Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi Bankdan sərt qərar: kommersiya banklarının məcmu kapitalı 50 milyon manata qaldırıldı

Samir Əliyev: «2014-cü ildən sonra təqribən 10 bankın bağlanacağını gözlənilir»

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda sərt islahatlara başlayıb. Qurum banklara qarşı şərtləri daha da sərtləşdirib. AMB-ın yaydığı məlumatda deyilir ki, Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olub: “Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitalizasiyasının davam etdirilməsi zəruridir. Bankların kapital bazasının gücləndirilməsi bankalara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu, iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcəkdir. Bütün bunlar növbəti dekadada iqtisadiyyatın ikiqat artımı və şaxələndirilməsi hədəflərinə adekvat olaraq bank sisteminin maliyyə dərinliyinin yüksəldilməsinə gətirib çıxaracaq». 

Bununla əlaqədar, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılıb. 

Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minir. «Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir», -deyə məlumatda vurğulanır.

Qeyd edək ki, hazırkı qaydalara görə, bankların nizamnamə kapitalına qoyulan tələb 10 milyon manatdır. Bununla AMB kapitallaşma tələbini birdən-birə 5 dəfə artırmış olur.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin maliyyəçi-ekspertləri düşünürlər ki, xarici təcrübədə bankların nizamnamə kapitalına olan minimum tələbin 5 dəfə artırılması praktikası yoxdur. Onlar bunun pilləli şəkildə həyata keçirilməsini məqsədəuyuğn hesab edirlər. Belə ki, nizamnamə kapitalı ilə bağlı tələblərin 5 dəfə artırılması banklarda əlavə psixoloji gərginlik yaradır. Bundan əlavə verilən şərhlərə görə, AMB-nin bu qərarı heç də bu qurumun açıqlamasında qeyd edildiyi kimi, kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə deyil. Əslində, daha çox «Royal Bank»ın müflisləşməsindən sonra bank sektoruna nəzarətin gücləndirilməsi görüntüsü yaratmağa cəhddir.

Maliyyəçilər deyirlər ki, AMB-nin bu qərarı “Royal Bank”ın müflisləşməsindən sonra yaranan çaşqınlığın nəticəsidir. Yəni Mərkəzi Bank bank sektoruna olan inamın atırılmasına çalışır. Amma tələbləri artırmaqla bu inamı yüksəltmək mümkün olmayacaq. Bu baxımdan MB inzibati metoddan daha çox təşviqedici tədbirlərə üstünlük verməlidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliynin (İTY İB) eksperti Samir Əliyev bildirir ki, belə bir addım ilkin təcrübə deyil, AMB buna bənzər əvvəlki addımları bankların birləşdirilməsi məqsədilə atıb: «90-ci illərin əvvəlində Azərbaycanda 200-ə yaxın bank var idi. Mərkəzi Bank nizamnamə kapitalını artırdıqdan sonna onların sayı 5 dəfəyə qədər azaldıldı. Hazırda da bankların yenidən birləşdirilməsinə ehtiyac olması barədə fikirlər səsləndirilir. Təbii ki, kiçik banklar könüllü şəkildə birləşməyə çaılşmayacaq. Ona görə də Mərkəzi Bankın inzibati metodlardan istifadə edəcəyi qaçılmaz idi. Göründüyü kimi, inzibati tədbirlərdən biri nizamnamə və məcmu kapitalının artırılması nəzərdə tutulur. Hazırda 3 bankın məcmu kapitalının 10 milyondan aşağı olması məlumdur. Ümumilikdə, 43 bankdan 15-ə qədərinin məcmu kapitalı 50 milyondan yüksəkdir. 2014-cü ilə qədər vaxt var və bu imkan verir ki, kommersiya qurumları kapitallaşmanı artıra bilsinlər».

İqtisadçı 2014-cü ildən sonra təqribən 10 bankın bağlanacağını proqnozlaşdırır: «MDB ölkələrində də məcmu kapitala olan tələb artıb. Məsələn, Rusiyada 2015-ci ilə tətbiq ediləcək yeni qaydalara görə, bankların məcmu kapitalı təxminən 8 milyon manata qaldırılacaq. Belarus 2015-ci ildən etibarən 25 milyona, Qazaxıstan 26 milyon avroya qaldıracaq. Rusiya mərhələli şəkildə 30 milyona qədər yüksəltməyi düşünür. Çunki həmin ölkədə 1000-ə yaxın bank var. Və ekspertlər hesab edirlər ki, onların sayı 400-500 civarında olmalıdır».

S.Əliyev AMB-nin bu addımını bir tərəfdən müsbət dəyərləndirsə də, digər tərəfdən bazarda monopoliya yaranma təhlükəsinin olacağından narahatdır: «Məcmu kapilatının artırılması bank sektorunun güclənməsinə gətirib çıxaracaq. Burada narahatlıq yaradan məsələlərdən biri monopoliyalaşmanın baş verməsidir. Kiçik banklar bazardan çıxandan sonra, 3-4 iştirakçının qalacağı təhlükəsi yaranıb».

Vüsalə RÜSTƏMOVA
"Bizim yol" qəzeti

 
Tarix: 04 Avqust 2012  |  Baxış sayı: 935




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV