Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


"İstehlak kreditləri haqqında" Qanun qəbul olunmalıdır
Samir Əliyev: "Müştərilərin hüquqlarının kütləvi pozulduğu bu sahə ayrıca qanunla tənzimlənməlidir"

“Təəssüf ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. Belə halların qarşısını almaq məqsədilə hökumət təcili olaraq “İstehlak kreditləri haqqında” qanun qəbul etməlidir”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.

Ekspert əhalinin aldadılması problemlərini önə çəkib: “Gündəlik olaraq dövrü mətbuatda və şəhərin müxtəlif yerlərində sərfəli şərtlərlə kreditlərin təklif olunduğu reklamlara rast gəlirik. Ancaq banka müraciət etdikdə məlum olur ki, reallıqda kredit şərtləri reklamda göstəriləndən xeyli fərqlənir. Çünki banka müraciət edən şəxslər ya əlavə komisyon haqq ödəməli olur, ya da yüksək faizlə kredit götürmək məcburiyyətində qalır”.

S.Əliyevin sözlərinə görə, kredit götürən müştərilən hüquqları qorunmur: “Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan ustehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun bir qayda olaraq “İstehlak kreditləri haqqında” qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan  kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də  Azərbaycanda da oxşa qanunun qəbuluna ehtiyac var”.

Ekspertin fikrincə, əhalinin kreditə əlçatanlığının aşağı olması ilə yanaşı müştərilərin aldadılması halları gündən-günə artır. “Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Məsələn, banklardan biri reklamların birində bayramla əlaqədar faizsiz kredit kampaniyasını apardığını elan etdi. Müraciət etdikdə aydın oldu ki, həmin kampaniya çərçivəsində 6 ay müddətinə verilən və faizsiz hesab olunan kreditə görə müştəri 12% həddində komisyon haqq ödəməlidir. Bu isə təxminən illik 24%-lə təklif edilən kreditə bərabərdir. Halbuki ölkədə kreditlər üzrə komisyon haqq 5%-dən çox deyil. Ancaq reklam çarxlarında bu barədə məlumat verilmir. Digər bank ilkin müştəri üçün ancaq xarici valyutada kredit verdiyini bildirir. Üçüncü bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur.” – deyə ekspert bildirib.  

S.Əliyev xarici ölkələrdə oxşar halların qarşısı almaq üçün müvafiq qanun fəaliyyət göstərdiyini bildirib: “İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştat səviyyələrndə qanunvericiliklə tənzimlənir. Consumer Credit Protection Act, Truth in Lending Act, Fair Credit Reporting Act, Fair Credit Billing Act, Equal Credit Opportunity Act, The Fair Credit Debt Collection Act kimi sənədlər federal səviyyədə isteklakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində 2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən Consumer Credit Act adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Ukrayna, Özbəkistan istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Rusiya 2012-ci ildən belə qanunun qəbulunu planlaşdırır”.
Tarix: 23 Dekabr 2011  |  Baxış sayı: 1527




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV