Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Kreditlərin 85%-i Bakıya axır...
Samir Əliyev: Banklar regionları kreditləşdirməkdə maraqlı deyillər

Bütün dünyada olduğu kimi, Azərbaycanda da kreditlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Arzuladığımız evi, maşını, elektrotexnikanı, hətta mobil telefonu almaq üçün bank kreditlərinə üz tuturuq. Hazırda kredit bazarı çox zəif templə inkişaf etsə də, tələbatlarımızın müəyyən dərəcədə ödənilməsində kreditlərin rolunun artmasını hər birimiz hiss edirik.

İqtisadçı-ekspert Samir Əliyev "Ekspress"ə müsahibəsində bildirir ki, bu gün kreditlərdən yararlanmağın vacib şərtlərindən biri onun faiz dərəcələrinin aşağı həddə olmasıdır.


-
Məhz faiz dərəcələrinin istehlakçı üçün optimal səviyyədə olması kredit əlçatanlılığını artıran əsas amildir. Azərbaycanda kredit bazarının təhlili göstərir ki, bank kreditlərinin faiz dərəcələri yüksəkdir. Rəsmi məlumatlara görə, 2010-2011-ci illərdə Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 16%, xarici valyutada isə 17% təşkil edib. Bu dövrdə biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarında olub. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36%-ə çatır. Xarici ölkələrin kredit bazarının təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətində asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil. Mərkəzi və Şərqi Avropa ölkələrində 10% civarında dəyişir. Göründüyü kimi, ölkəmizdə faiz dərəcələri inkişaf etmiş ölkələrlə müqayisədə ən azı 4-5 dəfə yüksəkdir. Azərbaycanda aşağı faizlə verilən kreditlər var. Bunlar dövlət büdcəsindən ayrılan, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyi, Azərbaycan İpoteka Fondu vasitəsilə verilən güzəştli kreditlərdir. Belə kreditlərin ölkə üzrə kredit qoyuluşunda payı cüzidir. Reallıq ondan ibarətdir ki, banklarda 20%-dən aşağı faiz dərəcəsi ilə kredit götürmək mümkün deyil. Azərbaycanda kredit faizlərinin yüksək olmasının təkcə müstəqil ekspertlər yox, həmçinin Mərkəzi Bankın rəsmiləri, hətta bankların özləri də etiraf edir. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasına təkcə Azərbaycanda rast gəlinmir. Ümumiyyətlə, bu problem keçmiş SSRİ ölkələri üçün xarakterikdir. Qonşu Gürcüstandan tutmuş Ukraynaya qədər bir çox dövlətlərdə yüksək faizdən əziyyət çəkirlər. Nisbətən Rusiya və Qazaxıstanda kredit faizləri aşağıdır. Bunun da əsas səbəbi həmin ölkələrdə bankların xarici resurslara çıxış imkanlarının olmasıdır. Azərbaycanda isə banklarımızın xarici resurslara çıxış imkanları məhduddur.

-
Bizdə istehlak kreditləri həm bahadır, həm də almaq çətindir...

-
Banklar daha çox istehlak kreditlərinə üstünlük verməyə başlayıblar. Çünki təcrübə göstərir ki, kreditlərin geri qaytarılmasında böyük problemlər mövcuddur. Problemli kreditlər daha çox irihəcmli kreditlərə xasdır. Əhalinin götürdüyü istehlak kreditləri isə vaxtlı-vaxtında qaytarılır. Banklar da özlərini sığortalamaq üçün kiçik həcmli vəsait vermək siyasətini yeridir. Ancaq məsələ ondadır ki, kiçik həcmli vəsaitlə əldə olunan gəlir də az olur. Çünki əməliyyat xərcləri yüksək olur. Banklar çıxış yolu kimi faiz dərəcələrini artırırlar ki, həm əməliyyat xərclərini örtsün, həm də əlavə gəlir əldə edə bilsinlər. Hazırda əsas problem faiz dərəcələrinin yüksək olması deyil. Çünki hazırki faiz dərəcələri həddində insanlar məmnuniyyətlə kreditlərə üz tuturlar. Problemlər müştərilərin həmin kreditlərə əlçatanlığı ilə bağlıdır. Hətta yüksək faizlə kredit götürməkdə belə çətinliklər var. Bu kreditləri əldə etmək üçün insanlar xeyli əziyyət çəkməli olurlar. Əlavə sənədlər, zaminlər bir sıra hallarda insanları kreditlərdən məhrum edir. Əmək haqlarının aşağı olması da kreditə əlçatanlılığı azaldır. Üstəgəl, bir sıra iş yerlərində rəsmi maaşla real maaş arasında kəskin fərqin olması, yəni maaşların az bir hissəsinin rəsmləşdirilməsi problemlər yaradır. Bundan başqa, banklar faiz dərəcələri ilə yanaşı, yüksək komisyon haqları tələb edirlər. Bütün bunlar son nəticədə insanların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqlarını qoruyan ayrıca qanuna - "İstehlak kreditləri haqqında" qanuna ehtiyac var.

-
Sizcə, Mərkəzi Bankın kredit faizlərini aşağı salmaqla bağlı tədbirləri kifayət edirmi?

-
Ölkədə həyata keçirilən pul-kredit siyasəti faiz dərəcələrinin səviyyəsinə təsir göstərən mühüm amillərdən biridir. Mərkəzi Bank əlində olan tənzimləmə alətləri - uçot dərəcəsi, məcburi ehtiyat normaları və açıq bazar əməliyyatları vasitəsi ilə ölkədə pul kütləsinin həcminə, eyni zamanda, həm də kommersiya banklarının kreditə olan tələbatların səviyyəsinə təsir göstərir. Ancaq bu təsir heç də həmişə səmərə vermir. Məsələn, Mərkəzi Bank qlobal böhran dövründə uçot dərəcələrini mərhələlərlə bir il ərzində 13%-dən 2%-ə qədər endirdi. Ancaq bu azalmanın fonunda nəinki kredit faizləri azaldı, hətta artımlar müşahidə olundu. Həmin müddətdə orta kredit faizi 2008-ci ilin iyunundakı 17,12%-dən 2009-cu ilin dekabrınadək 18,08%-ə qalxdı. Bunun əsas səbəblərindən biri bankların kredit portfelində mərkəzləşdirilmiş kreditlərin payının az olmasıdır. Ancaq sonrakı dövrlərdə pul-kredit siyasətinin sərtləşdirilməsi, yəni uçot dərəcələrinin artırılması, məcburi ehtiyat normalarının artırılması kredit faizlərinə artım təsiri göstərdi. Mərkəzi Bank kredit faizlərinin yüksək olmasını qəbul edir. Bankın rəhbəri bu yaxınlarda mətbuata açıqlamasında faizlərin yüksək olmasını obyektiv səbəblərlə bağlı olduğunu bildirib. Təbii ki, burada obyektiv səbəblər çoxdur, ancaq subyektiv səbəblər də az deyil. Mərkəzi Bank kredit faizlərinin aşağı salınması ilə bağlı bir sıra stimullaşdırıcı tədbirlər görüb. Məsələn, sığortalanan əmanətlərin faiz dərəcəsinin 12%-ə salınması kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə təsir göstərdi. Ancaq bu təsir qısamüddətli oldu. Sonrakı dövrlərdə dərəcələrin artımı müşahidə edildi. Bütün bunlar göstərir ki, ölkənin kredit bazarında orta bank faizlərinin formalaşmasına Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya ilə müqayisədə daha həlledici təsir göstərən başqa amillər mövcuddur.

   - Bildirdiniz ki, cəlb edilmiş əmanətlərin faiz dərəcələrinin aşağı salınması kreditləri ucuzlaşdırır. Belə çıxır ki, banklar ancaq əmanətləri kredit şəklində iqtisadiyyata yönəldirlər. Yəni, onların əlavə pulları yoxdur?

   - Doğrudan da, Azərbaycan banklarının kredit portfelinin təxminən yarısı əhalidən cəlb edilmiş vəsaitlər hesabına formalaşır. Bəzi banklarda bu göstərici hətta 70% həddinə çatır. Ölkədə kredit faizlərinin yüksək olmasının əsas səbəblərində biri də cəlb edilən resursların dəyərinin baha olmasıdır. Yəni banklar əhalidən yüksək faizlə əmanət cəlb edərək həmin vəsaiti kreditə yönəldirlər. Belə əmanətlərin illik faiz dərəcələri hətta 14%-ə çatır. Belə bahalı vəsaitə bankın öz xərclərini də əlavə etdikdə kredit resursunun dəyəri daha da artır. Əmanətlərin payının bankların kredit portfelində yüksək olmasının əsas səbəbi bu qurumların xarici resurslara çıxış imkanlarının məhdud olması ilə bağlıdır. Azərbaycanda xarici maliyyə qurumlarından vəsait cəlb edilən bankların sayı çox azdır. Xarici bazarlara çıxış üçün kredit qurumları maliyyə idarəçiliyini beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Beynəlxalq reytinq agentliklərində yüksək reytinq almalıdır. Bu halda aşağı faizlə beynəlxalq maliyyə qurumlarından ucuz resurs cəlb edə bilərlər. Təəssüf ki, Azərbaycanda belə banklar barmaqla göstəriləcək saydadır.

- Xarici valyutaların məzənnələri tez-tez dəyişir. Hazırda avro ucuzlaşır. Bu qalxıb-enmələr kredit bazarına necə təsir göstərir?

- Həm milli, həm də xarici valyutada olan bank kreditlərinin həcmi ildən-ilə artır. Ancaq manatla verilən kreditlərin payı getdikcə artmaqdadır. 2005-ci ilədək ümumi kreditlərin çox hissəsi (təxminən 63%-ə qədəri) xarici valyutada verilirdisə, 2006-cı ildə bunların məbləği təqribən bərabərləşib, sonrakı illər isə kredit qoyuluşunda milli valyutanın payı üstünlük təşkil edib. Hazırda bu göstərici təxminən 65%-ə qədərdir. 2008-2010-cu illərdə xarici valyutada verilən kreditlərin həcmi nəinki artmayıb, hətta bir qədər azalıb. Belə ki, 2008-ci ildəki 3.5 milyarddan 2010-cu ildə 3.3 milyard manata düşüb. Bu, dünya maliyyə böhranı nəticəsində xarici valyutaların mübadilə kursunda baş verən ciddi dətişikliklərlə izah olunur. Xaric valyutaların məzənnələri qeyri-sabit olduğundan nə əhali xarici valyutada kredit götürməyə maraq göstərir, nə də banklar bu valyutada kredit verməyə risk edir. Manatın məzənnəsi sabit olduğundan milli vayutaya tələbat getdikcə artır.

 
- Niyə bank olmayan kredit təşkilatları kreditləşmədə passivdirlər?

 
- Kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu da xüsusi maraq doğurur. Burada çox qabarıq şəkildə özünü göstərən birinci əlamət kredit qoyuluşlarının, demək olar ki, tamamilə bank təşkilatlarının əlində cəmləşməsidir: qeyri-bank kredit təşkilatları bütün kreditlərin yalnız 2,1 faizinə malkidir. Qeyri-bank kredit təşkilatlarının iqtisasiyyata təqdim etdikləri kredit qoyuluşlarının məbləği 2001-ci ildəki 90,9 milyon manatdan 2010-cu ildə 191.6 milyon manata qalxması baş versə də, ümumi kreditlərdə onların payı 18,7 faizdən 2,1 faizə enib. Azərbaycanda 1998-ci ilə qədər bank olmayan kredit təşkilatının fəaliyyətinə rast gəlinməyib. Yalnız 1998-ci ildən başlayaraq belə kredit təşkilatları yaradılmağa başlayıb. Həmin il artıq 13 bank olmayan kredit təşkilatı fəaliyyət göstərirdi. Sonrakı illərdə onların sayında artım müşahidə edilib. Hazırda 100-dən çox kredit təşkilatı fəaliyyət göstərir. Ancaq uzun müddət bu qurumların fəaliyyətini tənzimləyən qanunvericilik aktı olmayıb. Bank olmayan kredit təşkilatları 11 il fəaliyyət göstərməklərinə baxmayaraq yalnız 2009-cu ildə onların fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Bu qanunun qəbulundan sonra bank olmayan kredit təşkilatlarının kreditləşmədə aktiv iştirakı müşahidə edilib. Ümumi kreditlərdə qeyri-bank kredit təşkilatlarının payının az olması bu qurumlar tərəfindən verilən kreditlərin faiz dərəcələrinin banklarla müqayisədə yüksək olması ilə bağlıdır. Həmçinin bir qayda olaraq, bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlərin məbləği kiçik olur. Onlar daha çox mikrokreditlər verirlər.

-
Belə bir mənzərə diqqəti cəlb edir ki, sanki kreditlərin hamısı Bakıya yönəldilir. Bəs regionların kreditlərdən yararlanma səviyyəsi necədir?

-
Bu fikirdə həqiqət payı var. Qeyd etdiyiniz mənzərə Azərbaycan iqtisadiyyatında regional disbalansın göstəricidir. Ölkə iqtisadiyyatı sanki paytaxt iqtisadiyyatından ibarətdir. Təəssüflə qeyd etməliyik ki, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar lazımi effekt vermir. Bu disbalans bank sektorunda da özünü göstərir. Ölkədə fəaliyyət göstərən 44 bankın cəmi 2-si region bankıdır. Bankomatların 60%-i, POS terminalların 90%-dən çoxu paytaxtda quraşdırılıb. Əhalidən cəlb edilmiş əmanətlərin 95%-ə qədəri Abşeron regionunun payına düşür. Regionlarda bankların filiallarının sayının artmasına rəğmən hələ də bütün kredit qoyuluşunun 85%-dən çoxu yalnız Bakı şəhərinin payına düşür. Abşeron da nəzərə alınmaqla Bakı-Abşeron ərazisində bütün kredit qoyuluşlarının 90%-i istifadə edilir. Kreditlərin cəmisi 10%-i ölkənin digər regionları arasında paylanır. Əgər nəzərə alsaq ki, Gəncə, Şirvan, Şamaxı, Lənkəran, Mingəçevir kimi şəhərlərdə olan kreditlər də bunun tərkibindədir, onda kreditlərin belə təmərküzləşmə səviyyəsinin ölkənin regionlarının inkişafına ciddi dəstək verə bilmədiyi üzə çıxır. Bu həm də bankların regionları kreditləşdirməkdə maraqlı olmadığını əks etdirir. Üstəgəl, regionlarda verilən kreditlər üçün girov tələb olunduqda həmin girovun, yəni evin Bakı şəhərində olması vacibdir .

-
Kredit faizlərini aşağı salmaq üçün hansı addımlar atılmalıdır?

-
Araşdırmalar göstərir ki, kredit faizləri yüksək olsa da, banklar təxminən 4-5% həddində marja tətbiq edir. Yəni onların qazancı 4-5%-dən çox deyil. Deməli, bankların kredit verməsi üçün cəlb etdiyi vəsaitlərin dəyəri və onların verilməsi üçün əməliyyat xərclərinin həcmi həddindən çoxdur. Bütün bunlar kreditin faizində oturur və onun şişməsinə səbəb olur. Kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün təbii ki, bu faiz dərəcələrinin yüksəldən problemləri aradan qaldırmaq lazımdır. Bütün bunlar kompleks tədbirləri özündə əks etdirir. Əvvəla, ən böyük problem ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olmasıdır. Girov mexanizmlərinin təkmil olmaması, məhkəmə sisteminin normal işləməməsi, qeyri-rəsmi ödənişlərin çoxluğu və s. kimi hallar bu riskləri yaradan amillərdir. İkincisi, cəlb edilən resursların dəyərinin aşağı salınması ola bilər. Bankların depozitlərdən savayı alternativ mənbələrdən vəsait cəlb etmə imkanları artırılmalıdır. Yəni xarici bazarlara çıxış imkanları artırılmalıdır. Mərkəzi Bankın kommersiya banklarına verdiyi mərkəzləşdirmiş kreditlərin həcmi artırılmalıdır. Neft Fondunun xarici banklarda passiv şəkildə yatırdığı vəsaitlərin bir hissəsi ölkə iqtisadiyyatına yönəldilməsi əlavə mənbə ola bilər. Üçüncüsü, makroiqtisadi sabitliyi təmin etmək vacibdir. Çünki illik inflyasiya səviyyəsi 8% olan ölkədə kredit faizi 10%-dən aşağı olmayacaq. Üstəlik nəzərə alaq ki, bu göstərici rəsmi səviyyədir və reallığı tam əks etdirmir. İnflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirilməsi kredit faizlərini artırır. Nəhayət, bank sektorunda rəqabət mühitinin yaradılması, təmərküzləşmənin azaldılması, inhisarçılığın azaldılması, bankların sayının azaldılaraq optimallaşdırılması və s. kimi addımlar da kredit resurslarının ucuzlaşdıra bilər.

   

Bəkir Nərimanoğlu
 

Tarix: 16 Yanvar 2012  |  Baxış sayı: 3007




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV