Manatın dollara nisbətən bahalaşması az da olda davam edir. “İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ valyutası Azərbaycanda son 13 ildə ən aşağı həddə düşüb.
Jurnalın məlumatına görə, dolların manata olan rəsmi məzənnəsi 11-12 iyul tarixlərində aşağı düşərək 1 dollar üçün 78,55 qəpik təşkil edib. Bu son 13 ildə ən aşağı səviyyədir.
Mərkəzi Bank 29 mart 1999-cu ildə ABŞ valyitasının manata olan məzənnəsini 78,54 qəpik (3937 AZM) müəyyənləşdirmişdi. Sonralar dövrlərdə dolların bahalaşması müşahidə edildi. Bu bahalaşma 2003-2004-cü illərdə 98 qəpik həddini də ötməyə müvəffəq olmuşdu. Ancaq sonrakı dövrlərdə dünya bazarlarında neftin bahalaşması və Azərbaycanda neft hasilatının artması manatı möhkəmləndirməyə başladı.
2008-ci ilin sonlarında dünyanı bürümüş qlobal böhran da manatın kursuna təsir göstərmədi. Digər ölkələrdən fərqli olaraq Mərkəzi Bank manatın devalvasiyasını həyata keçirmədi və sabit kurs siyasətini həyata keçirdi. |