Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ekspertdən əmanətçilərə tövsiyə: bir bankda olan əmanətinizin faiz dərəcəsi 12%-dən, məbləği isə 30 min manatdan çox olmasın

Mərkəzi Bankın Azərbaycan bankları ilə bağlı son addımları onsuz da istidən nəfəsi kəsilən əhali üçün sanki “günvurma” effekti yaratdı. Royalbankın bağlanması xəbərinin şokundan çıxmamış əmanətçiləri yeni xəbər haqladı. Belə ki, ölkənin baş bankı fəaliyyət göstərən bankların məcmu kapitalına dair tələbləri daha da sərtləşdirdi.  Bu o deməkdir ki, banklar 2014-cü ilə kimi məcmu kapitalını 50 milyon manata çatdırmalıdır.

Ekspertlər 30 qədər bankın məcmu kapitalının 50 milyon manat həddindən aşağı olduğunu və verilmiş müddətin azlığını nəzərə alaraq bəzi bankların bank sektorunu tərk edəcəyini bildirirlər. Ekspertlər proqnoz olaraq 10-a qədər bankın “süzgəc”dən keçməyəcəyini bildirilər. Hətta bir qədər irəli gedərək bağlanacaq bankların sayının 20-yə çatacağını iddia edənlər də var. Sektoru tərk edəcək bankların sayı müzakirə mövzusu ola bilər. Ancaq hamı qəbul edir ki, bu addımın “qurbanları” mütləq olacaq.

Belə bir vəziyyətdə sadə insanları haqlı olaraq bir sual düşündürür: Əgər bank bağlansa, onda mənim əmanətimin taleyi necə olacaq?

Royalbank təcrübəsi göstərdi ki, heç də bütün əmanətçilər pulunu geri ala bilmədi. Rəsmi açıqlama göstərdi ki, bu banka yatırılan əmanətlərin cəmisi 29%-ı sığortalanıb. Yerdə qalan 71% əmanətin taleyi isə şübhə altındadır. Çünki həmin əmanətlər sığortalanmayıb. Oxşar vəziyyətin digər banklarda da olacağı şübhəsizdir. Əmanətçilər redaksiyamıza müraciət edərək yatırdıqları əmanətlərin gələcək taleyindən narahatçılıqlarını bildirirlər və pul qoyduqları bankların taleyi ilə maraqlandırlar.

“İqtisadi forum” jurnalı bütün bu müraciətləri nəzərə alaraq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevə müraciət edib. Ekspert  jurnala açıqlamasında bu narahatçılığın əsaslı olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda 1,6 milyard manatdan çox əmanət qorunmur və taleyin ümidinə qalıb. “Bu o deməkdir ki, həmin əmanətlərin müəyyən hissəsini təhlükə gözləyir. Ona görə də əhali diqqətlə olmalı və əmanətlərini diversifikasiya etməlidirlər”, - deyə bildirib.

Ekspert yaranmış vəziyyəti əhalinin məlumatlılıq səviyyəsinin az olması və bəzi bankların resurs qıtlığı ilə əlaqələndirib: “Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12%-ə salmasına baxmayaraq bir sıra banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbinin davam etdirir. Bu banklar xaricdən ucuz resurs cəlb edə bilmədiklərindən kredit vermək üçün əhalinin əmanətinə ümid bəsləyirlər. Əmanət cəlb etmək üçünsə böyük banklarla rəqabətə ancaq yüksək faiz təklif etməklə davam gətirmək olar. Ona görə getdikcə bazarda əmanətlər üzrə faiz dərəcəsi hətta 15% həddini də ötür. Məlumatsız əhali isə yüksək faizə şirnikləşərək pullarının gələcək taleyini diqqətdən qaçırırlar. Çünki əmanətçilər hər hansı bankın Sığortalanma Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank Fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Hazırda belə əmanətlərin payı 40%-ə çatıb. Royalbank təcrübəsi göstərdi ki, bir sıra banklarda, xüsusilə kiçik banklarda bu göstərici daha çoxdur”.

Ekspert hesab edir ki, bu işdə Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun da məsuliyyəti var. “Xüsusilə də Əmanətlərin Sığortalanması Fondun geniş maarifləndirmə işləri aparmalıdır. Reklam rolikləri çəkilib TV-lərdə göstərilməlidir. Bu qurum üzvlük haqqı yığmaqdan başqa heç nə etmir. Royalbank bağlanmasaydı yəqin ki belə Fondun mövcudluğu da bilinməzdi. Halbuki sığortalanmayan əmanətlərin həcminin artması Fondun işinin qeyri-səmərəli qurmasının bir göstəricidir.”, - deyə ekspert bildirib.

Sonda ekspert əmanətçilərə müraciət edərək əmanətlərini diversifikasiya etməyə çağırıb və onları ancaq qorunan əmanətlərə yatırmağı tövsiyə edib: “Əvvala, əmanətçilər depozit qoyacağı bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olmasına əmin olmalıdır. “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanət cəlb edən bütün banklar Fondun üzvü olmalıdır. Ancaq bir bank hələ də Fondun üzvü deyil. İkincisi, əmanətçilər çalışmalıdır ki, yatırdıqları əmanətlərin illik faiz dərəcəsi 12%-dən yüksək olmasın. Yəni 12% və ondan aşağı olmalıdır. Üçüncüsü, bir banka yatırdıqları əmanətin həcmi 30 min manatdan çox olmamalıdır. Daha doğrusu sığorta hadisəsi baş verən ana əmanətin məbləği və faizlər kompensasiya məbləğini ötməməlidir. Kompensasiya əmanət hesabının sayı ilə yox əmanətçilərin sayı əsasında ödənilir. Bir əmanətçinin banka bir neçə hesabı ola bilər. Bu zaman əmanətçinin bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda oldugu zaman, həmin əmanətləri toplanır və bir əmanət kimi kompensasiya olunur. Digər bankda olan əmanətə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir. Bir sözlə, çalışmaq lazımdır ki, 1 bankda olan əmanətin faizlə birgə həcmi 30 min manatdan çox olmasın, əmanətin faiz dərəcəsi isə 12% həddini keçməsin. Bu halda pulunuzu 100% geri ala bilərsiniz”

Ekspert əlavə etdi ki, əmanətlər hansı valyutada yerləşdirilibsə, həmin valyuta da geri alınacaq.

 
 
 
Tarix: 13 Avqust 2012  |  Baxış sayı: 1291




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV