Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“JEK”lər özbaşına “zibil pulu”nu artırıblar
Bu qurumlar Tarif Şurasının qərarını pozurlar


“JEK”lər qanunsuz fəaliyyət göstərməsi azmış kimi onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edirlər. Bu qurumlar bələdiyyələrin səlahiyyətlərinə müdaxilə etdikdən sonra bir qədər irəli gedərək hökumətin müəyyən etdiyi tarifləri də istədiyi kimi dəyişirlər. "İqtisadi forum" jurnalının məlumatına görə,  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlama verib.

Ekspertin sözlərinə görə, “JEK”lər özbaşına zibil məişət tullantılarının yığılmasına görə qiyməti artırıblar. “Xırdalan şəhərində fəaliyyət göstərən “JEK”lər Tarif Şurasının qərarını pozaraq “zibil pulu”nu artırıblar. Belə ki, məişət tullantılarının daşınmasına görə, əhalidən adambaşına hər ay 50 qəpik xidmət haqqı alırlar. Halbuki Tarif Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 24 noyabr 2011-ci il tarixli 5 saylı Qərarına görə, dekabr ayının 1-dən etibarən adambaşına “zibil pulu” 30 qəpik müəyyənləşdirilib. “JEK”lər bu Qərara məhəl qoymadan əhalidən adambaşına 20 qəpik artıq pul alır. Bu artımdan əvvəl adambaşına “zibil pulu” 14 qəpik idi. Həmin dövrdə də “JEK”lər səlahiyyətlərini aşaraq adamabaşına 25 qəpik təyin etmişdilər”

Ekspertə görə, Xırdalan “JEK” bir qədər irəli gedərək həyət evlərindən də mənzil haqqı alırlar. “Bu qurumlar xidmət göstərmədikləri həyət evlərindən də mənzil haqqı alırlar. Halbuki bu haqlar ancaq çoxmənzilli binalardan tutulmalıdır. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarına görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib.

 “JEK”lərin yüksək planı bəhanə gətirməsini qanunsuz sayan ekspertin fikrincə, Tarif Şurası bu məsələyə təcili müdaxilə etməlidir: “Bu yanaşma kökündən səhvdir. Çünki əvvala, belə planın olmasının əhaliyə heç bir dəxli yoxdur. Zibil tarifi dövlət tərəfindən tənzimlənir. Digər tərəfdən isə dövlət büdcəsində hər il bu qurumlara milyonlarla manat həcmində vəsait ayrılır. Məsələn, təkcə 2012-ci ildə büdcədən yerli icra hakimiyyəti orqanlarına mənzillə bağlı tədbirlər üçün 17,8 milyon manat, abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi məqsədilə isə 153,6 milyon manat ayrılıb. Bu qədər pulun qarşısında İcra hakimiyyəti orqanlarının “JEK”lərə yüksək plan qoyması ”

S.Əliyev hesab edir ki, hökumət nə qədər ki, “JEK”lərin statusuna aydınlıq gətirməyib belə problemlər davam edəcək

 
Tarix: 18 May 2012  |  Baxış sayı: 1085




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV