Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mənzil idarəçiliyi: MIS-lər yoxsa kondominiumlar?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi çoxmənzilli binaların idarə edilməsi üsullarını müzakirəsini təşkil edib

“Çoxmənzilli binanın idarə olunması üsullarından biri də, onunidarəedici təşkilat tərəfindən idarə edilməsı üsuludur. Zənnimizcə, bu kimi idarəedici təşkilatlar qismində gələcəkdə, məhz, indiki mənzil istismar sahələri çixiş edəcəklər.” "İqtisadi forum" jurnalının məlumatına görə, bu fikirləri hüquqşünas Azad TALIBOV İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi sentyabrın 28-dəçoxmənzilli binaların idarə edilməsi problemlərinə həsr etdiyi dəyirmi masada səsləndirib. .

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi sentyabrın 28-də Kaspian Plazanın konfrans zalında “Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi problemləri: yeni Mənzil Məcəlləsi kontekstində” mövzusunda dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev açıb. Onun sözlərinə görə, bugünkü dəyirmi masa Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə icra olunan “Mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması” layihəsi çərçivəsində keçirir. A.Mehtiyev layihənin məqsədinin Azərbaycanda dövlət orqanlarının həyata keçirdiyi mərkəzləşdirilmiş mənzil təsərrüfatı idarəçiliyindən yerli özünüidarə prinsiplərinə əsaslanan sistemə keçidin təmin olunması olduğu bildirib. O qeyd etdi ki, layihə çərçivəsində Azərbaycanda mənzil təsərrüfatı sahəsində aparılan islahatların mövcud durumu qiymətləndirilir, mənzil təsərrüfatı qanunvericiliyi araşdırılır, xarici ölkələrdə, o cümlədən keçmiş SSRİ ölkələrində bu sahədə aparılan islahatlarnı nəticələri öyrənilir.

A.Mehtiyev əlavə edib ki, layihə çərçivəsində İTYİB-in ekspertləri mənzil qanunvericiliyini araşdırıb və qanunvericilikdə Mənzil Məcəlləsinin icrasını əngəlləyən ziddiyyətləri və boşluqları aşkar etməyə çalışıb.

A.Mehtiyev sonda qeyd etdi ki, istər layihə çərçivəsində, istərsə də bugünkü tədbirdə aşağıdakı sualların cavablandırılması qarşıya məqsəd qoyulub:

•         Mənzil mülkiyyətçiləri birliklərinin yaradılmasını əngəlləyən hüquqi mexanizmlər hansılardır?

•         Tam özəlləşdirilməmiş, yəni dövlət və özəl mülkiyyətin mövcud olduğu çoxmənzilli binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) yaradılması imkanları necədir?

•         Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsullarının hüquqi mexanizmləri necə tənzimlənir?

•         Çoxmənzilli binaların mülkiyyət məsələləri (zirzəmi, dam örtüyü, binanın ərazisi) necə təmzinlənir?

•         Fəaliyyət olan JEK-lərin hüququi statusu nədən ibarətdir?

 
Avrasiya Əməkdaşlıq Fondunun Program meneceri Zümrüd İsmayılova təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyəti və prioritetləri barədə danışıb. Onun sözlərinə görə, mənzil idarəçiliyi sektoru hazırda çox da aktual olmasa da, bu sahədə xeyli problemlər var. Ona görə də bu problemin ictimai müzakirəsi və proseslərə vətəndaşları cəlb etməklə vətəndaş iştirakçılığının artırılmasına nail olmaq vacibdir.

İTYİB-in hüquqşünas eksperti Azad TALIBOV “Çoxmənzilli binaların idarə olunması üsulları və kondominium mülkiyyəti” mövzusunda təqdimat edib.  Təqdimatçı çıxışında əsasən çoxmənzilli binaların idarə edilməsinin hüquqi aspektlərinə, xüsusən MİS-lərin hüquqi statusuna toxunub: “Sovetlər məkanında mənzil-istismar sahələri çoxmənzilli binalarda yerləşən binaların kommunal xidmətləri ilə təmin olunmasında və həmçinin bu kimi xidmətlərdən istifadəyə görə həyata keçirilən ödənişlərin toplanmasında xüsusi əhəmiyyət kəsb edirdi. Mənzil-istismar sahələri müasir dövrdə də faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu kimi fəaliyyəti həyata keçirməsi üçün heç bir hüquqi baza yoxdur. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş yeni Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunmasının üç üsulu göstərilir:

 1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsı;

 2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsı;

3. idarəedici təşkilat tərəfindən idarə edilməsı.

İdarə üsullarından birincisi, çoxmənzilli binanın inzibati-struktur quruluşuna malik olan hər hansı bir konkret təşkilatın müdaxiləsi olmadan, bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə olunması üsuludur. Digər iki üsulu isə, binanın konkret təşkilat tərəfindən idarə olunması üsullarını bildirir. Lakin son iki üsuldan heç biri çoxmənzilli binaların hazırda müvcud olan müvafiq mənzil-istismar sahələri (MİS) tərəfindən idarə olunmasını bildirmir. Müasir Mənzil Məcəlləsində əvvəlki mənzil-istismar sahələrinin müvafiq funksiyalarının ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri tərəfindən, yaxud da mənzil mülkiyyətşiləri ilə bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsi əsasında fəaliyyət göstərən idarəedici təşkilatlar tərəfindənhəyata keçirilməsi nəzərdə tutulmuşdur”.

Mənzil idarəçiliyində bələdiyyələrin roluna toxunan məruzəçi bildirdi ki, Məcəllədə bu məsələ əksini tapsa da bir sıra nöqsanlar mövcuddur: “Mənzil Məcəlləsinin 141.4 maddəsində göstərilir ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Ancaq bu normanın nöqsanı ondan ibarətdir ki, binanın idarə edilməsi üsulunun seçilməsi üçün müəyyən edilmiş 6 ay müddətinin hansı vaxtdan hesablanmalı olması dəqiq məlum deyil. Post sovet məkanının bəzi dövlətlərində bu məsələ daha yaxşı tənzimlənilir. Məsələn, Qazaxstanda bu göstərici kondominium obyektinin qeydiyyatdan keçdiyindən 1 aydan gec olmayaraq, Rusiyada isə binanın istismara başlanmasına rəsmi icazə alındığı vaxtdan 10 iş günü müddətində idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirir.

A.Talıbov Mənzil Məcəlləsi əsasında mənzil idarəçiliyinə MİS-lərin cəlbi ehtimalını da diqqətə çəkib: “Çoxmənzilli binanın idarə olunması üsullarından biri də, onunidarəedici təşkilat tərəfindən idarə edilməsı üsuludur. Zənnimizcə, bu kimi idarəedici təşkilatlar qismində gələcəkdə, məhz, indiki mənzil istismar sahələri (MİS) çixiş edəcəklər. Çoxmənzilli binaların idarə olunması sahəsində məhz mövcud olan mənzil-istismar sahələrinin böyük təcrübəyə malik olmasını, yaxud da ki, yeni təşkilatlar yaratmaqdansa, məhz mövcud olanlardan istifadə etməyin maddi və vaxt baxımından daha əlverişli olması əsas gətiriləcək. Ancaq məsələ ondadır ki, idarəedici təşkilatların mənzil istismar sahələrinin keçmiş dövrlərdə çoxmənzilli binanın ümumı istifadə sahələri (məsələn, binanın zirzəmiləri, binaların birinci mərtəbələrində sovet dövründə ticarət müəssisələri və ya anbarlar kimi fəaliyyət göstərmiş sahələri və binaya bitişik ərazidəki torpaq sahəsi və s.) üzərində sərəncam vermək hüququ yoxdur. Lakin bizim təcrübədən məlum olduğu kimi, yuxarıda sadalanan bütün bu obyektlər üzərində son 20 il ərzində məhz mənzil-istismar sahələri sərəncam veriblər”.

Təqdimatçı eyni zamanda diqqəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülki-hüquqi statusunu aydınlaşdırılmasına, mülki qanunvericilikdə hüquqi şəxslərə verilən tələblərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti timsalında nə dərəcədə əməl olması məsələsini araşdırılmasına yönəltdi. “Kondominiumların mülki-hüquqi rejimi və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin statusunu tənzimləyən yeni qanunvericilliyə bizim cəmiyyətdə böyük ehtiyac var. Bu qanunun ən böyük üstünlüklərindən biri də, “qonşuluq hüququ” kimi aktual məsələnin də məhz həmin mənbədə əks olunacağı perspektivi ola bilər. Sovetlər məkanı dağılandan sonra çoxmənzilli binalardakı birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s.-nin acınacaqlı və əsasən yararsız vəziyyətə düşməsi göz qabağındadır”.

İREX təşkilatının eksperti Ələsgər Məmmədli çıxışında Türkiyə təcrübəsinə diqqət ayırdı. Onun sözlərinə görə, qanunvericilikdə ziddiyyətlər var və qanunların icrası praktiki ehtiyaclar üzərində qrulmalıdır. Ekspert idarəçilik sahəsində yaradılacaq hüquqi şəxslərin qeydiyyatı prosesinin sadələşdirilməsi məsələsinin də vacibliyini bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçisi Rövşən Ağayev bir sıra ölkələrdə, o cümlədən MDB ölkələrində mövcud olan uğurlu nümunələrdən danışıb.. Onun fikrincə, bu gün Azərbaycanda mənzil fondunun tam özəlləşdirilməməsi bir sıra problemlər yaradır. “Moldovada istisnasız olaraq mənzillərin qısa müddətdə özəllədirilməsi həyata keçirilib. Gürcüstanda mənzil fondunun 98%-i özəlləşdirilib. Azərbaycan da bu təcrübələrə diqqət yetirilməlidir”, - deyən çıxışçı ölkəmizdə çoxmənzilli binaların kondominiumlar və ya idarəedici şirkətlər tərəfindən idarə olunması mexanizminin dəstəkləyib.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Mənzil Məcəlləsində nəzərdə tutulan idarəetmə üsullarının hansının optimal olduğunun araşdırılmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, mənzil idarəçiliyi sahəsində çoxlu problemlər var və onların həlli uzun zaman tələb edir. Ona görə də bu iş dərindən təhlil olunmalı, uğurlu təcrübələr öyrənilməli və optimal variant seçilməlidir.

Hüquqşünas Şəfa Camalzadə fikrini əsasən dövlət və vətəndaş münasibətləri üzərində qurdu. Çoxlu sayda şikayətlərin və məhkəmə çəkişmələrin şahidi olan hüquqşünasın sözlərinə görə, dövlətin vətəndaşın həyatında, o cümlədən mənzil idarəçiliyində rolu minimuma endirilməlidir.

Dəyirmi masa iştirakçıları mövzu ətrafına müzakirə aparıblar.

Xatırladaq ki, tədbir İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) dəstəyi ilə həyata keçirdiyi “Mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması” layihəsi çərçivəsində baş tutub.

Tarix: 28 Sentyabr 2012  |  Baxış sayı: 1248




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV