Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Aranın susuz kəndləri
Bölgənin rayon mərkəzində belə, əhalinin 50-60 faizə qədəri suyu ya pulla alır, ya da “kaçalka” suyu içir

“Yağış yağanda sevinirik ki, Allaha şükür, heyvanımızı, toyuq-cücəmizi gölməçələrə yığılan su ilə bir müddət dolandıra biləcəyik. Özümüz isə içməli suyu kəndin ortasındakı qaynamadan götürürük. Mən yaşımın bu çağında gündə 5-6 dəfə kəndin aşağısından gəlib, burdan su götürürəm”.

65 yaşlı Əminə xalanın yaşadığı Arazbarı kəndi Ağcabədi rayonunun ən ucqar, həm də içməli su təminatı olmayan onlarla yaşayış məntəqələrindən biridir. İlk baxışdan adamın inanmağı gəlmir – doğrudanmı, Azərbaycan kəndlərində su çatışmazlığı problemi nəinki insanları, hətta heyvanları belə təmin edə bilməyəcək qədər ciddidir?


Lent.az-ın əməkdaşı məsələni araşdırarkən geniş ictimaiyyətin indiyə qədər eşidib-bilmədiyi, bəlkə də bilib fərqinə varmadığı olduqca maraqlı, həm də təəccüb doğuran faktlar üzə çıxarıb. Məlum olub ki, hazırda Ağcabədidə nəinki kəndlərin, heç rayon mərkəzinin də əksər hissəsinin mərkəzləşdirilmiş su şəbəkəsinə çıxışı yoxdur. Arazbarı kənd bələdiyyəsinin sədri Rasim Piriyev deyir ki, susuzluq bu yaşayış məntəqəsinin ən böyük dərdidir. Dediyinə görə, kənd icra nümayəndəliyi ilə birgə problemin həllinə kömək etmək üçün müraciət etmədiyi yer, döymədikləri qapı qalmayıb. Hətta kənd camaatı yığışıb rayon İcra Hakimiyyətinə, “Azərsu” ASC-nin yerli qurumu olan Ağcabədi Rayon Sukanal İdarəsinə də müraciət ediblər: “Amma bu müraciətimizə indiyədək müsbət cavab verən olmayıb. Nə içməyə suyumuz var, nə də əkin sahələrini suvarmağa. Camaat içməli suyu arxlardan götürür. Bunu rayon rəhbərliyi də bilir. Bu yaxınlarda yuxarı başında suvarma üçün bir ədəd artezian qazılıb, o da əkin sahələrinin əsas hissəsinə çatmır”.


20 bələdiyyənin nümunəsi...

Rasim Piriyev söyləyir ki, Avropa Birliyi və “Oxfam” humanitar təşkilatı Ağcabədi, Tərtər və Bərdə rayonlarında 20 bələdiyyənin ərazisində içməli su təchizatının yaxşılaşdırılması üzrə mərkəzləşdirilmiş su sistemi modeli hazırlayıb. Bu modelə əsasən, təşkilatın maliyyə dəstəyilə regionun susuz kəndlərində artezian quyuları qazılır və buradan çıxan su mərkəzləşdirilmiş xətlərlə birbaşa həyətlərə çəkilir. Kranlaşdırılmış su sisteminin idarə edilməsi, texniki qulluğun göstərilməsi, zəruri təmir və ya yeni avadanlıqlarla təchizat məsələləri isə yerli bələdiyyələrin nəzdində yaradılmış icmalara həvalə olunur. Həyətlərdə kranlaşdırılmış su xətləri də sayğaclaşdırılıb və əhali hər ay sayğac göstəriciləri əsasında istifadə etdikləri suyun haqqını (hər kubmetrə görə 30 qəpikE.İ.) icmalara ödəyir.


Bələdiyyə sədrinin sözlərinə görə, bu modelin əsasında artıq regionda 20-dək kəndin içməli su problemi həll olunub ki, onlardan da 4-ü (Qaraxanlı, Taynaq, Gələbədin və Qaravəlli) Ağcabədi rayonunun payına düşür: “Belə bir layihənin Arazbarı kəndində də həyata keçirilməsi bizim üçün çox vacibdir. Bu barədə layihənin icrası ilə məşğul olan “Aran” Humanitar Regional İnkişaf Mərkəzinə də müraciət etmişik. Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyindən də gəlmişdilər. Amma hələ ki, problemin həlli üçün heç bir iş görülməyib”.


Susuz kəndlər: pis, orta, qismən pis

Ağcabədi Rayon Sukanal İdarəsinin rəisi Nizami Əsədov bölgənin kənd və qəsəbələrində, xüsusən də cəbhəyanı ərazilərdə içməli su çatışmazlığının ciddi problem olduğunu deyir. Onun sözlərinə görə, hazırda Ağcabədi rayonunda bəzi kəndlər tamamilə susuzdur. Halbuki həmin kəndlərin hər birində təxminən 3000-4000 əhali yaşayır. Arazbarı da belə kəndlərdən biridir: “Belə kəndlərin əhalisi məcburiyyət qarşısında qalıb içməli suyu nəqliyyat vasitəsilə başqa yerlərdən gətirir. Bunlar əsasən, ermənilərlə üzbəüz mövqedə olan sərhədyanı kəndlərdir. Hazırda Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Arazbarı kimi kəndlərdə içməli su çatışmazlığı xüsusilə narahatlıq doğurur. Avşar, Qaravəlli, Qaraxanlı, Poladlı, Sarıcalı, Xocavənd kəndləri, Hindarx qəsəbəsi və digər yaşayış məntəqələrində də belə problemlər var. Hindarx qəsəbəsindəki problemlərin bir hissəsini qismən həll etmişik və bu istiqamətdə işlər davam edir”.


Hazırda Ağcabədidə içməli su təchizatı olmayan kəndlərdən biri də ermənilərlə üzbəüz mövqedə yerləşən Yuxarı Qiyaməddinlidir. 3200 nəfər əhalisi, 700-dən çox ev təsərrüfatı olan bu kənddə içməli suyu kənardan gətirirlər. 3500-ə yaxın əhalisi və 700-ə yaxın ev təsərrüfatı olan Xocavənd kəndində də eyni vəziyyətdir. Belə ki, bir başından digər başınadək 3-4 kilometr olan kənddə cəmi 2 artezian işləyir. Nizami Əsədov deyir ki, içməli su problemi Ağcabədi rayonunun bütün kəndlərini əhatə edir: “Sadalanan kəndlərdə isə bu problem özünü daha ciddi şəkildə göstərir. Ən vacib 3 kənddir - Mirzəhaqverdili, Qiyaməddinli və Qaraçılar. Biz birinci diqqəti bu kəndlərə yönəltməliyik”.


Nizami Əsədovun sözlərinə görə, hazırda Ağcabədinin rayon mərkəzinin yalnız 40 faizə qədəri mərkəzləşdirilmiş su sisteminə malikdir. Üstəlik bu 40 faizin bir hissəsinə verilən su içməyə yararlı deyil, yalnız məişət üçün istifadə edirlər: “Həmin 40 faizin başqa bir hissəsini içməli su ilə təmin etmək üçün 9 artezianımız var, 12 artezian isə yerli əhalinin gücü hesabına qurulub. Rayon mərkəzinin yerdə qalan 60 faizi yalnız “kaçalka” suyundan istifadə edir”.


Rayon Sukanal İdarəsinin təxmini hesablamalara görə, hazırda Ağcabədinin özündə əhalinin 50-60 faizi içməli suyu satın alır. Xüsusi çəni olan avtomobillərdə rayon mərkəzinə və ətraf kəndlərdə hər 40 litr suyun qiyməti isə 30 qəpikdir. Kəndlərdə qiymətlər bir qədər bahadır - 40 litrə 50-60 qəpik. Məsələn, hazırda Qaradolaq kəndində hər 40 litrə suya görə əhali 60 qəpik ödəyir. Rayon mərkəzi ilə müqayisədə kəndlərdə qiymətlərin baha olması kəndlərin uzaq məsafədə yerləşməsi və susuzluqdan daha çox korluq çəkməsi ilə əlaqələndirilir. Amma Sukanal İdarəsində bildirirlər ki, gələn ildən Dünya Bankının layihəsi əsasında Ağcabədidə içməli su təchizatının yaxşılaşdırılmasına başlanacaq. Bu layihə reallaşsa, rayon mərkəzi və şəhərə bitişik Zəkarani, Aşağı Avşar kəndləri mərkəzləşmiş şəkildə içməli su ilə təmin olunacaq.


Nazirlər Kabineti qərar versə...

Kəndlərə gəlincə, Ağcabədi Sukanal İdarəsinin rəisi bildirir ki, bütün yaşayış məntəqəsinin siyahısı hazırlanaraq “Azərsu”ya və Nazirlər Kabinetinə göndərilib. Bu siyahılarda susuz yaşayış məntəqələri vacib, orta vacib və adi səviyyədə olan kəndlərə bölünüb: “Yəni siyahıda kəndləri bu şəkildə qruplaşdırmışıq ki, birinci mərhələdə vacib, ikincidə orta vacib, sonuncu mərhələdə isə adi səviyyədə susuz kəndlərin içməli su problemini həll edək. Dünya Bankı rayon mərkəzinin su təminatı layihəsinin reallaşmasına başlanarsa, 2 ilə başa çatdırmaq olar. Amma indi öz gücümüz hesabına Yuxarı Qiyaməddinli kəndində və Hindarx qəsəbəsində işlərə başlamışıq”.


Nizami Əsədov deyir ki, Hindarxda 40 min manata qazılmış artezian quyusu təxminən 200-250 ailənin içməli su təchizatını ödəyəcək. Növbəti mərhələdə isə “Oxfam”ın bölgənin 20 kəndində tətbiq etdiyi model əsasında həmin ailələrin həyətinə su xətti çəkiləcək və bunun üçün təxminən 15-20 min manat vəsait tələb olunur. Onun sözlərinə görə, hazırlanmış proqram çərçivəsində Hindarxda hər 5-10 ev üçün şəbəkə qurulması və ya tam sayğaclaşmaya keçməklə bütün evlərə su xəttinin çəkilməsi, şəbəkəyə qoşulma imkanı olmayan məhəllələrə isə suyun avtomaşınla əhaliyə çatdırılması nəzərdə tutulur.


Yeri gəlmişkən, “Oxfam” təşkilatının maliyyə dəstəyi ilə mərkəzləşdirilmiş su sisteminin yaradılması layihələrindən biri hazırda Ağcabədinin Qaravəlli kəndində həyata keçirilir. Artıq bunun üçün yerli bələdiyyə və icma tərəfindən yaradılmış MMC dövlət qeydiyyatına alınıb, infrastruktur bərpa işləri başlanıb. Nizami Əsədov təşkilatın Qaravəllidə gördüyü işlərdən xəbərdar olduğunu və bu modeldən istifadə edəcəklərinin deyir.


Bununla belə, Sukanal İdarəsinin rəisi kəndlərdə içməli su təchizatı sahəsində xidmətlərin bələdiyyələrə verilməsinin tərəfdarı deyil. Buna səbəb kimi isə bələdiyyələrin maliyyə imkanlarının olmaması və idarəetmə sahəsində peşəkar kadrlarının zəifliyi ilə əlaqələndirir. Ancaq Nizami Əsədov hesab edir ki, su təchizatı sahəsində xidmətlərin bələdiyyələrin səlahiyyətinə verilməsi hökumətdən asılıdır: “Kənd yerlərində bu səlahiyyətlərin bələdiyyələrə verilməsi üçün hökumətin xüsusi qərarı olmalıdır. Bəlkə də Nazirlər Kabineti belə bir qərar versə, büdcədən bunun üçün vəsait də ayrılar və bu halda bələdiyyələr o işin öhdəsindən gələr. Bunu mən deyə bilmərəm, hər şey maliyyə imkanından asılıdır. Əsas bu işi kimin görməsi deyil, əsas lazım olan işləri həyata keçirib susuz kəndləri su ilə təmin etməkdir”.


Hər şey pulun başındadır

Bərdə rayonunun Əliyanlı bələdiyyəsinin sədri Telman İbişov yerli özünüidarə orqanlarının səriştəsizliyi, idarəetmə təcrübəsinin və kadr potensialının olmaması barədə deyilənlərlə razılaşmır. Avropa Komissiyası və Böyük Britaniyanın “Oxfam” təşkilatının maliyyə dəstəyi ilə yaradılan içməli su şəbəkəsinin birinin də Əliyanlıda yerləşdiyini deyən Telman İbişov bu işin gerçəkləşməsində bələdiyyənin xüsusi rol oynadığını söyləyib. Onun sözlərinə görə, bələdiyyələrin yerli səviyyədə istənilən layihələri həyata keçirmək üçün səriştəsi, kadr potensialı, işçi qüvvəsi kifayət qədərdir və maliyyə təminatı olsa bu işlərin öhdəsindən layiqincə gələ bilər: “Kim deyirsə, bələdiyyələr yerli səviyyədə problemləri həll etməyə qadir deyil, düz demir. Bu cür bəyanatlarla çıxış edənləri biz kəndlərə dəvət edirik, qoy gəlib kəndlərdə kimin nə iş gördüyünü gözləri ilə görsünlər. O zaman görəcəklər ki, kəndlərdə nümunəvi fəaliyyəti olan bələdiyyələr çoxdur. İş görmək üçün sadəcə bələdiyyənin maliyyə imkanı lazımdır. Avropa Birliyi ilə “Oxfam” 3 rayonda 20 bələdiyyəyə vəsait ayırıb. Bələdiyyələr həmin vəsait hesabına kəndlərdə su təchizatı sistemi qurub. İndi həmin bələdiyyələrin bəzilər suyun satışından əldə olunan vəsaitləri kənddə yolların çəkilməsinə, həkim məntəqələrinin tikintisinə və digər yerli problemlərin həllinə yönəldir. Təkcə bu nümunələr göstərir ki, bələdiyyənin pulu olsa, öz ərazilərində infrastruktur layihələri həyata keçirməklə əhaliyə daha yaxşı xidmət göstərə bilir. Sadəcə, yenə deyirəm, pul lazımdır”.


Yaponlar Bərdənin 109 kəndinə su çəkəcək

Rayon Sukanal İdarəsində də bu fikirlə həmrəydilər. İdarədə bildirirlər ki, bu tip layihələr doğrudan da əhalinin içməli su probleminin həllinə xidmət edərsə, onlar bu işə həm texniki dəstək, həm də işçi qüvvəsi verməyə hazırdır.


Bərdədə olarkən onu da öyrəndik ki, “Azərsu” ASC yaxın vaxtlarda oxşar layihələri bu rayonun bütün kəndlərində həyata keçirməyi planlaşdırır. Belə ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının maliyyə dəstəyi ilə 10 rayonda həyata keçirilən layihə çərçivəsində Bərdə rayonunun 109 kəndində su və kanalizasiya şəbəkəsi yaradılacaq. Artıq kəndlərində hər birində su və kanalizasiya şəbəkəsinin qurulması üçün yerlər müəyyənləşib və gələn il layihələrin icrasına başlanacağı gözlənilir.


Eltac İsazadə

Tarix: 16 Yanvar 2012  |  Baxış sayı: 1729




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV