Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əmlak vergisi: problemlər və həll yolları
İTYİB fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsini nəzərdə tutan sənədin müzakirəsini təşkil etdi

Fiziki şəxslərdən əmlak vergisinin aşağı yığım səviyyəsi də bələdiyyələrin ən çox üzləşdiyi problemlərdən biridir. Bunun kökündə daha çox bələdiyyələrdən asılı olmayan və qanunvericilikdəki boşluqlardan qaynaqlanan səbəblər durur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu fikri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin vergi yığımı problemlərinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) sentyabrın21-də Kaspian Plazanın konfrans zalında “Bələdiyyələrin maliyyə imkanlarının artırılması: Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa konfransı keçirib.

Tədbiri giriş sözü ilə açan İTYİB-in sədri Azər Mehtiyev bildirdi ki, rəhbərlik etdiyi qurum 2010-ci ilin sentyabrından başlayaraq Böyük Britaniyanın «Oxfam» və Almaniya Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatlarının birgə dəstəyilə «Azərbaycanın Mərkəzi Regionunda yerli idarəçilik və inkişafa vətəndaşların cəlbi və bələdiyyələrin bacarıqlarının artırılması» layihəsini həyata keçirir.

Layihə çərçivəsində görülən işlər barədə qısaca məlumat verən A.Mehtiyev qeyd etdi ki, İTYİB bələdiyyələrin maliyyə imkanlarının gücləndirilməsinə imkan verən siyasət sənədi hazırlayıb: “Layihə çərçivəsində Mərkəzi Aran regionunu təmsil edən 16 bələdiyyənin büdcə sənədləri qanunvericiliyə uyğun tərtib edilib, həmin bələdiyyələrdə ictimai dinləmə keçirilib. Bundan başqa təşkilatımız bələdiyyələrin maliyyə mənbələrindən olan fiziki şəxslərdən əmlak vergisinin bazasının təkmilləşdirilməsi ilə bağlı sənəd hazırlayıb. Çünki apardığımız araşdırmaların nəticəsi göstərdi ki, yerli vergilərin, o cümlədən fiziki şəxslərdən əmlak vergisinin yığımında çoxlu problemlər var. Bu problemin aradan qaldırılması üçün təkliflər hazırlamışıq”

Böyük Britaniyanın Oxfam təşkilatının Azərbaycan üzrə rəhbəri Şövkət Əlizadə çıxışında təmsil etdiyi qurumun Azərbaycanda 18 il müddətində işlədiklərinin və əsas prioritetlərinin yoxsulluğun azaldılması olduğunu bildirdi. Onun sözlərinə görə, bələdiyyələr əhaliyə yaxın olan qurum olduğundan onların problemlərinə daha yaxşı bələddirlər. Ona görə də əhaliyə xidmət göstərmək və onların problemlərini həll etmək iqtidarında olması üçün bələdiyyələrin maliyyə resurslarına çıxış imkanları genişləndirilməlidir.  

İTYİB-in eksperti Samir Əliyev “Bələdiyyələrin maliyyə imkanlarının artırılması: Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsi” mövzusunda təqdimat etdi. Onun sözlərinə görə, yerli özünüidarə qurumlarının normal fəaliyyəti üçün onların maliyyə potensialının güclü olması vacib şərtdir, ancaq bələdiyyələr onlara verilmiş maliyyə mənbələrindən lazımınca yararlana bilmirlər: “Maliyyə imkanlarının zəif olması bələdiyyələrə öz səaliyyətlərini tam yerinə yetirməyə imkan vermir. Nəticədə əhalinin bu qurumlara olan inamı azalır və cəmiyyətdə bələdiyyələrin lazımsız qurum olması fikrinin formalaşmasına gətirib çıxarır. Hökumət bələdiyyələrin kifayət qədər səlahiyyətlərinin və ona uyğun maliyyə mənbələrinin olduğu bildirirlər. Ancaq apardığımız tədqiqatlar göstərir ki, bələdiyyələr onlara verilmiş maliyyə mənbələrindən lazımınca yararlana bilmirlər. Fiziki şəxslərdən əmlak vergisinin aşağı yığım səviyyəsi də bələdiyyələrin ən çox üzləşdiyi problemlərdən biridir. Bunun kökündə daha çox bələdiyyələrdən asılı olmayan və qanunvericilikdəki boşluqlardan qaynaqlanan səbəblər durur”.

Ekspert ilk əvvəl əmlak vergi üzrə yığımın səviyyəsinin mövcud olan durumuna nəzər saldı:  “Fiziki şəxslərdən əmlak vergisi üzrə ödəmələr çox aşağı səviyyədədir. Statistik məlumatlar göstərir ki, 2010-cu ildə ölkə üzrə əmlak vergisinin proqnozunun icrası 68% təşkil edib. Bələdiyyələr planlaşdırdıqları 3,9 milyon manat əvəzinə 2,7 milyon manat yığa biliblər. Yevlax və Beyləqan bələdiyyələri plana artıqlaması ilə əməl etdikləri halda üzrə 6 rayonda (Naftalan, Daşkəsən, İmişli, Mingəçevir, Ağdam və Füzuli) ümumiyyətlə əmlak vergisi yığılmayıb. Ən aşağı yığım Astara, Qobustan, Saatlı və Gədəbəy rayonlarında qeydə alınıb. Bu rayonlar müvafiq olaraq proqnoza 1,6%, 2,2%, 3% və 3,3% əməl edə bilib. Təcrübədə əmlak vergisini yığmayan bələdiyyələrə rast gəlinir. Halbuki vergi qanunvericiliyinə görə, əmlak vergi digər vergilər kimi məcburi ödənişdir”.

Daha sonra S.Əliyev vergi yığımına əngəl olan səbəbləri tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Evlərin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsini mümkünsüz edir. Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, fiziki şəxslərdən əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Yəni evin vergiyə cəlb edilməsi üçün onun inventar dəyərinin olması vacibdir. Ancaq fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Apardığımız araşdırmalar göstərir ki, kənd yerlərində evlərin təxminən 90%-nin inventar dəyəri yoxdur”. Ekspert digər problem olaraq  qanunvericilikdəki ziddiyyətləri göstərdi. Onun fikrincə, bu vəziyyət bələdiyyələrin qiymətləndirmə barədə qərarlarının hüquqiliyini şübhə altına qoyur. “Evlərin inventar dəyəri Nazirlər Kabinetinin 110 saylı, 28 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası” əsasında müəyyənləşdirilir. İnventarlaşma isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən müəyyən olunaraq rəsmiləşdirilir və bələdiyyənin sifarişi ilə onun vergi orqanına təqdim edilir. Xidmətin Əsasnaməsinin 9.24-cü maddəsinə görə, inventarlaşdırılmasını həyata keçirmək bu qurumun bilavasitə vəzifəsidir. Bütün bunlar göstərir ki, Azərbaycanda daşınmaz əmlakın inventarlaşmasının aparılması hüququ yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib. Digər qurumlar tərəfindən, o cümlədən müstəqil qiymətləndiricilər tərəfindən inventar dəyərinin müəyyən edilməsinin heç bir hüquqi əsası yoxdur”.

Ekspert digər səbəblər qismində bələdiyyələrin zəruri təsir mexanizmlərinin olmamasını, bələdiyyələrin bilik və bacarıqlarının az olmasını və əhalinin məlumatlılıq səviyyəsinin aşağı olmasını göstərdi. 

S.Əliyev problemin həlli məqsədilə təmsil etdiyi təşkilatın təklif etdiyi mexanizmlər barədə məlumat verdi: “Tədqiatın yekunu olaraq İTYİB fiziki şəxslərdən əmlak vergisi sahəsində yığım səviyyəsininin artırılması məqsədilə hökumətə 3 mexanizm təklif edir:

1. Fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (evlərin) kütləvi inventarlaşdırılmasının təşkili;

2. Fiziki şəxslərin əmlakının bazar dəyəri əsasında vergiyə cəlb olunması;

3. Əmlakın sahəsinin ölçüsünə görə fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması.

1-ci mexanizm daha çox mövcud vəziyyət saxlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına evlərin kütləvi inventarlaşdırılmasını nəzərə tutur. Evlərin inventarlaşdırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir.

2-ci mexanizmə görə, hazırda əmlakın inventar dəyəri əsasında vergiyə cəlb olunma qaydalarından tamamilə imtina olunur mülkiyyətin bazar dəyəri əsasında vergitutma mexanizmi tətbiq edilir. Bu zaman əmlakın bazar dəyəri tam yox, 50-60%-i həddində vergi bazası kimi götürülür. Bunun üçün hökumət mülkiyyət obyektlərinin reyestrinin yaradır və kütləvi qiymətləndirməyə gedir. Qiymətləndirmə məlumatlarıbıb sistemkəşdirilməsi və baza yaradılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında Vergilər, Maliyyə və Ədliyyə nazirliklərinin, həmçinin bələdiyyə assosiasiyaları nümayəndələrindən ibarət daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici komissiya yaradıla bilər. Bu qurum ən geci 3 ildə bir dəfə daşınmaz əmlak bazarında aparılan tədqiqatlar əsasında Reyestrdə əmlakın bazar dəyərinə müvafiq dəyişikliklər apara bilər.

3-cü mexanizmə görə, fiziki şəxslərin daşınmaz əmlakı yerləşdiyi sahənin ölçüsünə əsasən vergiyə cəlb edilir. Yəni evin hər kvadratmetri üçün vergi məbləği müəyyən olunur. Evin sahəsindən asılı olaraq ödəniləcək vergi məbləği hesablanır. Bu mexanizm Polşa, Çexiya, Finlandiya və Ukrayna və s. kimi ölkələrdə tətbiq edilir”.

Hər 3 mexanizmin üstün və çatışmazlıqlarından danışan ekspert bildirdi ki, sənədi hazırlayan müəlliflər 2-ci mexanizmə üstünlük veriblər. S.Əliyevə görə, əmlakın bazar dəyəri əsasında vergiyə cəlb edilməsi mexanizmi dünyada daha geniş yayılmış təcrübədir. “Bu sistem iqtisadi baxımdan ədalətli sistemdir. Hər bir əmlak öz dəyərinə görə vergiyə cəlb olunur və daha bahalı əmlaka görə yüksək, ucuz əmlaka görə isə az həcmdə vergi hesablanır. Sistem dinamik olduğundan bazarda əmlakın dəyərində baş verən dəyişikliklər vergi həcminə dərhal təsir göstərir. Subeyktiv yanaşmalara deyil, bazarda baş verən proseslərə bağlı sistemdir. Bu baxımdan şəffaflığı daha effektiv təmin edən mexanizm hesab olunur”, - deyə ekspert bildirib. 

Ekspert əlavə edib ki, yeni mexanizmin qəbulu nəticəsində bələdiyyələrin büdcə gəlirləri ən azı 20-30 dəfə arta bilər.

Sonda ekspert qeyd edib ki, bələdiyyələrin əksəriyyətində vergi xidməti formalaşmaması, bələdiyyələrin təsir rıçaqlarının olmaması və digər amillər vergi yığımı problemini tam həllini tapmasına zəmanət vermir. Bunun üçün, ekspertə görə, yerli vergilərin, o cümlədən fiziki şəxslərdən əmlak vergisinin yığımı dövlət vergi orqanına - Vergilər Nazirliyinə həvalə edilə bilər.

Tədqimatdan sonra mövzu ətrafında müzakirələr başlandı.

Millət vəkili Əli Məsimli bələdiyyələrin fəaliyyəti üçün mininmum qanunvericilik bazasının yaradıldığını bildirdi və əlavə etdi ki, təəssüf ki, bu baza tərpənməz qalıb. Onun sözlərinə görə, artıq keçid dövrü başa çatıb və artıq bələdiyyələrin səmərəli fəaliyyəti barədə düşünmək lazımdır. Millət vəkili diqqəti səlahiyyətlərdə olan paralellik məsələsinə yönəldərək ictra hakimiyyətləri ilə bələdiyyələrinin səlahiyyətlərinin aydınlaşdırılmasına ehtiyac olduğunu qeyd etdi. Ə.Məsimli eyni zamanda dövlət tərəfindən ayrılan maliyyə yardımlarının artırılmasının zəruriliyini də vurğuladı.

Vergilər Nazirliyinin nümayəndəsi Cəmil Tahirov təmsil etdiyi Nazirliyin bu probtlmlərin həlli istiqamətində bələdiyyələrə tövsiyələr verdiyini və onlarla əməkdaşlıq etdiyini bildirdi. Dövlət məmurunun sözlərinə görə, yerli vergilər Vergilər Nazirliyi tərəfindən yığılması təklifi cəlbedici olsa da bu ideya dərindən araşdırmalıdır. Çünki, onun sözlərinə görə, bu ideya həmin vergilərin yığılması üçün Nazirliyin nəzdində əlavə ştatların açılması və buna uyğun olaraq əlavə maliyyənin ayrılmasını tələb edir.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sənədin keyfiyyətlə hazırlandığını bildirməklə yanaşı beynəlxalq təcrübələrə istinadı da təqdirəlayiq hesab etdi.  Çıxışçı əmlak vergisinin əmlakın bazar dəyərindən tutulması mexaniminin yaxşı olduğunu bildirsə də, qiymətlərin müəyyən olunmasında ədalət prinsipinin qorunacağına əmin olmadığını dilə gətirdi. Ə.Nuryev təklif olunan variantlar arasında əmlak vergisinin əmlakın sahəsi əsasında hesablanması mexanizmini daha əlverişli saydı.

Mülki Cəmiyyətə Doğru Mərkəzi sədri Abil Bayramovun fikrincə, sadalanan problemlərin həlli üçün ilk nöcbədə bələdiyyə institutuna münasibət dəyişməlidir. Əks halda heç bir uğur mümkün olmayacaq.

Hüquqşünas Ələsgər Məmmədli ictimai qurumların təşəbbüslərini müsbət qiymətləndirərək bunu hökumətin yükününü bir qədər azaldılması kimi dəyərləndirdi və hökumtin bu imkanlardan yararlanmalı olduğunu bildirdi.

Müzakirələrdə səslənən fikirlər arasında bazar dəyərinə mərhələli keçid, maarifləndirmə işlərinin aparılması kimi təkliflər irəli sürüldü.

 
 
Tarix: 21 Sentyabr 2011  |  Baxış sayı: 1072




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV