Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


"Jek"lərin ümidinə qalan mənzillərimiz

Abbas Əliyev: "Əhali şəxsi mənzilinin idarə olunmasında məsuliyyəti öz üzərinə götürməyə psixoloji cəhətdən hazır deyil"

"Kondominium" sözünün mənasını yəqin ki, Azərbaycanda çox az adam bilir. Halbuki Rusiya, Özbəkistan, Qırğızıstan və bir sıra başqa keçmiş sovet respublikalarında kondominium anlayışı qanunlarda əks olunub. Kondominium "birgə mülkiyyət" deməkdir və özündə torpaq sahəsini və onun üzərində yerləşən tikilini (binanı) ehtiva edən vahid daşınmaz əmlak kompleksidir.
   
Kondominium imkan verir ki, qaz, su, lift və başqa kommunal xidmətlərlə bağlı dövlət orqanlarına getməkdən vətəndaşların canı qurtarsın. Bu söz "mənzil mülkiyyətçiləri birliyi" deməkdir. Bir sözlə, bir binanın sakinləri yığışaraq bir qurum təsis edirək onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirlər. Bu qurum sakinləri öz mənzillərindən başqa, binanın digər sahələrinin - zirzəmi, dam, zibil boruları, lift və sairənin də mülkiyyətçisi edir. Sakinlər bütün bu kommunal sahələri özləri idarə etməyə başlayırlar. Lifti kimin düzəldəcəyini, ona kimin qulluq edəcəyini, yaxud zibili hansı idarənin daşıyacağını özləri müəyyən edir. Belə olduqda Mənzil İstismar İdarələri də öz aktuallığını itirmiş olur. Bu da onsuz da öz işinin öhtəsindən gələ bilməyən və bir işə yaramayan "Jek"lərin birdəfəlik sıradan çıxmasına gətirib çıxaracaq.
   
Ancaq bu gün bütün MDB ölkələrində binaların idarə edilməsində əsas sistem olan kondominiumun Azərbaycanda yaradılması gecikir. Halbuki kondominiumun bir çox müsbət cəhətləri var və bi idarərtməs sistemi bütün dünyada geniş yayılıb. Məsələn, ABŞ və Kanadada çoxmərtəbəli kondominiumlar torpaq sahələrinin çatışmaması və əhalinin mənzillə təmin edilməsi problemlərinin həlli məqsədilə böyük şəhərlərdə qurulur. Digər növ kondominiumlar isə kurort zonalarında (Meksika körfəzi, Florida) və okean sahilləri boyunca (Nyu York, Kaliforniya) qurulur.
   
Bir çox Avropa ölkələri də daxil olmaqla keçmiş MDB ölkələrində (Ukraynadan başqa) artıq çoxdan "JEK"lərin fəaliyyəti ləğv edilib.
   
Hazırda Rusiyada da mənzillərin idarə edilməsi məqsədilə kondominiumlar yaradılıb. Rusiyada bu qurumun fəaliyyəti yaradılmış fond əsasında tənzimlənir. Binalar üçün bir problem çıxanda mənzil sahibləri ümumi məbləğin 5-10 faizini özləri toplayır, qalan məbləğ bələdiyyədən, çox hissəsi isə fonddan ayrılır.
   

"Jek"lərlə bələdiyyələrin nüfuz savaşı
   
İqtisadçı ekspert Nazim Məmmədov mənzillərin idarəs edilməsindəbu sistemin düzgün olmadığını deyir. "Həftə içi"nə danışan ekspertin sözlərinə görə, "birgə idarəetmə" anlamına gələn bu sistemə alternativ tapılmalıdır: "Mənzil Məcəlləsində də çoxmənzilli binaların istismarı ilə bağlı qərarlar var. Bilirsiniz ki, "Jek"lər Sovet İttifaqının məhsulu idi. Yəni, bütün mülkiyyət dövlət də olduğuna görə Mənzil İstismar Sahələri də dövlətin mülkiyyətində idi. Həmin mülkiyyətdə olan binalara da xidmət göstərirdi. Ancaq bu gün mülkiyyət formaları dəyişib. İndi dövlət idarəsində olan mənzillərlə yanaşı, özəl binalar da var. Bu səbəbdən "birgə idarəetmə" kimi anlaşılan kondominiumun Azərbaycanda işləməsi mümükün olmayacaq".
   
Ekspert qeyd edir ki, mənzil idarəsi ilə bağlı lazım olan bir çox qərarların qəbulu kecikir. Əgər bu gün bələdiyyələrin statusunun artırılması istiqamətində atılan addımlar gecikirsə, mənzillərlə bağlı digər bir çox məsələlərin də həlli gecikəcək. Çünki bu gün hələ də mənzillərin idarəsində "Jek" səviyyəsində idarəetmə davam edir: "Yaxşı olardı ki, bu məsələyə birdəfəlik son qoyulsun. Kondominium məsələsinin klassik anlayışı birgə idarəetmədir. Məncə, bu idarə yaxşı heç nə vədd etmir. Ola bilər ki, müəyyən dövr üçün təcrübənin qazanılması məqsədəuyğundur. Ancaq srateji baxımdan bu düzgün deyil. İkili tabeçilik bu udarə sisteminin də düzgün işləməsinə imkan verməyəcək. Əgər kondominiumda birgə idarəetmə nəzərdə tutulursa, bu heç də problemlərin həlli demək deyil. əksinə əlavə problemlərin meydana gəlməsi deməkdir".
   
Ekspert kondominiumların yaradılmasının gecikmə səbəblərindən də danışdı. O qeyd edir ki, "Jek"lər öz səlahiyyətində olan işləri bir başqasına vermək istəmir. Bələdiyyələrin də bu səlahiyyətləri öhtələrinə götürməyə imkanları yoxdur: "Burada bir növ nüfuz savaşı gedir. "Jek"lərin fəaliyyəti bu gün qanunsuz olsa da, onların əlində böyük səlahiyyətlər var. Bura reklam gəlirlərindən tutmuş, vətəndaş icazələri kimi hər şey daxildir. Bələdiyyələrə gəlincə isə, onların belə bir imkanları yoxdur ki, kondominiumu idarə etsinlər. Əslində bələdiyyələr bunu idarə edə bilərlər. Sadəcə yerli icra hakimiyyəti orqanları özləri bələdiyyələrin səlahiyyətlərinin artmasında maraqlı deyil. Vətəndaşlar arasında bələdiyyələrin heç bir işə yaramadığı fikri formalaşdırıblar. Yerli icra orqanları bələdiyyələri öz təsirləri altında saxlayır və bələdiyyələrin vətəndaşlarla normal işləməsinə imkan vermir".
   

Müştərək idarəetməyə hazır deyilik?
   
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "Həftə içi"nə bildirdi ki, son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, çoxmənzilli bina 3 idarəetmə üsulundan biri - sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya idarəedici təşkilat tərəfindən idarə edilə bilər: "Mənzil Məcəlləsində çoxmənzilli binanın idarə edilməsi üçün təklif olunan üç idarəetmə üsulundan mənzil mülkiyyətçiləri üçün daha əlverişlisi - mülkiyyətçilərin müştərək cəmiyyətlərdir. MMMC, yəni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ilk növbədə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan bir idarəetmə üsulu olduğu qəbul edilməlidir".
   
Nazirlik rəsmisi etiraf edir ki, əhalinin böyük əksəriyyəti şəxsi mənzilinin idarə olunmasında məsuliyyəti öz üzərinə götürməyə psixoloji cəhətdən hazır deyil. Bu səbəbdən ilk növbədə yeni idarəetmə metodlarının, xüsusən də MMMC-nin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı marifləndirici işlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, bu sahədə maarifləndirməişləri aparıldıqdan və vətəndaşlar məlumatlandırdıqdan sonra mənzillərin idarəedilməsində bu sistemdən istifadə daha geniş şəkil alacaq".

Nigar İxtiyarqızı
"Həftə içi" qəzeti

Tarix: 24 Noyabr 2012  |  Baxış sayı: 1625




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV