Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“Bələdiyyə bələdiyyə olsa, seçki də seçki olar”
Noyabrın 30-da 330 bələdiyyəyə seçki keçiriləcək. 464 nəfər bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Ancaq seçki kampaniyası o qədər də fəal getmir, aparıcı partiyalar prosesə maraq göstərmir. Niyə belədir? “Media forum” saytı sualı bələdiyyə məsələləri üzrə ekspert Samir Əliyevə ünvanlayıb.

Ekspertin qənaətinə görə, 12 illik fəaliyyəti dövründə Azərbaycanda bələdiyyələr real yerli hakimiyyətə çevrilə bilməyib: “Bu qurumlar daha çox icra hakimiyyəti orqanlarının tapşırığını yerinə yetirən şöbə funksiyasını daşıyır. İcra hakimiyyətləri bələdiyyələri əməlli-başlı istismar edir. Təsəvvür edin, şəhər və ya rayon mərkəzlərinin abadlaşdırılması bələdiyyələrə tapşırılır. Bələdiyyə əhalidən vergi şəklində yığdığı vəsaiti icra hakimiyyəti rəhbərinin tapşırığı ilə bələdiyyə ərazisindən uzaqda yerləşən hər hansı parkın abadlaşdırılmasına yönəldir. Halbuki bu vəsait bələdiyyənin öz ərazisindəki problemin həlli üçün nəzərdə tutulub.

Hər il dövlət büdcəsindən ayrılan dotasiya bələdiyyələrin başağrısına çevrilir. Çünki ən yaxşı halda həmin vəsaitin yarısını alan bələdiyyə o puldan sərbəst şəkildə istifadə etmək imkanından məhrumdur. Bələdiyyə öz mülkiyyətində olan torpağı müstəqil sata bilmir”.

Samir Əliyev qeyd edir ki, indi rayon yerlərində bələdiyyə sədrlərinin bir hissəsi kredit ödəməklə məşğuldur: “Çünki büdcədə pul olmadığından icra hakimiyyəti nümayəndələrinin tapşırığını kredit hesabına ödəmək məcburiyyətində qalırlar. Kənd yerlərində bələdiyyə üzvlərinin icra hakimiyyəti nümayəndələri tərəfindən yol qırağında fəhlə kimi işlədilməsinin şahidi oluruq. Çünki bələdiyyələr ya fəhlə tutub pul ödəmək, ya da özü işləmək seçimində ikinciyə üstünlük vermək məcburiyyətində qalırlar.

Bu gün kənd yerlərində bələdiyyələr sosial problemlərin yox, ailədaxili problemlərin həlli ilə məşğul olmaq məcburiyyətindədir. Çünki sosial problemlərin həlli üçün səlahiyyət və maliyyə lazımdır. Bu isə bələdiyyələrdə yoxdur. Bələdiyyələr hətta qanunvericiliklə onlara verilmiş vergiləri yığa bilmir. Qanunvericilikdəki boşluqlar, təsir rıçaqlarının olmaması vergi yığımına imkan vermir”.

Ekspert regionlarda məktəb, xəstəxana, yol tikintisinə milyardlarla büdcə vəsaiti ayrıldığını xatırladaraq deyir: “Bu işlərin heç birinə bələdiyyə cəlb edilmir. Dövlət proqramlarında bələdiyyələrin adı iş icraçıları arasında olsa da, faktiki olaraq bütün işlər dövlət qurumları və onların cəlb etdikləri özəl qurumlar tərəfindən görülür.

Bütün bunlar öz nəticəsini seçkilərdə göstərir. Nəticə ondan ibarətdir ki, insanlar nə bələdiyyələrdə təmsil olunmaq istəyirlər, nə də seçkiyə getmək. Təcrübə göstərir ki, bələdiyyə seçkilərinə maraq getdikcə azalır. Əgər 2004-cü il seçkilərində 36 minə qədər namizəd iştirak edirdisə, 2009-cu ildə bu göstərici 31 min nəfərə qədər azalmışdı”. 

Samir Əliyev bildirir ki, ən kiçik partiyanın daxilində keçirilən seçkilərə olan marağı və bu seçkilərin yaratdığı ajiotajı bələdiyyə seçkilərində müşahidə etmək mümkün deyil: “Prezident və parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkiləri insanların maraq dairəsindən kənardadır. Bunun sadə izahı var: Azərbaycanda bələdiyyələr gücü olmayan bir qurumlardır. Çünki bu qurumların səlahiyyətləri, demək olar, yoxdur.

Cəmiyyətdə bələdiyyə institutuna və onun perspektivlərinə seçicilərin inamı azdır. Müxalifət partiyaların bələdiyyə seçkilərində kifayət qədər fəallıq göstərməməsi və bu seçkilərə lazımi əhəmiyyət verməməsi də fəallığın aşağı olmasına gətirib çıxaran amillərdəndir. Proses belə davam edəcəyi təqdirdə bələdiyyə seçkiləri formal xarakter daşıyacaq.

Azərbaycanın da qoşulduğu Avropa Yerli Özünüidarətemə Xartiyasına görə, bələdiyyələrə zəruri səlahiyyət və ona uyğun maliyyə mənbəyi verilməlidir. Səlahiyyətlər müstəsna olmalıdır. Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında olan paralellik aradan götürülməlidir. Bir sözlə, bələdiyyələr real yerli hakimiyyət olmalıdır. Bəlkə bundan sonra bələdiyyə seçkilərinə maraq arta. Obrazlı desək, bələdiyyə bələdiyyə olsa, seçki də seçki olar”.

 
"Media forum"
 
Tarix: 12 Oktyabr 2011  |  Baxış sayı: 823




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV