Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının ayrılması: real vəziyyət və imkanlar
İTYİB regionda bələdiyyələrin su müəssisələrinin iştirakı ilə dəyirmi masa keçirib

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) noyabrın 23-də Bərdə rayonunda “Dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının ayrılması: real vəziyyət və imkanlar” mövzusunda dəyirmi masa keçirib. Tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində ərazisində içməli su şəbəkəsi qurulmuş bələdiyyələrin məqsədli maliyyə yardımı almaq imkanları araşdırmaq və mövcud problemləri müzakirə etmək olub.

Görüşdə ümumilikdə 10 tərəfdaş bələdiyyənin 20-yə yaxın nümayəndəsi iştirak edib. Dəyirmi masada Bərdə, Tərtər və Agcabədi rayonlarını əhatə edən bələdiyyələrin sədrləri, bələdiyyə nəzdində yaradılmış su müəssisələrinin rəhbərləri və mühasibləri təmsil olunurdular.

Aran HRİİB-nin layihə koordinatoru Rasim Zeynalov tədbiri açaraq diqqəti layihə fəaliyyətinə yönəltdi. R.Zeynalov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlər və qarşıya çıxan çətinliklər barədə danışıb. O, qeyd edib ki, artıq 10 bələdiyyədə su müəssisələri yaradılıb, su xətlərinin çəkilişi başa çatdırılıb. R.Zeynalov ayrı-ayrı kəndlərdə əhali ilə keçirdikləri görüşlər və onların nəticələri barədə məlumat verib.

İTYİB-in eksperti Samir Əliyev çıxışında diqqəti su müəssisələrinin maliyyə mənbələrinə yönəldib. Onun sözlərinə görə, qanunvericilikdə bələdiyyələrə dövlət büdcəsindən məqsədli və məqsədsiz maliyyə yardımlarının verilməsi nəzərdə tutulsa da, təcrübədə ancaq məqsədli maliyyə yardımı olan dotasiyalardan istifadə edilir. Bu günə qədər heç bir bələdiyyə məqsədli maliyyə yardımı almağa müvəffəq olmayıb. Maliyyə Nazirliyi bunun səbəbini bələdiyyələrin müraciət etməməsi ilə əsaslandırır. Bələdiyyələr isə bu sahədə məlumatın azlığı və məqsədli maliyyə yardımı mexanizmi barədə az məlumatlı oldularını bildirir. Müstəqil qurumların apardıqları araşdırmaların nəticəsi göstərir ki, qanunvericilikdə belə yardımlar olsa da, onların əldə edilməsi mexanizmləri yoxdur. Nəticədə bələdiyyələr müraciət edə bilmirlər.

S.Əliyevin fikrincə, Azərbaycanda yerli büdcələrə transfert sistemi simvolik olaraq mövcuddur. Bələdiyyələrin dövlətdən aldıqları maliyyə yardımlarının ölkənin icmal büdcəsində payı olduqca azdır və cəmi 0,2 faiz təşkil edir. Hazırda qüvvədə olan müvafiq qanunvericilikdə dövlətin bə­lə­diy­yələrə zəruri maliyyə yardımı ayırmasına hər hansı hüquqi maneə yoxdur. «Büdcə sis­te­mi haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunlara əsa­sən dövlət büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transfertlər (subsidiya və subvensiya) verilə bilər. Bələdiyyələr fəaliyyət göstə­rəndən bəri bu qurumlara ancaq məqsədsiz transfert – dotasiya ayrılıb.

S.Əliyev sonda çıxışında su müəssisələrini zəruri maliyyə təminatı ilə təmin etmək üçün bələdiyyələrin rolunun nədən ibarət olmasını və maliyyə yardımını əsasən hansı sferalara tətbiq edilməsinin vacibliyini müzakirə etməyi təklif etdi.   

Tədbir iştirakçıları əhalini içməli su ilə təminatında ortayan çıxan problemlər barədə danışıblar.


Bərdə rayonu Körpüsındıran bələdiyyəsinin sədri Vidadi Əsədov qeyd etdi ki, təmsil etdiyi bələdiyyə 3 kəndi özündə birləşdirir. Bu kəndlərin birində layihə çərçivəsində su xətləri çəkilib, amma digər ikisi qalıb susuz. Onlar da su şəbəkəsinə qoşumaq istəyirlər. Ancaq bunun üçün tələb olunan vəsait yoxdur. Bələdiyyə sədrinin sözlərinə görə, dövlət büdcəsindən maliyyə yardımı edilsə də digər ailələri də su xətlərinə qoşmaq olar.

Bərdə rayonu Dəymədağıldı bələdiyyəsinin sədri Seymur Kərimov diqqəti abunəçilərin sayına yönəltdi. Onun sözlərinə görə, abunəçilərin sayının azlığı su xətlərinə xidmətin maya dəyərinin artmasına gətirib çıxarır. Əhalidən yığılan vəsaitlə su xətlərinin kapital təmirini həyata keçirmək olmaz. Çünki çox azdır. Uzaqbaşı su nasosunu təmir etmək olar. Əgər transformator sıradan çıxsa bu halda əlavə vəsaitə ehtiyac olacaq. Su müəssisələrin işini effektiv qurması üçün abunəçilərin sayının çoxluğu vacib şərtdir.

Bərdə rayonu Çələbilər bələdiyyəsinin sədri Əyyub Əhmədov əhalinin maarifləndirilməsinin vacibliyi vurğulayıb. Onun sözlərinə görə, bu, abunəçilərdən su pulu yığımına da müsbət təsir göstərə bilər. Sədr əlavə olaraq qeyd etdi ki, su şəbəkəsinə əlavə ailələri qoşmaqla abunəçilərin sayını artırmaq olar. Bu, isə su xətlərinə nəzarət və işçilərin saxlanması üçün vacib şərtdir.


Digər bələdiyyə sədrləri və su müəssisəsi rəhbərləri də müzakirədə qarşılaşdıqları problemləri səsləndirdilər və çıxış yolları ilə bağlı fikir və təkliflərini verdilər. Dəyirmi masada qərara alındı ki,  əhali arasında maarifləndirmə işləri intensivləşdirisin, su şəbəkəsinə imkan daxilində daha çox abunəçinin qoşulması təmin edilsin, ilkin dövrdə su xətlərinin kapital təmiri üçün tələb olunacaq xərclərin bələdiyyələrin büdcəsində nəzərə alınsın və dövlət büdcəsindən məqsədli maliyyə yardımı alınması təşəbbüsləri genişləndirilsin.  

Dəyirmi masa Oxfam Beynəlxalq təşkilatı və Avropa Birliyinin maliyyə dəstəyi ilə “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub. 

Tarix: 25 Noyabr 2012  |  Baxış sayı: 1710




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV