Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mənzil fondu necə idarə olunur?
Ekspertlər bu sahədə idarəetmə mexanizmlərində ciddi problemlərin olduğunu bildirirlər

Statistikaya əsasən, hazırda respublikada adambaşına düşən yaşayış sahəsinin həcmi 17 kvadratmetrdir. Müstəqillik illərindən bugünədək isə Azərbaycanda mənzil fondunun 4 dəfə artdığı və bu rəqəmin 162 milyon kvadratmetrə çatdığı bildirilir? Bəs görəsən, Azərbaycanda mövcud mənzil fondunun idarə edilməsi hansı qurum tərəfindən və hansı qaydalar əsasında həyata keçirilir? Ümumiyyətlə, mənzil fondundan kimlərə ev ayrıla bilər? Mənzil fondundan ayrılan evlərdə məskunlaşan insanlar həmin yaşayış sahələrində mülkiyyət hüququna malik olurlarmı?
   
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov
deyir ki, əslində 2009-cu ilin oktyabrında 1-də qüvvəyə minən Mənzil Məcəlləsi faktiki olaraq mənzil-istismar sahələrini (MİS) mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb. Onun sözlərinə görə, yeni Məcəllədə dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb: "Məcəllənin 141-ci maddəsində çoxmənzilli binaların da konkret kimlər tərəfindən idarə olunması göstərilib. Sənədə əsasən, bu tipli binalar binanın sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi (bələdiyyə), habelə idarəedici təşkilat tərəfindən idarə oluna bilər. Bu mülkiyyət formalarının siyahısında MİS-lərə yer verilməyib. Amma bütün bunlara baxmayaraq mənzil fondunun idarə edilməsinə yenə də yerli icra qurumlarının tabeçiliyində olan MİS-lər nəzarət edir. Yəni, biz yeni Məcəllənin mənzillərin idarəetmə prinsiplərini dəyişəcəyini düşünsək də, faktiki bu sənəd kağız üzərində qalıb".
   

 Mənzil fondundan kimlər ev ala bilər?
   
Hüqüqşünas onu da vurğulayır ki, Mənzil Məcəlləsinin 3 il bundan əvvəl qüvvəyə minməsinə baxmayaraq mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə mübahisəsi yaranan zaman hakimlər sözügedən sənədə istinad etmirlər: "Ümumiyyətlə, bəzi hakimlərin bu sənəddən xəbəri yoxdur. Bəziləri isə bilərəkdən hansısa qərar çıxararkən köhnə qanuna istinad edirlər. Yəni, yeni Məcəllə demək olar ki, işləmir. Buna görə də indi Azərbaycanda mövcud mənzil fondunun necə və hansı qaydalar əsasında idarə edilməsi açıq qalıb".
   
Mənzil fondundan kimlərə ev ayrıla biləcəyinə gəlincə, ekspert deyir ki, sovet dövründə bu mənzillər ev növbəsində dayananlara və əhalinin güzəştli kateqoriyasına verilirdi: "Bildiyimə görə, bu qaydalar indi də dəyişməyib və aidiyyəti strukturlar mənzillərin bölüşdürülməsi zamanı ev növbəsinə dayananları, habelə əhalinin güzəştli kateqoriyasını mütləq nəzərə almalıdır. Amma çox təəssüflər olsun ki, aidiyyəti qurumlar bu məsələyə biganə yanaşdığından uzun illər ev növbəsində dayananların yaşayış sahəsi ilə təmin olunması istiqamətində konkret olaraq heç bir addım atılmır".
   

Xidməti evlərdə yaşayanlara mülkiyyət hüququ verilmir
   
İqtisadi Təşəbbüslarə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bildirir ki, hazırda Bakıda dövlət mənzil fonduna xidmət və nəzarəti şəhər icra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTD) həyata keçirsə də, bu addım qanunaziddir: "Məlumdur ki, bu departamentin tərkibinə paytaxtın 11 inzibati rayonu üzrə rayon mənzil-kommunal təsərrüfatı birlikləri daxildir. Hər rayon mənzil-kommunal təsərrüfatı birliklərinin tərkibində isə mənzil-istismar sahələri fəaliyyət göstərir. Yaşayış binalarına xidmət və nəzarəti konkret olaraq məhz MİS icra edir. Lakin bu addım 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin tələblərinə ziddir. Çünki sözügedən sənədə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə məhz bələdiyyələr tərəfindən idarə olunmalıdır. Amma indi demək olar ki, nə dövlətin, nə də bələdiyyələrin balansında mənzil fondu yox dərəcəsindədir".
   
Samir Əliyev habelə deyir ki, hazırda ölkədə aparılan tikinti işlərinin böyük əksəriyyəti özəl şirkətlər tərəfindən həyata keçirildiyindən müvafiq dövlət qurumları, o cümlədən bələdiyyələr iri həcmli mənzil fondu formalaşdıra bilmirlər: "Düzdür, bəzi dövlət qurumları müəyyən həcmdə mənzil fonduna malikdirlər. Amma bu mövcud ehtiyacları ödəmir. Yəni, bu yaşayış sahələri ancaq xidməti vəzifə yerinə yetirən işçilər üçün nəzərdə tutulur. Tutaq ki, hansısa rayona yeni təyin olunmuş prokurora və ya başqa sahədə xidməti vəzifə yerinə yetirən şəxsə həmin rayonun ümumi mənzil fondundan yaşayış sahəsi ayrılır. Həmin xidməti evlərdə yaşayanlara isə mülkiyyət hüququ verilmir".
   

Yeni idarəetmə metodları hazırlanır?
   
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti
ndən isə məsələyə münasibət açıqlayarkən Azərbaycanda bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının hazırlandığını bildirdilər. Amma qurumdan bu metodların konkret nədən ibarət olduğunu açıqlamaqdan imtina etdilər.
   
Departamentdən həmçinin vurğuladılar ki, yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir.
   
Bakı Şəhər İcra Hakimiyyətinin mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsindən isə yeni idarəetmə metodlarından xəbərsiz olduqlarını bildirdilər. Şöbənin əməkdaşı Qasım Qasımovun sözlərinə görə, hazırda nə yeni idərəetmə metodlarından, nə də hansısa mənzil fondundan sözbət gedə bilməz: "Biz olmayan məsələnin nəyindən danışırıq. İndi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fondu varmı ki, onun yeni idarəetmə metodunu işləyək. Hazırda dövlət qurumları tərəfindən demək olar ki, tikinti işləri aparılmır. Sovet dönəmində mənzil fondunun balansında olan yaşayış sahələri isə ittifaq dağıldıqdan sonra vətəndaşlar tərəfindən özəlləşdirilib. Yəni, indi bizdə 1 kvadratmetr həcmində belə mənzil fondu yoxdur".
   
Meriyanın mənzil fondunun olmadığı təqdirdə, sözügedən şöbənin hansı məsələlərə baxdığına gəlincə, Qasım Qasımov bu şöbənin tezliklə ləğv olunacağını istisna etmədi. Onun sözlərinə görə, indi mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin sadəcə adı qalıb: "Biz hazırda nə ev bölüşdürürük, nə də ev dəyişdiririk. Yəqin ki, bu şöbə də yaxın vaxtlarda ləğv olunacaq".
   

Kələfin ucunu itirəndə...
   
Məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də münasibət öyrəndik. Qurumun beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev öz açıqlamasında Azərbaycanda mənzil fondunun mövcud olduğunu bildirib: "Bu yaxınlarda tədbirlərin birində bizim komitənin sədri müstəqillik illərində ölkəmizdə mənzil fondunun 4 dəfə artdığını deyib və bu məlumat da tam həqiqəti əks etdirir. Bir məqamı vurğulayım ki, bizim komitə sədri həmin bilgini verərkən statistik məlumatlara söykənib. Eyni zamanda, bu məlumatda ölkə üzrə ümumi yaşayış sahələri nəzərdə tutulub. Yəni, həm dövlət qurumlarının balansındakı mənzil fondlarında olan yaşayış sahələri, həm də vətəndaşlar tərəfindən özəlləşdirilən yaşayış sahələri ümumi götürülüb. Amma bu o demək deyil ki, ölkədə mənzil fondu yoxdur. Hazırda həm Bakı Şəhər İcra Hakimiyyətinin, həm də digər rayon və şəhər icra hakimiyyətlərinin mənzil fondu mövcuddur. Bununla bağlı müvafiq qeydiyyat aparılaraq məlumatlar Statistika Komitəsinə ötürülür. Sadəcə bəzi qurumlar kələfin ucunu itirəndə nə danışdıqlarını bilmirlər".
   
   
   
Sevinc
“Həftə içi” qəzeti

Tarix: 24 Oktyabr 2012  |  Baxış sayı: 2111




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV