Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Nəqliyyat Nazirliyinin taksi standartları qanunsuzdur
Rövşən Ağayev: “Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir”

Nəqliyyat Nazirliyi taksi standartlarına etirazları nəzərə alıb müəyyən yumşalmaya getdi. Texniki durumu imkan verdiyi halda istismar müddəti 5 ildən çox olan maşınların taksi xidmətləri göstərə biləcəyi bəyan olundu. Amma avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır.

“Media forum” saytına açıqlama verən Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, məhdudiyyətlərin yumşaldılması “Avtomobil nəqliyyatı haqqında” qanuna, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”na, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırlması qaydalarına və İnzibati Xətalar Məcəlləsinə əsaslanır: “Taksi fəaliyyəti göstərən maşınlara lisenziya beş il müddətində verilir. Dünya praktikasına görə, beş ildən az istismar olunan maşınlar sərnişinlər üçün daha təhlükəsiz sayılır. Sadəcə bəzi sürücülərin müraciətləri nəzərə alınaraq belə bir qərar verildi. Elə maşınlar var ki, məsələn, 2000-ci il buraxılışıdır, amma texniki cəhətdən taksi fəaliyyəti üçün yararlıdır”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev rəsmilərin bəyan etdiyi texniki normaları qanunsuz adlandırır.

“Media forum”a açıqlamasında ekspert deyib: “Nə 2008-ci ilin iyulundan qüvvədə olan “Avtomobil nəqliyyatı haqqında” qanunda, nə də Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda Nəqliyyat Nazirliyinin bəyan etdiyi texniki standartlar barədə məlumat yoxdur. Məsələn, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda iki qapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, eləcə də əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməməsi, taksi minik avtomobillərinin taksometrlə təchizatının vacibliyi, oturacaqların sayının 9-dan çox olmaması norma kimi müəyyən edilib. Yaxud avtonəqliyyat vasitələrinin daşımalara yararlı olması üçün Nəqliyyat Nazirliyi və yol polisinin birgə yoxlamasından keçirilməsi, lisenziya alması da məcburi normalardır. Amma maşının rəngi, markası və istismar müddəti barədə həmin sənədlərdə heç bir icbari hüquqi tələb yoxdur”.

Ekspertin fikrincə, Nəqliyyat Nazirliyi bunu şifahi formada və ya özünün hansısa daxili təlimatı əsasında həyata keçirirsə, bu, ciddi qanun pozuntusudur: “Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir. Konstitusiya normativ hüquqi aktların hüquqi qüvvə qazanması üçün onların rəsmi təsdiqlənməsini və çap olunmasını tələb edir. Nazirlər Kabinetinin qərarlarının normativ hüquqi akt olduğunu nəzərə alsaq, sərnişindaşımaya dair qərara hansı tarixdə dəişiklik edildiyi və harada çap olunduğu ictimaiyyətə elan olunmalıdır”.

Rövşən Ağayev hesab edir ki, Nəqliyyat Nazirliyi özfəaliyyətlə məşğuldursa, Konstitusiya Məhkəməsi və Nazirlər Kabineti buna rəsmi mövqe bildirməlidir.

 
Tarix: 26 Yanvar 2012  |  Baxış sayı: 2530




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV