Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Soros və tanınmışlar həyəcan təbili çalırlar
Corc Soros və 95 tanınmış Avropa Birliyi hökumətlərini qlobal maliyyə sisteminin dağılmasının qarşısını almağa çağırırlar

Avrozonanı yalnız Avropa ölkələri hakimiyyətlərinin təcili və əlaqələndirilmiş fəliyyəti xilas edə bilər. Əks təqdirdə Avropanın problemləri bütün dünyanın maliyyə sisteminin dağılmasına gətirib çıxaracaq. ABŞ milyarderi Corc Soros və Avropanın 95 tanınmış siyasətçi, iqtisadçı və iş adamı belə bir xəbərdarlıqlı məktubla Avropa Birliyinə müraciət edib. "İqtisadi forum" jurnalının məlumatına görə, məktub Financial Times-da dərc edilib. Məsələ ondadır ki, onların tıklif etdikləri tədbirlərin bir hissəsi AB-yə daxil olan bəzi ölkələrin konstitusiyalarına ziddir.

Məşhurların məktubunda qeyd edilir ki, “Avro böhranı qısa bir müddətdə aradan qaldırılmalıdır. Bu istiqamətdə hazırda həyata keçirilən tədbirlər çox əhəmiyyətsiz və yersiz olmaqla qlobal maliyyə çöküşü riskini daha da artırır. Avrozona sistemi mükəmməlikdən uzaqdır. Əsas mətləb odur ki, onlar öz natamamlıqlarını aradan qaldırsınlar və qlobal maliyyə sisteminin dağılmasına yol verməsinlər”. Məktubun müəllifləri əmindirlər ki, Avrozonanın hökumətləri vahid maliyyə nazirliyinin yaradılması ilə bağlı hüquqi öhdəliklər müəyyən edən müqavilə imzalamalıdırlar. Bu vahid maliyyə nazirliyi  avrozonaya daxil olan bütün 17 ölkənin vəsaitlərini ümumi vəzifələrin həllinə cəmləşdirə bilmək hüququna malik olmalıdır. Faktiki olaraq söhbət ümumi büdcənin yaradılmasından gedir.

Bundan əlavə, məktub müəlliflərinin fikrincə, vahid maliyyə nazirliyinə hamı üçün ümumi olan fiskal siyasəti həyata keçirmək səlahiyyəti həvalə edilməlidir. Bununla yanaşı, bank sferasına nəzarət artırılmalı və əmanətlərin sığortalanması sistemini gücləndirilməlidir. Nəhayət, Avrozona ölkələri üçün ortaq bir iqtisadi artım strategiyası işlənilməlidir.

Məktubu imzalayanlar arasında əvvəllər Avropa dövlətlərində mühüm vəzifələr tutmuş siyasətçilər - Almaniyanın keçmiş maliyyə naziri Hans Eyhel, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner, Finlandiyanın keçmiş prezidenti Marti Ahtisaari, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer, Macarıstanın keçmiş baş naziri Qordon Baynay, Avstriyanın keçmiş federal kansleri Alfred Guzenbauer, Polşanın keçmiş baş naziri Tadeuş Mazovetski, Latviyanın keçmiş prezidenti Vayra Vike-Frayberg və başqaları – var. 

 
Tarix: 14 Oktyabr 2011  |  Baxış sayı: 828




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV