Hökumət Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 4,5 milyon manat məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 190 saylı sərəncamına görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən binanın alınıb. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon 500 min manat məbləğində vəsait ayrılıb.Vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.
Bu addım Azərbaycan Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya əsasən həyata keçirilir.
|