Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Onilliyin ən surətli inkişaf edən iqtisadiyyatları
2000–2010-cu illər üzrə ən surətli inkişaf edən bazarların reytinginə ÜDM-in 13%-lik artımı ilə Qətər başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın Ernst & Young (E&Y) audit firması və Oksford İqtisadiyyat İnstitutunun ekspertləri ÜDM-in ən yüksək artım templərinə malik 25 ölkənin siyahısını hazırlayıblar. 

“Surətlə böyüyən bazarların inkişaf proqnozu” adlandırılan tədqiqat üçün BRİCS ölkələrini (Braziliya, Rusiya, Hindistan, Çin, CAR), eləcə də Afrika, Yaxın Şərq, Latın Amerikası, Şərqi Avropa və Asiya–Sakit okean regionun ayrı-ayrı ölkələri seçilib.

İlk üçlüyə həmçinin Çin (Honq Konqla birgə) və Qazaxıstan da daxil olub. Dörd və beşinci yerlərdə HindistanVyetnam yerləşib. Rusiya isə ortaillik ÜDM-in 5%-lik artımı ilə 10-cu yerdə qərarlaşıb. Müqayisə üçün, ABŞ, Böyük Britaniya, Avrozona üzvləri, Yaponiya kimi iri iqtisadiyyata malik ölkələrdə artımın orta göstəricisi 1,9 % təşkil edib. İnkişaf etməkdə olan ölkələrdə ÜDM-in orta artım göstəricisi 3 dəfə yüksək olub – 5,8 faiz.

Qətər həmçinin adambaşına düşən investisiyaların həcminə görə liderlikdə olub – 1,6 min dollar. Bu göstərici üzrə ikinci yerdə Çili, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliyi durur. Rusiya investisiyaların həcminə görə adambaşına 300 dollar nəticə ilə səkkizinci yerdədir.

Ernst & Young qeyd edir ki, ÜDM-in həcmi baxımından surətlə inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdən hələ də çox geri qalırlar. Misal üçün, alıcılıq qabiliyyəti paritetinə görə adambaşına düşən ÜDM Hindistanda ABŞ səviyyəsinin 7 %-ni, Çində isə 16 %-nı təşkil edir. Bununla belə, E&Y-ın proqnozlarına əsasən 2020-ci ildə alıcılıq qabiliyyəti pariteti üzrə dünya ÜDM-in yarısı surətlə böyüyən bazarların payına düşəcək.


Zöhrə MEHDİYEVA

Tarix: 01 Noyabr 2011  |  Baxış sayı: 897




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV