qoyacağı bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olmasına əmin olmalıdır. İkincisi, əmanətçilər çalışmalıdır yatırdıqları əmanətlərin faiz dərəcəsi 12%-dən yüksək olmasın. Üçüncüsü, bir banka yatırdıqları əmanətin maksimum həcmi 30 min manat olmalıdır“

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, iyulun 1-i tarixinə fiziki şəxslərin üzv banklarda olan əmanətlərin həcmi 3381 milyon manat təşkil edib. Bu vəsaitin 1352  milyon manatı qorunmayan,  2029  milyon manatı qorunan əmanətlərin payına düşür. Fond iştirakçı banklardan cari ikinci rübündə 1 226 min AZN, 1 402 min ABŞ dolları, 181 min avro həcmində təqvim haqlarını toplayıb.

Hazırda Fondun sığorta ehtiyatları 37 milyon manat təşkil edir. Qorunan əmanətçilərin sayı 5 milyon 422 min 725 nəfərdir. İştirakçı bankların sayı 43-dür.

Xatırladaq ki, 01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Tarix: 02 Avqust 2011  |  Baxış sayı: 951




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV