Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avropa Şurası Azərbaycanda bələdiyyənin vəziyyətini müzakirə edəcək

Samir Əliyev: “Monitorinq Qrupunun hazırladığı hesabat kifayət qədər sərtliyi ilə seçilir”

Oktyabrın 16-dan 18-dək Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü Sessiyası keçiriləcək. Sessiyada təşkilati işlər, o cümlədən Konqresə prezident seçkisi keçiriləcək. Diqqəti çəkən məqamlardan biri də odur ki, sessisyada Azərbaycanda yerli özünüidarənin vəziyyəti müzakirə olunacaq.

“Musavat.com"a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, oktyabrın 17-nə keçirilməsi planlaşdırılan müzakirələr kifayət qədər gərgin olacaq və sonunda Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri icra etməsi üçün müvafiq sənəd qəbul olunacaq. Onun sözlərinə görə, Avropa Şurasının Monitorinq Qrupu üzv ölkələrdə dövrü olaraq monitorinq aparır və üzv-ölkələrin öhdəlikləri nə dərəcədə yerinə yetirdiklərini yoxlayır. “Azərbaycanda ilk monitorinq 2002-ci ildə keçirilib və monitorinq nəticələrinə görə hökumət Avropa Şurasına qəbul olarkən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. 2003-cü ildə Şura Azərbaycana bununla tövsiyələr də vermişdi. Artıq həmin müddətdən 10 ilə yaxın zaman keçib. Sonuncu dəfə monitorinq qrupu bu ilin aprelində ölkəmizə gəldi və qiymətləndirmə apardı. Monitorinq zamanı müxtəlif dövlət qurumları, QHT-lər, bələdiyyələrlə görüşlər keçirdilər. Monitorinqin nəticəsi onu göstərdi ki, Azərbaycanda 2003-cü ildə verilmiş Tövsiyəyə demək olar ki, əməl etməyib”,- deyən ekspertin sözlərinə görə, təmsil olunduğu Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı (BİNA) sonuncu monitorinq hesabatının hazırlanmasında yaxından iştirak edib. 

S.Əliyevin fikrincə, Azərbaycanda yerli özünüidarənin vəziyyətinə dair hazırlanmış hesabat kifayət qədər sərtliyi ilə seçilir: “Əvvəlki hesabatların hazırlanmasında Qrup üzvləri xeyli əziyyət çəkiblər. Bunun da əsas səbəbi yerli özünüidarənin vəziyyəti ilə bağlı alternativ fikrin olmaması olub. Sonuncu missiya zamanı isə bələdiyyə sahəsində ixtisaslaşmış QHT-lərin olması imkan verib ki, hesabatda real vəziyyət əksini tapsın. Hesabatda bələdiyyələrin mövcud vəziyyətinin dözülməz olması qeyd edilməklə yanaşı 2003-cü ildən bəri yerli özünüidarənin inkişafı istiqamətində hər hansı irəliləyişin olmadığı vurğulanır”.

Ekspertə görə, Avropa Şurasının müxtəlif təmsilçiləri ilə aparılan söhbətlərin nəticəsi göstərir ki, onlar Azərbaycanda yerli idarəetmənin vəziyyətindən çox narahatdırlar: “Qurum Azərbaycandan əksmərkəzləşmə islahatlarının gözləməsinə rəğmən ölkədə mərkəzləşmə prosesləri gedir. Prezidentin iyunun 6-da təsdiq etdiyi “İcra hakimiyyətləri haqqında” Əsasnamə xüsusilə narahatçılıq doğurur. Onlar görürlər ki, hökumətin addımı səlahiyyətlərin bir əldə cəmlənməsinə yönəlib. Bələdiyyələr səlahiyyətsiz, gücsüz, pulsuz, qapazaltı bir quruma çevriliblər”.

Sessiyanın nəticəsinə toxunan ekspert hesab edir ki, müzakirələrin nəticəsi olaraq Qətnamə qəbul edəcək və islahatların aparılması üçün Azərbaycana tövsiyələr verəcəklər. “Azərbaycan 2001-ci ilə Yerli özünüidarəyə dair Avropa Xartiyasına qoşulub və bununla da öhdəlik götürüb ki, Xartiyanın müddəalarını yerinə yetirəcək. Konqres də Sessiyada bu məsələni qaldıracaq və Xartiyanın tələblərinin yerinə yetirməklə bağlı Azərbaycan üzərində öhdəlik qoyacaq. Əvvəlki illərdən fərqli olaraq bu dəfə yaxından nəzarət edəcək ki, hökumət öhdəlikləri yerinə yetirsin. Bunun üçün növbəti mərhələdə post-monitorinq aparılacaq. Yəni hökumət fikirləşməsin ki, 2003-cü ildə olduğu kimi öhdəlikərdən boyun qaçıraca biləcəklər.

Konkret tələblərə gəlincə, S.Əliyev bildirdi ki, ilk növbədə Bakı şəhərində mer seçkisinin keçirilməsi qeyd ediləcək. “Azərbaycan Avropa Şurasının yeganə ölkəsidir ki, paytaxta mer yox, icra hakimiyyəti başçısı rəhbərlik edir. Bakıda meriya institutu yaradılmayıb. Bundan başqa bələdiyyələrin səlahiyyətlərinin artırılması, maliyyə imkanlarının genişləndirilməsi tələbi sənəddə əksini tapacaq. İcra hakimiyyətlərlə paralelliyin aradan qaldırılması, bələdiyyələrin statusunun dəqiqləşdirilməsi, bir sözlə əksmərkəzləşmə islahatlarının aparılması veriləcək Tövsiyənin əsasəını təşkil edəcək”.

R.RƏFİYEVA
 
Tarix: 16 Oktyabr 2012  |  Baxış sayı: 1463




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV