Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Nə içirik?

Azərbaycan ərazinin hər kvadratkilometrinə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatlarına görə Cənubi Qafqazda sonuncudur. Regionun ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, cəmi 10 faizi Azərbaycanın payına düşür. Müxtəlif bölgələrdə, xüsusən də Aran zonasında əhalinin içməli suya olan tələbatı əksər hallarda isə sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir.

Azərbaycanda şirin su ehtiyatının keyfiyyəti də narahatlıq doğurur. Xüsusən də kənd əhalisinin 46 faizdən çoxu fiziki-kimyəvi tərkibi bəlli olmayan quyu sularından istifadə etmək məcburiyyətindədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 29,6 faizi, şəhər əhalisinin 26,3 faizi, kənd əhalisinin isə 29,9 faizi içməli suyu şəxsi həyətlərdəki quyulardan götürür.

İçməli suyu ümumi quyulardan, bulaq, çay və nohurlardan götürənlər əhalinin 28,5 faizini təşkil edir. Kənd yerlərində isə bu göstərici 30,8 faizdir. Şəxsi həyətlərdəki quyuları da nəzərə alsaq, kənd yerlərində içməli suyu quyu, bulaq, çay və nohurlardan götürənlər bu ərazilərdə yaşayanların 60,7 faizini təşkil edir.

Bəs quyu, bulaq, çay və nohurlardan götürülən suyun keyfiyyətinə nəzarət hansı səviyyədədir? Mərkəzləşdirilmiş su sistemindən kənarda istifadə olunan içməli suyun keyfiyyəti müntəzəm şəkildə yoxlanılırmı?


* * *

İçməli su məsələsi dünyanın ən vacib problemlərindən hesab olunur. Beynəlxalq ekspertlərin fikrincə, dünyada yayılmasına və qlobal xəstəlik yükünə görə ikinci yeri tutan diareya (ishal) xəstəliyinin 90 faizi istehlak üçün təhlükəli olan su, qənaətbəxş olmayan sanitariya və aşağı səviyyəli gigiyenadan törənir. Hesablamalara görə, 15 yaşdan kiçik olan uşaqlarda diareya xəstəliyinə tutulma halları HİV/AİDS, vərəm və malyariya xəstəliklərinin cəmindən daha çoxdur. Bu xəstəlik 5 yaşına qədər olan uşaqlarda ölüm hallarının ikinci əsas səbəbi hesab olunur. Avropa regionunda hər il diareya xəstəliyinin hesabına 39 min ölüm halı qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli və içməyə yararsız su dünyada hər on xəstəlikdən birinin və bütün ölüm hallarının 6 faizinin səbəbidir. İstifadəyə yararsız su dünyada 15 yaşınadək uşaqlar arasında xəstəlik hallarının 22 faizini təşkil edir. Keyfiyyətli su mənbələrinin olmaması üzündən hər il dünyada 1 milyon 600 mindən çox insan tələf olur ki, onların də əksəriyyəti 5 yaşınadək uşaqlardır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarında deyilir ki, dünya əhalisinin 2,5 milyard nəfərinin hələ də keyfiyyətli suya çıxışı yoxdur. Qiymətləndirmələrə görə, hər il 1,6 milyon nəfər, xüsusən də 5 yaşadək olan uşaqlar keyfiyyətsiz suyun yaratdığı xəstəliklərdən dünyasını dəyişir.


* * *

Azərbaycanda keyfiyyətli su ehtiyatı və bu ehtiyatın insan sağlamlığına yararlı halda əhaliyə çatdırılması imkanları regionlar üzrə fərqlənir. Mərkəzləşdirilmiş su sisteminə malik paytaxt və iri şəhərlərdə suyun keyfiyyəti yoxlansa da, kənd yerlərində belə bir nəzarət, demək olar, yoxdur.

“Azərsu” ASC-də bildirirlər ki, Bakı şəhərinə daxil olan içməli su mənbədən paylama şəbəkələrinədək bir neçə mərhələdə MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələbləri əsasında analiz olunur. Belə ki, yeraltı və yerüstü su mənbələrindən götürülən su əvvəlcə mənbənin özündə 2874-82 saylı QOST-un standartları əsasında emal olunur və kəmərlər vasitəsilə paytaxtın su təchizatı şəbəkəsinə daxil olur. Paytaxta daxil olan suyun keyfiyyət göstəriciləri həmçinin “Bakı Sukanal” İdarəsinin mərkəzi laboratoriyasında təkrar təyin olunur. Nəql olunma və anbarlarda saxlama zamanı suyun keyfiyyət dəyişikliyinə nəzarəti təmin etmək məqsədilə analizlər götürülür.

Ümumilikdə “Azərsu” ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı və QOST-un normaları əsasında müəyyən edilir. Bu zaman 36-dan çox norma üzrə orqanoleptik, fiziki-kimyəvi, radioloji və üzvi maddələrin miqdar göstəriciləri təyin olunur. Həmçinin ayrı-ayrı məhəllələrdə əlavə su anbarları varsa, orada da vaxtaşırı laborator yoxlamalar aparılır.

“Azərsu”da bildirirlər ki, içməli suyun başlıca sanitar-bakterioloji göstəriciləri  bağırsaq çöplərinin sayıdır və analiz zamanı bu normalara xüsusi diqqət yetirilir. Amma bütün bunlar yalnız mərkəzləşdirilmiş qaydada su sistemi ilə təmin olunmuş şəhərlərə və qismən də rayon mərkəzlərinə aiddir. Mərkəzləşdirilmiş su sistemi olmayan rayonlarda əhali içməli suyu quyulardan, suvarma kanallarından, çay və göllərdən götürür ki, həmin mənbələrdə heç bir ekoloji təmizləmə aparılmır. Kürdəmir, Yevlax, Ucar, Biləsuvar, Salyan, Sabirabad və digər rayonların əksər kəndlərində isə əhali Kür və Araz çaylarından ayrılan kanalların suyunu kustar üsullarla təmizləyir, duruldaraq içirlər.

Bəzilərinin “kaçalka” adlandırılan su quyularının geniş yayıldığı Aran bölgəsində də əhalinin böyük əksəriyyətinin içdiyi suyun keyfiyyəti yoxlanılmır. Bölgənin ekoloji təmiz su qıtlığı problemi yaşanan ən iri rayonlarından sayılan Bərdə də vəziyyət eynidir. Kəndlərlə yanaşı rayon mərkəzində yaşayan əhalinin də bir qismi içməli suyu məhəllələrdə qazdıqları quyulardan götürür. Şəhər əhalisinin “qara su” adlandırdığı bu sudan hətta qonşu məhəllələrin sakinləri də istifadə edir. Amma yerli sakinlər bildirir ki, ərazidə kanalizasiya sistemi olmadığından çirkab suları qrunt sularına qarışaraq su quyularına axır. Yaz-payız mövsümündə, xüsusən də qış aylarında isə uzun sürən yağış nəticəsində quyulardan çıxan suyun bulanıqlığı birə-beş artır.

Bərdə şəhərində yaşayan (Nizami küçəsi,14) Novruz Əhmədov deyir ki, quyulardan çıxan su içməyə yararlı olmasa da, hamı “kaçalka” suyundan çay da qaynadır, xörək də hazırlayır: “Adi vaxtlarda quyulardan çıxan su lilli olur. Ona görə də əvvəlcə qablarda çökdürüb, sonra yenidən süzdürürük. Amma yağış yağanda qapqara olur, belə olanda çökdürmək də olmur. Amma məcburiyyət qarşısında qalıb içirik”.

Müsahibimiz deyir ki, bir dəfə maraq üçün quyudan çıxan sudan bir butulka götürüb aparıb analizə. Analiz zamanı bu suyun tərkibində bağırsaq çöpləri, hətta qurd olduğu müəyyənləşib. Bundan sonra bir müddət çalışdıq ki, o sudan içmək üçün istifadə etməyək. Amma nə qədər gedib ordan-burdan su gətirmək, yaxud da pulla su almaq olar? Yenə də həmin sudan istifadə edirik”.


* * *

“Azərsu” ASC-də etiraf edirlər ki, bu qurum ölkənin yalnız 49 rayonunda mərkəzləşdirilmiş su sisteminə aid ərazilərdə suyun keyfiyyətinə nəzarət edə bilir. Bu rayonların isə cəmi 16-da mövcud su anbarlarında xlorator qurğuları işləyir və anbarlara daxil olan su xlor vasitəsilə saflaşdırılır. Qalan 33 rayonda əhalinin içdiyi su quru xlorla duruldulur. Bu zaman hər kubmetr suya 0,2-0,3 milliqram quru xlor qatılır. Artezian quyularından götürülən suyun bulanıqlığı isə hər litrə 0,5-1,5 milliqram xlor vurulmaqla aradan qaldırılır.

Səhmdar cəmiyyətdə bildirirlər ki, hazırda regionların əksəriyyətində içməli suyun yalnız bulanıqlığı və sudakı bağırsaq çöplərinin zərərsizləşdirilməsinə xüsusi diqqət yetirilir. Lakin belə regionlarda içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 9 rayonda (Quba, Mingəçevir, Kürdəmir, Ucar, Zərdab, Qax, Şəki, Biləsuvar və Lənkəran) xlorator qurğularının quraşdırılması planlaşdırılıb.

Müstəqil ekspertlər isə nəinki kənd yerlərində, heç iri şəhərlərdə və hətta paytaxt Bakıda əhalinin istifadə etdiyi içməli suyun tərkibinin təmizliyinə tam əmin deyillər. Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, kənd yerlərində əhalinin istifadə etdiyi suyun nəinki mənşəyi, heç fiziki-kimyəvi və bakterioloji keyfiyyət göstəriciləri yoxlanılmır.

Ekspertin sözlərinə görə, mərkəzləşdirilmiş su sisteminə çıxışı olan paytaxt əhalisinin də əksəriyyəti çiy su içməyə qorxur: “Şəhərdə yaşayanların çoxu içməli sudan istifadə etməzdən əvvəl onu tənzif, pambıq və ya su daşından süzür. Ümumiyyətlə şəhər sakinlərinin 90 faizi mənzillərə verilən suyu qaynatmamış içmir. Çünki Bakıya gələn ən təmiz suyun icərisində də çöküntü adi gözlə görünə biləcək səviyyədədir. Heç kəs bun görə-görə sağlamlığını təhlükəyə atmaz”.

Telman Zeynalov Azərbaycanda içməli suyun keyfiyyətinin 1982-ci ildə keçmiş SSRİ-nin qəbul etdiyi standartlar əsasında yoxlanmasını da düzgün hesab etmir: “Azərbaycan BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların üzvü kimi əhalinin davamlı və təhlükəsiz içməli su ilə təminatına dair öhdəliklər götürüb. Ona görə də suyun keyfiyyət normaları Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsaslanmalıdır. Amma bizdə bunlar indi mövcud olmayan dövlətin standartları ilə nizamlanır. Halbuki əksər MDB ölkələrində, o cümlədən Rusiyada suyun keyfiyyətinə dair yeni standartlar və texniki şərtlər qəbul olunub”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Leyla Tağızadə isə hesab edir ki, 1982-ci ildə qəbul olunmuş suyun keyfiyyət standartları Ümumdünya Səhiyyə Təşkilatının normalarından daha üstündür. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının standartlarındakı keyfiyyət göstəricilərinin böyük əksəriyyəti Azərbaycanda tətbiq olunur. Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına daxil olmayan əlavə normalar üzrə də analizlər aparılır ki, bu da içməli suyun keyfiyyətinin daha dəqiq yoxlanmasına xidmət edir.

Bununla belə, Leyla Tağızadə deyir ki, suyun keyfiyyət göstəriciləri üzrə sovet standartları ilə Ümumdünya Səhiyyə Təşkilatının normaları arasında müəyyən fərqlər var: “Bu fərqlər o qədər də əhəmiyyətli deyil. Lakin həmin cüzi fərqləri də aradan qaldırmaq üçün suyun keyfiyyət göstəriciləri üzrə milli standartlar hazırlayırıq. Bununla da biz suyun keyfiyyət göstəricilərini Ümumdünya Səhiyyə Təşkilatının normalarına yaxınlaşdıracağıq”.


Eltac İSAZADƏ

Tarix: 13 Oktyabr 2011  |  Baxış sayı: 1177




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV