Tarif Şurası iyulun 13-də keçirilən iclasında küçə reklamının tariflərinə dəyişiklik edilib. "İqtisadi forum" jurnalının məlumatına görə, Şuranın 2 saylı Qərarına əsasən avqustun 1-dən etibarən səyyar və stasionar reklam yerləşdirmək istəyən şəxs ən azı 2 dəfə çox pul ödəməli olacaq.
Şuranın qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər bir kvadrat metr üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda 16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 8-16 manat, yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilib.
Sıra №-si
|
Reklam daşıyıcısının kateqoriyası (yeri)
|
Zonalar üzrə tariflər
(ƏDV-siz, manatla)
|
A
|
B
|
C
|
1.
|
Yerüstü keçidlərdə, körpü və estakadalarda
|
24,0
|
20,0
|
16,0
|
2.
|
Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında
|
20,0
|
16,0
|
12,0
|
3.
|
Damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində
|
16,0
|
12,0
|
8,0
|
4.
|
Yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində
|
8,0
|
7,0
|
6,0
|
5.
|
Hasarlarda, vitrin və pəncərələrdə
|
6,0
|
5,0
|
4,0
|
Yerüstü keçidlərdə, körpü və estakadalarda yerləşdirilən reklamların qiyməti bütün zonalar üzrə 2 dəfə artıb. Eyni səviyyədə artım yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində yerləşdirilmiş reklamlara şamil ediləcək. Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında A və B zonalarında artım 2 dəfə olduğu halda C zonasında 4 dəfə təşkil edib. Damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirilən reklamlar A və B zonasında 2 dəfə, C zonasında 2,5 dəfə artıb. Hasarlarda, vitrin və pəncərələrdə reklam yerləşdirmək istəyən sahibkarlar 2 dəfə çox pul ödəməli olacaqlar.
Dəyişikliyə əsasən, reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilib, bir sıra əmsalların tətbiqi isə ləğv edilib.
Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı şəhəri üçün müəyyən edilmiş tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı tətbiq edilməklə, sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə 0,1 əmsalı tətbiq ediləcək.
Yeni tariflər 1 avqust 2012-ci il tarixindən qüvvəyə minəcəkdir. |