Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Prezidentin yeni fərmanı: yaxşı nədir, pis nə?
Prezident İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına dəyişiklik edib. Oktyabrın 13-də imzalanmış fərmanı şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dəyişikliyi müsbət addım kimi dəyərləndirib.

“Media forum” saytına açıqlamasında ekspert deyib ki, fondun verdiyi kreditlərin aşağı həddinə və müddətinə dəyişiklik edilməsi kiçik və orta sahibkarlığın bu vəsaitlərə əlçatanlığını artıra bilər: “Kiçik həcmli kreditlərin minimal məbləği 10 min manatdan 5 min manata endirilib. Bu o deməkdir ki, az vəsaitə ehtiyacı olan kiçik sahibkarlar da fonda müraciət edə biləcəklər. Çünki elə layihələr var ki, onların məbləğinin 10 min manatdan az olması kiçik sahibkarlar üçün fonddan kredit götürməyə problem yaradırdı. Bəzi hallarda layihələrin məbləği süni şəkildə şişirdilərək minimal həddə çatdırılırdı. Bu isə vəsaitlərdən istifadənin səmərəliliyini azaltmaqla yanaşı qeyri-rəsmi ödənişlərə yol açırdı”.

Ekspertə görə, kreditin həddinin maksimum məbləği də artırılıb: “Düzəlişə görə, kreditin həddinin maksimum məbləği 5 milyon manatdan 10 milyon manata qədər artırılıb. Yəni hər bir sahibkarlıq subyektinin fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 milyon manatdan artıq ola bilməz. Kreditin maksimum məbləğinin artırılması da regionlarda iri layihələrin həcminin artması ilə yanaşı iri sahibkarlıığın inkişafına töhfəsini verəcək”.

Qaydalara edilmiş növbəti düzəliş kreditin müddəti ilə bağlıdır. Samir Əliyevə görə, müddətin artırılması da sahibkarlığın gələcəkdə krediti qaytarmaq imkanı baxımından faydalıdır: “Kiçik həcmli kreditlərin müddəti 2 ildən 3 ilə, orta həcmli kreditlər isə 3 ildən 5 ilə qaldırılıb. Eyni zamanda böyük həcmli kreditlərin müddətində də (7 ildən 10 ilə) artım var. Müddətin artırılması sahibkarların aldıqları kreditlərin vaxtında qaytarması imkanlarını artıracaq”.

Fondun əsas məqsədinin ölkədə xüsusilə kiçik və orta sahibkarlığın inkişafı olduğunu xatırladan ekspert son dəyişikliklərdən daha çox iri sahibkarların yararlanacağından narahatlığını bildirib: “Fondun verdiyi kreditlərin təxminən 85%-ə yaxınını irihəcmli kreditlər təşkil edir. Kiçik və orta həcmli kreditlərin payı 15%-dən çox deyil. Böyük həcmli kreditlərin limitinin 2 dəfə artırılaraq 10 milyon manata çatdırılması gələcəkdə vəsaitlərin əsasən bu istiqamətə yönələcəyi imkanlarını artırır. Belə çıxır ki, kiçik və orta investisiya layihələrinin sayının artmasına rəğmən onların əldə etdikləri vəsaitin ümumi məbləği azalacaq”.

Ekspertə görə, həllini tapmayan digər məqam kreditin müyəssərliyi ilə bağlıdır. “Kreditin minimal məbləğinin azaldılması kiçik sahibkarlarların müraciət şanslarını artırsa da, kreditin alınması prosedurunun mürəkkəbliyi və şərtlərin ağırlığı probleminin həllini tapmaması bu dəyişikliyin əhəmiyyətini xeyli azaldır. Krediti almaq üçün sahibkardan tələb olunan girov təminatının həllini tapmaması da kreditə əlçatanlılığı məhdudlaşdırır” deyən Samir Əliyev hesab edir ki, hazırda əsas məsələ kreditlərin faiz dərəcələri və kreditin müddətləri yox, onların alınmasında orta çıxan problemlərin həllidir.

 
"Media forum"
 
Tarix: 14 Oktyabr 2011  |  Baxış sayı: 1298




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV