Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Su infeksiya mənbəyi olanda
Bərdənin Dəymədağlı kəndində yaşayan Eldəniz Şükürzadə şikayətlənir ki, yaşadıqları ərazidə su olmadığından həyətdə bir neçə metrlik quyu qazmağa məcbur olublar:

«BİR AYAĞIMIZ HƏKİMDƏ QALIB»

««Kaçalka»dan çıxan su nə olacaq? Məcbur olub onu içirik. Uşaqlar da tez-tez xəstələnir, ishal halları olur, bir ayağımız həkimdə qalıb».


Milli Tibbi Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev də texniki sulardan istifadə edərkən hansısa infeksiyaya və ya xəstəliyə tutulmağı istisna etmir:


«3 ay əvvəl bir xəstəm olmuşdu, kəskin bağırsaq infeksiyası ilə qəbul etmişdik. Arteziandanmı, nədənsə su içmişdi. Yaşlı adam idi». 


Namiq Əliyev deyir ki, infeksiyaya yoluxmuş pasiyentlər arasında içməli su mənbələrindən korluq çəkən kənd yerlərində, xüsusilə də Kür ətrafı rayonlarda yaşayan sakinlər çoxdur.
 


AZTƏMİNATLI ƏHALİNİ BİRLƏŞDİRƏN «XƏSTƏLİK»


Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının şöbə müdiri Mətanət Rzayeva isə deyir ki, çirkli, natəmiz sudan istifadədə uşaqlarda salmoneus, stafilokok, amoba, kolen kimi infeksiyalara rast gəlinir:


«Əsasən kənd yerlərində açıq mənbəli, yığılma sulardan istifadə təhlükə mənbəyi ola bilər».

​​Bu cür infeksiyaya tutulan uşaqlar müalicə olunur, amma amoba-dizenteriyaya yoluxmanın müalicəsi çox çətindir. Hətta cərrahiyyə əməliyyatı tələb olunur. Uşaq nə qədər körpədirsə, bir də immun sistemi zəifdirsə, bağırsaq infeksiyasından ölmə ehtimalı da yüksəlir.

Mətanət Rzayeva deyir ki, su və qidadan yaranan bu infeksiyalar daha çox əhalinin aztəminatlı hissəsində müşahidə olunur. Bu infeksiyalar həm də keçicidir.


Həkimin fikrincə, bu cür infeksiyalara yoluxma hallarının qarşısını almaq üçün  qaynanmış sudan istifadə və sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Mətanət Rzayeva içməli suyun belə körpələrə qaynadılmadan verilməsinin əleyhinədir:


«SUDA XIRDA, SARI DAŞLAR VAR»

«Evimizdə krana sutəmizləyici qurğu qoşmuşuq. Onu təmizləyəndə görürəm ki, xırda, sarı daşlar var. Təbii ki, bunun insan orqanizminə ciddi zərəri var, böyrəkdə, öd kisəsində daş əmələ gətirə bilər».


«ARTIQ SUDA BULANIQLIQ DA YOXDUR»

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov isə deyir ki, mərkəzi su anbarlarından mütəmadi nümunə götürülüb analiz edilir və indiyə kimi hər hansı neqativ hal aşkarlanmayıb:


«5 il əvvəl apardığımız monitorinqlər zamanı suda bulanıqlıq aşkar edilirdi. Amma indi bu da yoxdur».

​​Ziyəddin Kazımov deyir ki, artezianlar, su quyuları qazılarkən Gigiyena və Epidemiologiya Mərkəzindən rəy alınmalıdır:

«Kimsə həyətində 15 metrlik quyu qazırsa, onun suyundan istifadə edirsə, əlbəttə ki, bu, düz deyil».


BAKI SAKİNLƏRİNİN QORXUSU

Ümumdünya Səhiyyə Təşkilatının «Şərqi Avropada, Qafqazda və Orta Asiyada ekoloji strategiya» araşdırması da bu mənada diqqət çəkir. Araşdırmada göstərilir ki, bu regionlarda sudan xəstəliklərə yoluxma halları Avropa ilə müqayisədə  yüksəkdir:


«Xəstəlik yaradan mikroorqanizmlər bu regionlarda içməli su üçün əsas təhlükə mənbəyi olaraq qalır. Kəskin mədə-bağırsaq xəstəlikləri bu regionlarda körpə uşaqların xəstələnməsi və ölümündə ciddi səbəblərdən birini təşkil edir. Bakıda sakinlərin 87 faizi  su kəmərləri ilə verilən suyu təhlükəli sayır. Bakı və Bakı ətrafında yaşayanların 97 faizi suyu qaynatdıqdan sonra içdiklərini deyir. 20 faizə yaxın sakin cavab verib ki, onlar içmək üçün butulka ilə satılan sudan istifadə edirlər».


Ümumdünya Səhiyyə Təşkilatının Regional Avropa Ofisinin hazırladığı 2000-ci il hesabatında da göstərilirdi ki, Azərbaycanda hər 100 min nəfərə təxminən 30 faiz mədə-bağırsaq xəstəliklərindən ölən 5 yaşa qədər uşaq düşür. Bu rəqəm təxminən Ermənistanda 23, Ukraynada 5, Rusiyada 10 faizidir.


​​«DOĞUM ŞÖBƏSİNƏ SUYU VEDRƏ İLƏ GƏTİRİRLƏR»

«Himayədar» Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızı da deyir ki, Azərbaycanda, xüsusilə kənd yerlərində içməli su təminatı zəifdir: «Körpələr arasında mədə-bağırsaq, ölüm hallarına səbəb nə olur? Aydındır ki, infeksiyalar. Bu infeksiyalara körpə əksər hallarda sudan yoluxur. Biz bu yaxınlarda bəzi kənd yerlərində xəstəxanalarda monitorinq aparanda məlum olmuşdu ki, doğum şöbəsinə su gəlmir, heç kanalizasiya sistemi də yoxdur. Kənardan su gətirib isidirlər. Halbuki, yeni doğan ana və yeni doğulan körpə üçün yalnız distilə edilmiş sudan istifadə edilməlidir».


Himayət Rizvanqızı deyir ki, Kür, Araz qırağı kəndlərdə yaşayan sakinlərin çoxu çaydan suyu götürüb çənlərə doldurur, su durulandan sonra istifadə edirlər:


«Azərbaycanda müstəqil laboratoriya yoxdur ki, suyun keyfiyyətini yoxlaya biləsən. Ona görə də içməli suyun keyfiyyəti ilə bağlı rəsmilərin dedikləri o qədər də inandırıcı görünmür».


STATİSTİKA DEYİR Kİ...

​​Azərbaycan Dövlət Statistika Komitəsinin 2009-cu ilə aid açıqladığı rəqəmlərə görə, kənd yerlərində ev təsərrüfatlarının təxminən 46 faizinin mərkəzləşdirilmiş su kəmərlərinə çıxışı var. Mərkəzləşdirilmiş su kəmərlərinə çıxışı olmayan ev təsərrüfatlarının 30 faizi su ehtiyacını şəxsi həyətlərdəki quyulardan, 18 faizi ümumi həyətlərdəki krandan, 17 faizi ümumi quyudan, 14 faizi bulaq, çay və nohurlardan ödəyir. Qalanları isə istifadə etdikləri suyu  maşınlardan alır. Qobustan və bir çox rayonların mərkəzində məhz belədir.


«DÜZGÜN İDARƏÇİLİK OLARSA...»

İçməli suyun idarə olunması sistemini araşdıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə deyir ki, Azərbaycanda hələ də içməli suyun keyfiyyətinə olan şübhələrin səbəbi düzgün idarəçiliyin olmamasındadır. Onun fikrincə, su idarəçiliyi yerli özünü idarə edən qurumlara verilməlidir. Ekspert «bu halda suyun keyfiyyəti və əlçatanlılığı yaxşılaşar» deyir.

Tarix: 23 Oktyabr 2011  |  Baxış sayı: 954




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV