Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“Azərbaycanda 10-a yaxın bank fəaliyyətini dayandırmalı olacaq”

Samir Əliyev: “Bankların sayının azaldılması, onların ölkə iqtisadiyyatındakı rolu baxımından vacib şərtdir”

Azərbaycanda bank sektorunun durumu “RoyalBank”ın bağlanması ilə yenidən gündəmə gəlib. Bu günlərdə Mərkəzi Bank bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərar verib. Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov isə sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin azaldılacağını açıqlayıb. Bu qərarların bank sektoruna təsirləri, mövcud durumla bağlı suallarımızı iqtisadçı ekspert Samir Əliyev cavablandırır:

- Mərkəzi Bankın son qərarı – banklara kapital tələbinin artırılması, sizcə, sektora necə təsir edəcək?

- Bəzi nüansları nəzərə almasaq, bu addımın atılmasını müsbət qiymətləndirirəm. Bu gün dünyada bankların kapitallaşması məsələsi prioritet olaraq gündəmdədir. 2008-2009-cu il qlobal maliyyə böhranından sonra müşahidə etdik ki, bir sıra banklar istər Amerikada, istərsə də Avropa ölkələrində sıradan çıxdı. Bu gün də müşahidə edirik ki, Avropada bu proses davam edir. Buna görə Bazel Komitəsi belə qərara gəldi ki, bankların kapitallaşmasına dair tələblər sərtləşdirilsin. Bununla bağlı “Bazel-3” prinsipi qəbul olundu. Bu prinsip əsasən bankların kapitallaşmasına dair tələbləri sərtləşdirməyi nəzərdə tutur.

Bunu dünyada gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirmək olar. Ancaq bunun əsas səbəbi başqadır. Xatırlayırsınızsa, Mərkəzi Bank təxminən 2-3 il öncə öz strategiyasında bildirmişdi ki, bankların birləşməsi və sayının azaldılmasının tərəfdarıdır. Ancaq heç bir bank könüllü bu addımı atmadı. Bu da təbiidir. Çünki ortada kommersiya marağı var, hər kəs özünü güclü sayır. Mən bir ekspert kimi bankların sayının azaldılmasının tərəfdarı olmuşam. Bu gün Azərbaycanda 43 bank var. Demək olar ki, bunların yarısının bank sektorunda heç bir rolu yoxdur. İlk baxışdan bankların sayının çox olması onu göstərir ki, Azərbaycanda rəqabət var. Amma biz bunu müşahidə etmirik. Kredit faizləri yüksəkdir, kredit almaq çətindir, bankların əhaliyə göstərdiyi xidmətlərin keyfiyyəti aşağıdır. Demək olar ki, bankların ölkə iqtisadiyyatında rolu çox aşağıdır. Ona görə də bankların sayının azaldılması, onların likvidliyinin artırılması bankların ölkə iqtisadiyyatındakı rolu baxımından vacib şərtdir. 90-cı illərin əvvəllərində ölkədə 200-dən çox bank fəaliyyət göstərirdi. Mərkəzi Bank bankların kapitalının artırılması ilə bağlı qərar verdi və bunun nəticəsi olaraq bankların sayı 5 dəfəyə qədər azaldıldı.

Bunun müsbət tərəfi odur ki, banklar keyfiyyətli xidmətə, şəbəkələşməyə üstünlük verəcək. Bankların sayı az olduğundan onların müştəri çevrəsi genişlənəcək, müştəri çevrəsinin genişlənməsi bankların əməliyyat xərclərinin azalmasına imkan verəcək. Digər tərəfdən, bankların xarici bazarlara çıxış imkanları artacaq, ucuz resurs cəlb etmək imkanları genişlənəcək. Bütün bunlar kredit faizlərinin aşağı düşməsini şərtləndirən amillərdir.

Narahatçılıq doğuran səbəb isə bank sektorunda təmərküzləşmənin daha da artmasına gətirib çıxara bilməsidir. Onsuz da bankların təmərküzləşmə səviyyəsi yüksəkdir. Bu qərardan sonra daha da artacaq. Bank sektorunda inhisarçılığın daha da güclənməsi ehtimalı çoxalacaq. Ən pis hal da odur ki, əgər gözləntilər özünü doğrultmasa, bu halda ola bilər ki, bank bazarında əsasən 3-4 aktiv iştirakçı olsun və onlar monopolist kimi həm depozit, həm kredit faizlərini diktə etsinlər. Amma qeyd edim ki, ümumilikdə bütün MDB ölkələrində də bu proses gedir və mən bu prosesi müsbət qiymətləndirirəm.

- Sizcə, bu qərar Azərbaycanda fəaliyyət göstərən neçə bankı sıradan çıxara bilər?

- Ölkədə bankların yalnız 20-25-i normal qaydada işləyir. Bank sisteminin ən azı 90 faizi bu bankların payına düşür. Bankların birləşməsi üçün Mərkəzi Bankın tələbləri artırması vacib idi. Bu gün üçün təxminən 15-ə qədər bankın məcmu kapitalı 50 milyon manatdan çoxdur. Yerdə qalan banklarda isə nəzərdə tutulan məbləğdən aşağıdır. Mənim fikrimcə, Mərkəzi Bankın yeni qərarı ilə 10-a yaxın bank səhnəni tərk etməli olacaq. Bu qərarın nəticəsi olaraq bankların sayı təxminən 35-ə qədər azalacaq. Hətta bu azalma 30-a qədər də ola bilər.

- Bəs, müddət necə, kifayət edəcək banklara?

- Təbii ki, bunu zaman göstərəcək. İstənilən halda müddət azdır. Mərkəzi Bank bunu gərək mərhələlərlə həyata keçirərdi. Əvvəlki təcrübələrdə bu belə idi. Məsələn, Rusiyada son illər artım 2 dəfədən çox deyil. Bunun üçün 3-4 il müddət ayrılır. Amma Belarus bizdən əvvəl kapitalı 5 dəfə qaldırıb. İstənilən halda müddət uzun qoyulmalı idi. Görünür, Mərkəzi Bankın öz araşdırması var və vəziyyəti fərqli qiymətləndirir.

Digər narahatçılıq differensiasiyanın tətbiq olunmamasıdır. Yəni bütün banklar üçün 50 milyon manat müəyyənləşdirilib. Bu, ixtisaslaşmış bankların yaranması üçün problem yaradacaq. Xüsusilə də bələdiyyə, kooperativ, əmanət banklarının bazara daxil olmasına əngəl olacaq. Ən əsası, regional banklara problem yaradacaq. Hazırda cəmisi 2 regional bank var – Naxçıvanbank və Gəncəbank. Bu banklar əgər 50 milyon manatlıq kapital yığa bilsələr, onda yeganə regional bank olaraq qalacaqlar. Nizamnamə kapitalının indiki həddi ilə inanmıram 3-cü regional bank bazara girə bilsin. 

- Gündəmdə olan daha bir məsələ əmanətlər üzrə faiz dərəcələrinin azaldılmasıdır. Əmanətlərin Sığortalanması Fondunun direktoru bildirib ki, son vaxtlar 12 faizdən yuxarı faizlə verilən kreditlər çoxalıb. Odur ki, sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınmasına ehtiyac var...

- Əmanətlərin sığortalanması ilə bağlı fond dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. Onların hər birinin məqsədi eynidir. Bu məqsəd banklara yatırılan əmanətlərə dövlət zəmanətini verməkdir. Sığorta olunan əmanətlərin yuxarı həddi müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Avropa, Amerika kimi ölkələrdə bu yüksəkdir-Amerikada 250 min dollar, Avropa Birliyinə daxil olan ölkələrdə bu məbləğ qurumun xüsusi qərarı əsasında 100 min avro müəyyən edilib. Azərbaycanda bu, bildiyiniz kimi, 30 min manatdır və keçmiş SSRİ ölkələrində ən yüksək göstəricilərdəndir. Məsələn, Rusiyada bu, bizim pulla 17 min manat təşkil edir. Ukraynada 19 min manatdır, amma orda bu məbləği artırmağa hazırlaşırlar, Qazaxıstanda 32 min manatdır. Tacikistanda daha az – 2 min manatdan da azdır. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yeni yaradılanda sığortalanan əmanətlərin faiz dərəcəsi 23,4 faiz idi və hətta 2008-ci ildə 27 faizə qədər yüksəldi. Sonradan azaldıldı və 2010-cu il iyun ayından etibarən 12 faiz təşkil edir. Faizlər üzrə də ölkələr arasında fərq var, eləsi var daha aşağıdır. Amma burda bir nüans var, hansı ki, ona diqqət etməliyik. Əksər ölkələrdə sığortalanma faizə görə yox, məbləğə görə edilir. Hansı faizlə olur-olsun əmanət yatırılır, hökumət isə müəyyənləşdirilən məbləğdə kompensasiya vermək öhdəliyi götürür.

Faiz dərəcəsinin tətbiq olunması daha çox MDB ölkələrinə xas olan xüsusiyyətdir. Heç Rusiyanın özündə bu yoxdur. Faiz dərəcəsinin aşağı salınması zərurəti ilə bağlı verilən açıqlamaya gəlincə, mən bir şeyi xatırlatmaq istəyirəm. 2010-cu ilin iyununda faiz dərəcəsi 15-dən 12-yə salınanda bəzi banklar məcbur olub əmanətlər üzrə faiz dərəcələrini endirdilər. Bu isə öz növbəsində kredit faizlərinə təsir etdi. Ancaq bu təsir qısa müddətli oldu və bir müddətdən sonra bu, əks-effekt verməyə başladı. Əhalinin əmanətləri azaldıqca, kiçik banklar kredit verməyə pul tapmırdılar. Ona görə də onlar yüksək faizlə əmanət kampaniyaları keçirməyə başladılar və əmanət faizləri 14-15 faizədək yüksəldi. Bunun nəticəsi idi ki, 2010-cu ildə qorunmayan əmanətlərin payı ümumi əmanətlərdə 30 faiz idi. 2011-ci ilin sonunda artıq bu rəqəm 40 faizə qalxmışdı. Bu artıq onu göstərirdi ki, əhali 12 faizdən daha yüksək faizlə əmanət yatırmağa meyllidir. Təbii ki, bunun bir səbəbi də əhalinin məlumatsız olması idi. Bir çox halda vətəndaşlar elə bilirlər ki, əgər bank fondun üzvüdürsə, orda yatırılan bütün əmanətlər sığortalanır.

Azərbaycanda çox az sayda bankın xarici bazarlara çıxışı var. Bir sıra iri banklar var ki, Mərkəzi Bankdan vəsait cəlb etmirlər, onsuz da onlarda faiz dərəcəsi aşağıdır. Yüksək faiz tətbiq edən banklar isə xırda banklardır. Ona görə də faiz dərəcəsi aşağı salınsa, əsas problem xırda banklarda olacaq. Qorunmayan əmanətlərin miqdarı daha da artacaq. Ona görə çıxış yolu təkcə faizlərin aşağı salınması olmamalıdır. Mərkəzi Bank tərəfindən müəyyən bir məhdudlaşdırma tələb edilməlidir ki, banklar əhaliyə yüksək faiz təklif edə bilməsinlər. Bunlardan biri də məcburi ehtiyat normasının faizinin qaldırılması ola bilər. Bildiyiniz kimi, bank əhalidən əmanət cəlb edəndə onun 2 faizini məcburi ehtiyat normasına yönəldir və bu, Mərkəzi Bankda yerləşdirilir. Hesab edirəm ki, müəyyən edilmiş faiz dərəcəsindən artıq faizlə cəlb edilmiş əmanətlər üçün məcburi ehtiyat normasının qaldırılması daha uyğun variantdır. Mərkəzi Bank belə bir məhdudlaşdırıcı tədbir görməklə bankları yüksək faizlə əmanət cəlb etməkdən çəkindirə bilər.

- Bütün bunların banklarda kredit faizlərinin yüksək olmasına nə dərəcədə təsiri var və bundan sonra necə, faizlərin artması proqnozlaşdırılırmı?

- Doğrudur, dünynın inkişaf etmiş ölkələri ilə Azərbaycan arasında kredit faizlərinə görə böyük fərq var.  Bu fərq 4-5 dəfəyə yüksəlir. Rəsmi açıqlamalara görə, illik kredit faizi 16-17 faizidir, amma reallıqda 22-24%-dən aşağı kredit götürmək iqtidarında deyilik. Bu rəqəm 30 % və daha böyük rəqəmlərə qədər yüksəlir. Bu problemin yaranmasına və hazırda mövcud olmasına bir çox amil təsir edir. Bunun birinci səbəbi ondan ibarətdir ki, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olması faiz dərəcələrinin də yüksək olmasına təsir edir. Yəni bu o deməkdir ki, banklar kredit verməkdə maraqlı olsalar da, həmin pulun geri qayıtmasına inanmırlar. Təsadüfi deyil ki, Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin sayı artır.

Digər səbəbi bankların rəsmi və qeyri-rəsmi xərclərində görmək olar. İlk baxışdan belə çıxır ki, banklar bir kreditə görə ortalama 25 faiz qazanır. Amma araşdırdıqda məlum olur ki, onların gəliri 4-6 faizdən çox deyil. Təsəvvür edin ki, banklar hər kreditdən 20-21 faiz itirir. Bu faizlər bankın xərcini təşkil edir. Bu xərclərə kredit resursunun dəyəri də daxildir. Hansı ki, banklar həmin kredit resursunu cəlb edir. Bankın əməliyyat xərclərinin dəyəri və onun əməliyyat xərcləri də bu xərclərə daxildir.
Kreditlərin faiz dərəcələrinə təsir edən amillərdən biri də əmanətlərdir. Kreditlərin təxminən yarısı əmanətlər hesabına formalaşır. Əhalidən əmanət cəlb edən banklar onu kredit şəklində müştəriyə verirlər. Qeyd edim ki, əmanətlərin faizi yüksək olduğundan bu da kredit faizinə təsir göstərir. Hazırda əmanətlərin faiz dərəcəsi 10-15 % arasında dəyişir.

Bank kreditlərinin faiz dərəcələrinin yüksək olmasının ən böyük səbəblərindən daha biri banklarımızın xarici bazara çıxışının az olmasıdır. Azərbaycanda çox az bank var ki, onların xarici bazarlara çıxışı var və həmin banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər. Bu mümkün olmadıqda banklar yerdə qalan iki əsas vasitədən istifadə edir. Birincisi əmanətlər, digəri isə bankların özünün məcmu kapitalıdır. Bütün bu sadaladığım vasitələrə əlavə olaraq infilyasiyanı da göstərmək olar. Xüsusən də banklarımız rəsmi inflyasiyadan çox, qeyri-rəsmi infilyasiyanı əsas götürür. Çünki qeyri-rəsmi inflyasiya daha çoxdur.

 
Həbibə ABDULLA
AZADİNFORM

Tarix: 09 Avqust 2012  |  Baxış sayı: 965




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV