Mərkəzi Bank “Boeing” təyyarələrinin alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 57,8 milyon manat məbləğində kredit ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin 27 may 2011-ci il tarixli, 130 saylı sərəncamına görə, kredit “Boeing” Şirkəti ilə “Azərbaycan Hava Yolları” QSC arasında 2008-ci ildə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirmək üçün ayrılıb. Həmin müqaviləyə əsasən, AZAL şirkəti “Boeing - 767 300ER” sərnişin təyyarəsini almaq öhdəliyi götürüb.
Sərəncam Mərkəzi Bankı tərəfindən dövlət zəmanəti əsasında AZAL dövlət şirkətinə 57,8 milyon manat məbləğində uzunmüddətli məqsədli kreditin verilməsini nəzərdə tutur.
|