Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


2011-ci il üzrə dünya dövlətlərinin qabiliyyətsizlik reytinqi
Somalinin birinci olduğu siyahıda Azərbaycan 63-cüdür

ABŞ-ın iki  aparıcı institutu – nüfuzlu Foreign Policy jurnalı və Amerika Sülh Fondu (The Fund for Peace) ictimai təşkilatı – dünya ölkələrinin “qabiliyyətsizlik” üzrə yeddinci ekspert reytinqini (Failed States Index – 2011) açıqlayıb. Bu ekspert reytinqi hakimiyyətin ölkənin ərazi bütövlüyünə, həmçinin ölkədəki demoqrafik, siyasi və iqtisadi vəziyyətə nəzarət etmək qabiliyyətini əks etdirir. Reytinqdə ilk yerləri başda Somali olmaqla 35 ən uğursuz ölkə tutur. Finlandiya başda olmaqla 12 ölkə isə əmin-amanlıq və dövlət institutlarının  stabilliyi zonasını formalaşdırır.

“İqtisadi forum” jurnalının məlumatına görə, 2005-ci ildən dərc olunan bu reytinqin hazırlanması zamanı ekspertlər dünya dövlətlərini konfliklərin qiymətləndirilməsinin xüsusi sistem alətinin (Conflikt Assessment System) köməyi ilə analiz edirlər. Analiz dövlətlərin “qabiliyyətsizlik” indikatoru adlandırılan 12 meyar əsasında aparılır. Reytinqin hesablanmasında istifadə olunan indikatorlar sosial, iqtisadi və hərbi-siyasi olmaqla aşağıdakı 3 qrupda birləşdirilir:  

Sosial göstəricilər:

1. Demoqrafik təzyiqin səviyyəsi;

2. Qaçqınların və köçkünlərin miqrasiya səviyyəsi;

3. Narazı və qisas almağa meylli qrupların mövcudluğu;

4. Ölkədən sabit və davamlı emiqrasiyanın olması;


İqtisadi göstəricilər:

5. İqtisadi inkişafın qeyri-bərabərliyi;

6. İqtisadi qeyri-stabilliyin səviyyəsi;


Siyasi göstəricilər:

7. Dövlət strukturlarının kriminallaşma və legitimləşmə səviyyəsi;

8. İctimai xidmətlərin mövcudluğu və keyfiyyəti;

9. İnsan hüquqlarının pozulma səviyyəsi;

10. Dövlət təhlükəsizlik qurumlarının “dövlət içərisində dövlət” kimi təsirinin səviyyəsi;  

11. Elit qrupların və ya klanların təsir səviyyəsi;

12. Başqa ölkələrin və ya xarici siyasi subyektlərin müdaxilə dərəcəsi.

Vəziyyətin ümumi qiymətləndirilməsi üçün ekspertlər beş başlıca dövlət institutunu – siyasi rəhbərlik, ordu, polis, məhkəmə sistemi və mülki xidmət - dövlətin və onun vətəndaşlarının təhlükəsizləyini təmin etmə qabiliyyətləri üzrə analiz edirlər. Bunun üçün il  ərzində açıq mənbələrdə yerləşdirilmiş çoxsaylı informasiya materialları təhlil olunur və hər bir indikator üzrə mənfi və müsbət qiymətlərin kəmiyyəti hesablanır. Daha sonra ekspertlər bütün məcmu informasiyaları hər bir ölkə üzrə analiz edir və yekun İndeks hesablayırlar. İndeks 0 – 10 arasında dəyişir. 0 - ən yüksək sabitlik dərəcəsini, yəni risk və təhlükələrin son dərəcə aşağı olmasını, 10 – isə ən aşağı sabitlik dərəcəsi, yəni risk və təhlükələrin maksimum yüksək olduğunu göstərir.

Ölkə üzrə bütün indikatorların göstəriciləri toplanmaqla ümumi nəticə alınır (ölkə üzrə maksimal bal -120 ola bilər). Reytinq sırası ölkələrin ümumi nəticə göstəricisi əsasında ən yüksək baldan başlayaraq azalma istiqamətibdə qurulur. Beləlilkə, son dərəcə qeyri-sabit ölkələr 120 bal yığa bilər. Belə hal hələ baş verməyib – ilk yeri tutan Somali 113,4 balla siyahıya liderlik edir.

2005-ci ildə 75, 2006-cı ildə 146 ölkə qiymətləndirilmişdisə, 2007-ci ildən bu İndeks177 ölkə üzrə təyin edilir.

Reyting tərtibçilərinin fikrincə, hazırda dünyanın ən qabiliyyətsiz dövləti Somalidir. Bu ölkə artıq dördüncü ildir ki, birinci yeri “zəbt” edib. Ən qabiliyyətsiz ölkələr sırasına ilk beşliyə Somalidən başqa, Çad, Sudan, Konqo Demokratik Respublikası kimi ənənəvi uğursuz ölkələr, həmçinin Qərb yarımkürəsinin yeganə “qabiliyyətsiz” ölkəsi olan Haiti də daxildir. Bu ölkələrdə xırda elitalar hakimlik edir, ərazilərində hərbi əməliyyatlar baş verir (Haiti istisna olmaqla), ağır iqtisadi vəziyyət hökm sürür, əhalisi isə son dərəcə kasıb yaşayır. Bundan əlavə, 35 ən qabiliyyətsiz ölkələr qrupuna Əfqanıstan (6) və İraq (9) kimi əraziləri antiterror koalisiyasının silahlı qüvvələri tərəfindən işğal edilmiş ölkələr, Pakistan (12) və Şimali Koreya (22) kimi nüvə silahına malik olan ölkələr, həmçinin keçmiş SSRİ ərazisinin yeganə qabiliyyətsiz ölkəsi olan Qırğızıstan (35) da daxildir.

Orta səviyyədə qeyri-stabil dövlət qrupuna 88 ölkə aiddir ki, bunlar 36-124-cü yerləri paylaşırlar. Bu reytingdə Tacikistan 39, Özbəkistan 40, Gürcüstan 47, Azərbaycan 63, Moldova 66 ( Moldova həmçinin Avropanın ən qeyri-stabil ölkəsidir), Türkmənistan 75, Rusiya 82, Ermənistan 101, Qazaxıstan 107, Ukrayna 110-cu pillədədir.

Müqayisə üçün: Türkiyə – 104, Latviya – 135, Estoniya – 140, Litva – 149, Birləşmiş Ərəb Əmirlikləri – 138, Yunanıstan – 143, Polşa – 146, İtaliya – 147, İspaniya – 151, Çexiya – 152, Cənubi Koreya – 155, Amerika Birləşmiş Ştatları – 158, Böyük Britaniya – 159, Fransa – 161, Almaniya – 162, Yaponiya – 164 – cü pillədə yerləşib.

 166 – 177 – ci pillələrdə yerləşən ölkələr isə ən stabil və insan həyatı üçün daha əlverişli ölkələr hesab olunur. Bu ölkələrin sayı cəmi 12-dir: Niderland, Avstraliya, Kanada, Avstriya, Lüksemburq, İrlandiya, Yeni Zelandiya, Danimarka, İsveçrə, İsveç, Norveç və reytinqin ən firavan ölkəsi olan Finlandiya.

Dövlətlərin Qabiliyyətsizlik İndeksi üzrə 2011-ci ilin reytinqində yuxarıda qeyd olunmuş indikatorlar üzrə Azərbaycanın göstərdiyi nəticələr isə belədir:

  • demokrafik təzyiqin səviyyəsi -5.8;
  • qaçqınların və köçkünlərin migrasiya səviyyəsi - 7.9;
  • cəmiyyətdə narazı və qisas almağa meylli qrupların mövcudluğu - 7.5;
  • ölkədən sabit və davamlı emigrasiyanın olması - 5.4;
  • iqtisadi inkişafın qeyri-bərabərliyi – 6.9;
  • iqtisadi qeyri-stabilliyin səviyyəsi – 5.5;
  • dövlət strukturlarının kriminallaşma və legitimləşmə səviyyəsi – 7.7;
  • ictimai xidmətlərin mövcudluğu və keyfiyyəti – 5.7;
  • insan hüquqlarının pozulma səviyyəsi – 7.2;
  • dövlət təhlükəsizlik xidmətinin “dövlət içərisində dövlət” kimi təsirinin səviyyəsi – 7.0;
  • elit qrupların və ya klanların təsir səviyyəsi – 7.8;
  • başqa ölkələrin və ya xarici siyasi subyektlərin müdaxilə dərəcəsi – 7.5.

Göründüyü kimi, Azərbaycan 12 indikatordan yeddisi üzrə 7-dən yuxarı bal alıb.

Bütün indikatorlar üzrə nəticələri toplamaqla Azərbaycanın ümumi göstəricisi - 81.9 olub. Bu indekslə Azərbaycan reytinq siyahısında 63-cü yerdə qərarlaşıb.


Hazırladı:
Zöhrə Mehdiyeva

Tarix: 25 Sentyabr 2011  |  Baxış sayı: 1144




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV