Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


JEK"lər ləğv edilir?
Rövşən Ağayev: "2009-cu ildə qəbul edilmiş yeni Mənzil Məcəlləsi mənzil istismar sahələrinin işini istisna edir"

Sentyabrın sonu idi və Bakının Yasamal rayonunda, 20 saylı məktəbin yaxınlığında yerləşən mənzil-istismar sahəsində (“JEK”) bir canlanma var idi. Yaxınlıqda yaşayan şirniyyat dükanının nümayəndəsi üstdəki qonşudan şikayətçi idi: “3-4 gündür ki, su veriləndə, bizi də basır, mənzildə də yaşayan yoxdur ki, gedək dərdimizi deyək”. MİS işçiləri ev sahibinin 3-4 ildir ki, Rusiyaya getdiyini, ildə yalnız 1-2 həftəliyinə gəlib kommunal xərcləri ödədiyini deyirdilər. “Görünür, borular deşilib. Başqa yol yoxdur, gəlin sahə polis rəisinin, su idarəsi nümayəndəsinin və qonşuların şahidliyi ilə pəncərədən içəri girək və suyu bağlayaq. Ev sahibini Rusiyadan nə vaxt gələcəyini gözləmək olmaz”, - ümumi qərar belə oldu. Həyətlərdəki səliqə-səhmandan Bakının ən nümunəvi «JEK»i olduğu açıqca bilinən idarənin mühəndis-texniki işçiləri ANS PRESS-ə fəaliyyət zamanı bu cür ekstremal halların tez-tez olduğunu söyləyirlər: “Ərazidəki əmlaka görə biz məsuliyyət daşıyırıq. Suda, kanalizasiyada, qazda və hətta elektrikdə baş verən istənilən qəza nəzarətdən çıxarsa, əmlakı qəzalı vəziyyətə sala bilər. Buna görə də gözümüz həmişə zirzəmilərdə olur, kanalizasiya və su borularının partlayaraq zirzəmiləri su ilə doldurmasına imkan vermirik”.

“JEK” işçiləri zonalarındakı bütün binaların zirzəmisinin quru olması ilə fəxr edirlər. Həmin ətrafda ağcaqanadların az olması da onların dediklərini bir növ təsdiqləyir.

Maraqlıdır ki, Bakıda bəlkə də ən quru zirzəmilərə və təmiz həyətlərə malik bu “JEK”in işçiləri bəlkə də Bakıda ən aşağı maaş alan xidmət sektoru işçiləridir. “JEK”in təxminən 40-a yaxın işçisi var və bunların arasında ən yüksək maaşı süpürgəçilər alır - 150 manat. Bu, ölkə üzrə 160 manata bərabər olan orta pensiya göstəricisindən də aşağıdır. Qalan işçilər isə 100-110 manat ətrafında maaş alırlar. Əslində, süpürgəçilərin də ştat maaşı 100 manatdır, amma “JEK” rəhbərliyi onların sayının az olduğunu, həm də vacib fiziki işlə məşğul olduqlarını nəzərə alaraq süpürgəçilərin maaşını yarım ştat artırıb. Ümumiyyətlə, bu “JEK»də tək süpürgəçi deyil, başqa işçilər də çatışmır. Məsələn, zonada 35 lift var və onlara cəmi 5 liftçi xidmət edir. Halbuki, normativlərə görə, onlara 20-yə yaxın liftçi xidmət etməlidir.

Maddi vəsaitin az olması lazım olan sayda işçiləri götürməyə imkan vermir, yəni ya boş olan yerlərə maaş azlığı üzündən işçi cəlb etmək olmur, ya da vəsait az olduğundan yeni ştatlar açmaq mümkün deyil. “JEK”lərə büdcədən ayrılan vəsait o qədər aşağıdır ki, bu, işçilərin 100 manat ətrafında dəyişən maaşına güclə çatır. Büdcə məlumatlarına görə, ölkə üzrə sayı təxminən 300-ə bərabər olan “JEK»lərə cəmi 18 milyon manat pul ayrılır, yəni orta hesabla bir “JEK”ə təxminən 60 min manat düşür. Əgər orta hesabla bir “JEK”də 40 adam işlədiyi nəzərə alınarsa, adambaşına bir il üçün 1500 manat, bir ay üçünsə 125 manat düşür ki, bu da indiki şərtlərlə “JEK” işçisinin orta maaş göstəricisinə bərabərdir. Təbii ki, buna görə də “JEK”lərdə işləyən çilingərlər, fəhlələr, idarə işçiləri istər-istəməz zonada yaşayan əhalinin əlinə baxmalıdır. Adətən əhali “JEK”in çağırışı ilə gələn işçilərə elə də çox “hörmət” etmir, “xala-xətrin qalmasın”,- deyə uzağı 5 manat verir. Yoxsul ailələr, pensiyaçılar isə ümumiyyətlə pul vermirlər, çünki imkanları yoxdur. Yəni bir “JEK” çilingərinin ailəsinin dolandırması üçün gün ərzində ən azı 3 dəfə normal imkanlı ailəyə “çağırış”a getməlidir. Belə çağırışlar isə bəzən günlərlə olmur. “JEK” işçiləri adətən işdən sonra və ya bazar günləri sifariş götürüb fərdi işləməyə çalışırlar ki, bu da daimi işlə yanaşı mümkün olmur. ANS PRESS-in araşdırmasına görə, bu səbəbdən “JEK” işçilərinin ailələrində həmişə söz-söhbət olur.

Təbii ki, “JEK”lər qəza hallarında lazımi təmir-bərpa işlərini yerinə yetirmək üçün lazım olan materialları da tapmaqda çətinlik çəkirlər. Bu kimi problemlər adətən “JEK” rəislərinin və onların tabe olduqları rayon İH-lərinin rəsmilərinin şəxsi əlaqələri hesabına həll olunur. Adətən, yaxşı dost-tanışı olan “JEK” müdirləri qəza hallarında təmir-tikinti işlərini yaxşı münasibətdə olduqları özəl şirkətlərin “belinə yükləyirlər”, zəif əlaqəli “JEK” müdirlərinin fəaliyyəti isə həmişə yarıtmaz sayılır.

Ekspertlər ölkə mənzil fondunun təxminən 30%-ə nəzarət edən “JEK”lərin bu cür acınacaqlı durumda olmasını onların qanundan kənar olmaları ilə izah edirlər. Müstəqil iqtisadçı-ekspert Rövşən Ağayev ANS PRESS-lə söhbətində bildirib ki, 2009-cu ildə qəbul edilmiş yeni Mənzil Məcəlləsi mənzil istismar sahələrinin işini istisna edir: “Mənzil Məcəlləsində çoxmərtəbəli binaların idarə edilməsinin üç forması nəzərdə tutulur və istənilən halda onların sırasında “JEK” yoxdur. Birinci variantda “JEK”lər ləğv edilir və vətəndaşlar ayrı-ayrı xidmət dairələri ilə birbaşa müqavilə bağlayırlar. Buna bilavasitə idarəetmə forması deyirlər. İkinci variantda, çoxmərtəbəli binalarda yaşayan vətəndaşları birləşərək qeyri-kommersiya təyinatlı hüquqi birliklərini yaradırlar. Yəni onlar özlərinə öz aralarından birlik sədri seçirlər, maliyyə-təftiş komissiyası formalaşdırırlar. Daha sonra müxtəlif kommunal xidmət təşkilatları ilə birlik adından müqavilələr bağlayırlar. Üçüncü halda isə bina sakinləri yığışaraq özlərinə idarə edən şirkət seçmək üçün müsabiqə elan edirlər. Bu halda hansısa özəl təşkilatlar çıxaraq binanı idarə edəcəyi barədə təkliflər irəli sürür»,- deyə iqtisadçı-ekspert vurğulayır.

Lakin Azərbaycan reallığı göstərir ki, Mənzil Məcəlləsindəki bu variantları həyata keçirmək elə də asan deyil. Çünki artıq ölkəmizdə bu təcrübə var və mənzil-tikinti kooperativləri (MTK) Mənzil Məcəlləsindəki ikinci varianta uyğun gəlir. Kooperativ binada yaşayan əmlak mütəxəssisi Kəmalə Qacar isə öz binalarının misalında bunun çox əlverişsiz idarəetmə üsulu olduğunu vurğulayır: “Biz kooperativ binanın birinci mərtəbəsində yaşayırıq. Kooperativ sədri də var, amma heç nə etmir. Binada baş verənlər yuxarı mərtəbələrdə yaşayan sakinlərin heç vecinə də deyil. Binanın zirzəmisində borular deşilmişdi və zirzəmi tamamilə suyun içində idi. Kooperativ sədri bununla bağlı heç bir iş görmədi. Axırda özümüz, yəni bizim ailə zirzəminin suyunu çəkdirdi və boruları dəyişdirdi. Kanalizasiya tutulanda da su bizim mənzili basırdı, ona görə də təmir briqadasını biz çağırmağa məcbur olmuşduq. Yəni MTK elə də əlverişli idarəetmə sistemi deyil. Yenə “JEK” olanda, adamların şikayət üçün üz tutmağa bir ünvanı olur. Hər halda, dövlət pis yaxşı təmir-bərpa işləri üçün “JEK”lərə pul ayırır”,- deyə gənc əmlak mütəxəssisi vurğulayır.

Lakin iqtisadçı-ekspert Rövşən Ağayev məcəllədə mənzil mülkiyyətçilərinin müştərək birliyi kimi göstərilən bu variantın xaricdə, eləcə də əksər keçmiş MDB ölkələrində uğurla tətbiq edildiyini söyləyir: “Bu variantın fəlsəfəsi odur ki, binanı üçüncü bir şəxs yox, sakinlərin özü idarə edir. Çox vaxt “JEK” müdirləri həmin ərazidə yaşamırlar. Qonşu Gürcüstanda, Moldovada və Rusiyada bu sahədə xeyli dərəcədə irəliləmələr baş verib. Keçmiş SSRİ ölkələrindən yalnız Azərbaycanla Türkmənistanda çoxmərtəbəli binaların idarə edilməsi sahəsində islahat aparılmayıb və “JEK”lər qalmaqdadır. Hətta Tacikistanda və Özbəkistanda da artıq «JEK»lər ləğv edilib və kondominimumlar, yəni çoxmərtəbəli binaların mənzil mülkiyyətçilərinin müştərək birlikləri yaradılıb” deyən Rövşən Ağayev bu zaman dövlətdən mənzil-istismar sahəsinə ayrılan vəsaitlərin də xərclənməsinin üzərində nəzarət təşkil etməyin mümkün olacağını da vurğulayır: “Kondominimumların olduğu bütün ölkələrdə də dövlət büdcəsindən binaların təmiri üçün vəsait ayrılır. İndi həmin vəsaitin “JEK”lər tərəfindən xərclənməsi üzərində heç bir ictimai nəzarət yoxdur. Burada fəlsəfə odur ki, vətəndaş idarəetməyə nəzarət edə bilsin. Hazırda icra hakimiyyətləri tərəfindən təyin edilən “JEK” rəislərinə heç bir nəzarət yoxdur. İdarəetmədə ictimai nəzarət olmayanda, səmərəlilik olmur. Yəni idarəetmənin fəlsəfəsi dəyişməlidir”,-deyə iqtisadçı ekspert vurğulayır.

R.Ağayevin sözlərinə görə, hazırda “JEK”lərin əsas funksiyalarından biri insanlara yaşayış yerindən arayış verməklə bağlıdır ki, onu da kondominimumlar əvəz edə bilər: “Onların yerində yaradılacaq mənzil mülkiyyətçiləri ictimai birliyinin də hüquqi şəxs statusu olacaq, onların da möhürü, arayış vermək statusu olacaq. Bir də ki, artıq o arayışların dövrü keçib, elektron sənəd dövriyyəsi yaradılıb. Yəni ki, dövlət orqanları hansısa vətəndaş barədə məlumat əldə etmək istəyirlərsə, bunu öz kompüter məlumat bazaları vasitəsi ilə rahatlıqla əldə edirlər. Yəqin ki, birazdan bizim də Daxili İşlər Nazirliyinin belə bir bazası olacaq və arayışlara heç bir ehtiyac qalmayacaq”.

İqtisadçı-ekspert çoxmərtəbəli binaların sakinlərinin idarəetməyə laqeydliyi məsələsinə də toxunub: “Hökumətin borcudur ki, insanları bu sistemə öyrətsin. Burada islahat təşəbbüskarı kimi məhz dövlət çıxış etməlidir. İnsanlar bu idarəetmənin müsbət tərəflərini görəndən sonra bu problem həll edilmiş olacaq. Hələ ki, bina sakinləri bu cür idarəetmənin müsbət nəticələri barədə məlumatsızdırlar”.

Çingiz Rüstəmov
Tarix: 16 Oktyabr 2012  |  Baxış sayı: 969




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV