2011-ci ildə orta aylıq əmək haqları təxminən 750 $ olacaq.
Rusiyada dövlət sektorunda işləyənlərin əmək haqları oktyabrın 1-dən 6.5% həddində indeksləşdiriləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, baş nazir Vladimir Putin sentyabrın 27-də bununla bağlı sərəncam imzalayıb.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya hökuməti 1 oktyabr 2011-ci il tarixindən dövlət sektorunda çalışanların əmək haqları təxminən 6,5% artıracaq.
Maaşların artırılacağı dövlət işçiləri sırasına federal xəzinə əməkdaşları, büdcə, muxtar qurumlar və dövlət orqanlarının əməkdaşları hərbi hissələrin hərbi və mülki qulluqçuları, habelə dövlət elmlər akademiyaları və onların tabeliyində olan orqanlarının əməkdaşları aiddir.
Dövlət işçilərinin əmək haqlarının indeksləşdiriliməsi "Vahid Rusiya"nın sentyabrın 24-də keçirilmiş qurultayında elan edilib. Bundan əlavə, hökumət başçısı bildirib ki, növbəti iki ildə səhiyyə sektorunda çalışanların əmək haqları 30% artacaq, kənd yerlərində işləməyə gedən həkimlərə isə əlavə olaraq 1 milyon rubl (31250$) məbləğində yol xərci ödəniləcək.
Putin eyni zamanda əlavə edib ki, 2012-ci ildə Rusiyanın bütün regionlarında məktəb müəllimlərinin maaşları iqtisadiyyat üzrə orta aylıq əmək haqları səviyyəsinə çatdırılacaq və ya artırılacaq.
Baş nazir sonda bildirib ki, yaxın 2-3 ildə ölkədə orta aylıq əmək haqqı 32 minrubla (1000 $) kimi artmalıdır. Onun sözlərinə görə 2011-ci ildə bu göstərici 24 minrubla (750 $) yaxın olacaq.
Zöhrə Mehdiyeva
|