Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əhalinin maliyyə savadlılığı və yoxsulluq

Vətəndaş cəmiyyəti bu mövzunu müzakirə etmək üçün Qırğızıstana yığışdı

Qırğızıstan hökuməti əhalinin maliyyə savadlılığının  artırılması üzrə Dövlət Proqramı hazırlayır. Proqramın hazırlanması prosesinə yerli vətəndaş cəmiyyət ilə yanaşı xarici ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri cəlb edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu məqsədlə oktyabrın 7-8-də İssık Kul gölü yaxınlığında beynəlxalq konfrans keçirilib.

"Ak Maral" pansionatında "Əhalinin maliyyə savadlılığı və iqtisadi jurnalistika yoxsulluqla mübarizə və sabitlik amili kimi" mövzusunda keçirilən ikigünlük konfransın əsas təşəbbüskarları yerli QHT-ləri və Qırğızıstan hökuməti yanında maliyyə bazarlarına nəzarət və tənzimləmə Dövlət Xidməti olub.

Konfransın məqsədi əhalinin geniş təbəqəsinin iqtisadi və maliyyə sahəsində savadlılığının artırılmasında mövcud təcrübələrin mübaliəsi, bu sahədə beyin mərkəzlərinin yaradılması təşəbbüsləri, ölkədə iqtisadi jurnalistikanın vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparmaq və KİV-də iqtisadiyyatın işıqlandırılmasının yaxşılaşdırılması üzrə tövsiyələrin işlənməsini təmin etməkdir. 

Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Belorus, Gürcüstan, Tacikistan və Qazaxıstandan olan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Tədbirə Azərbaycandan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev, “Turan” informasiya agentliyinin əməkdaşı Hafiz Babalı, “Şəffaflıq” jurnalının baş redaktoru Nicat Dağlar və “Azadlıq” radiosunun əməkdaşı Fərəh Sabirqızı qatılıb.

İTYİB-in eksperti Samir Əliyev konfrans iştirakçıları üçün “Azərbaycanda iqtisadi informasiyalara əlçatanlığın və iqtisadi jurnalistikanın problemləri” mövzusunda təqdimat edib. Təqdimatda Azərbaycanda iqtisadi jurnalistikanın inkişafının vacibliyi və onun qarşısında duran problemlər, iqtisadi məlumatlara əlçatanlılığın vəziyyəti, məlumatların açıqlığına və əlçatanlığına təminat verən və onu məhdudlaşdıran əsas qanunlar, iqtisadi jurnalistikanın inkişafı sahəsində mövcud təşəbbüslərə toxunulub.

Konfransda müzakirələr zamanı qeyd edilib ki, qeyri-demokratik ölkələrdə hakimiyyət əhalinin maliyyə savadının artırılmasında maraqlı olmur, çünki onu təhlükə hesab edir.

Sonda konfrans iştirakçıları adından Qırğızıstan hökumətinə təkliflər təqdim edilməsi qərara alınıb.

 
 

Tarix: 12 Oktyabr 2011  |  Baxış sayı: 800




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV