Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bakıda anti-sanitariya

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov, Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev və “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev “Media forum ”saytının qonağı olaraq “Bakı şəhərində məişət tullantıları və anti-sanitariya problemi” mövzusunda sualları cavablandırıblar.

- Bakıda məişət tullantılarının yaratdığı anti-sanitariya problemi nə dərəcədə ciddidir?

Ziyəddin Kazımov:

- Məişət tullantıları problemi Bakının ən böyük problemlərindən biridir. İstər mərkəzi yolların kənarlarında, istərsə də ucqar yaşayış massivlərində yığılıb qalan zibilliklərdə anti-sanitariya baş alıb gedir. Bu yerlər yoluxucu xəstəliklərin başlıca mənbəyi hesab olunur. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə və onun qurumlarına yazılı müraciət etmişik. Bərk məişət tullantılarının daşınması zamanı ortaya çıxan problemləri və sanitar normalar gözlənilmədən, xüsusi meydançalar qurulmadan yaşayış məhəllələrinə yerləşdirilən konteynerlər ətrafındakı anti-sanitariya vəziyyətini dəfələrlə onların diqqətinə çatdırmışıq.

Göstərmişik ki, konteynerlərin sayı ərazidə yaşayan əhali sayına uyğun olmur, köhnələn konteynerlər təzələnmir, tullantıların daşınması qrafiki düzgün qurulmadığından zibil günlərlə qalaqlanıb qalır. Belə vəziyyətə Bakının Nizami, Xətai, Binəqədi, Nəsimi, Nərimanov, Qaradağ, Xəzər və Sabunçu rayonlarında daha çox rast gəlinir. Bakı ətrafındakı qəsəbələrdə də bərk məişət tullantılarının planlı daşınması tam şəkildə təşkil edilməyib. Gəmiricilərə və həşəratlara qarşı tədbirlər görülməsi üçün profilaktik dezinfeksiya şöbələri ilə müqavilə bağlanması da təmin olunmur və bu, xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradır.

- Digər məişət tullantılarının, məsələn, çirkab sularının idarə edilməsində vəziyyət necədir? 

- Təəssüf ki, bu sahədə də vəziyyət yaxşı deyil. Köhnəlmiş kanalizasiya xətlərinin dəyişdirilməsinə, yeni xətlərin çəkilməsinə böyük ehtiyac var. Bəzi yerlərdə bu problem cox ciddi səviyyəyə gəlib çatıb. Məsələn, Zabrat qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur və bu, həmin ərazidə anti-sanitariya yaranmasına səbəb olur. Daha ciddi vəziyyət Maştağa qəsəbəsində yaranıb. Çünki bu qəsəbədə əhalinin yalnız 20 faizi mərkəzləşdirilmiş içməli su ilə təmin olunur. Yasamal rayonun Qanlı göl adlandırılan ərazisində bəzi köhnə tikililərin və özbaşına tikilmiş evlərin çirkab suları tam qurudulmadan kiçik gölə axıdılır. Xətai rayonun NZS və UPD yaşayış sahələrində, Nizami rayonun Keşlə qəsəbəsində və 8-ci kilometr yaşayış sahəsində köhnəlmiş kanalizasiya xətləri problemi var.

Sulu zirzəmilərin qurudulması yönündə görülən tədbirlər də lazımı səviyyədə deyil. Qeydiyyatda olan sulu zirzəmilərin sayı 2011-ci ildə 135 idi, 2012-ci ildə 144-ə çatıb.

- Nə üçün belə zirzəmilərin sayı artır, əsas səbəb nədir?

- Bunun bir neçə səbəbi var. Məsələn, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemlərinin olmaması və yaxud da nasaz olması, içməli su, kanalizasiya, istilik xətlərinin qəzalı vəziyyətə düşməsi, baş verən qəzaların vaxtında aradan qaldırılmaması. Biz bu problemlərin aradan qaldırılması üçün Mənzil Kommunal Təsərrüfatı Departamentinə və yerli icra hakimiyyəti orqanlarına dəfələrlə müraciət etmişik. Sulu zirzəmilər də gəmiricilərin və həşəratların artmasına şərait yaradır. Amma mənzil-kommunal təsərrüfatı idarələri onlarla mübarizə aparmaq üçün profilaktik dezinfeksiya xidmətləri ilə müqavilə bağlamırlar. Bu səbəbdən ilin bütün fəsillərində zirzəmilərdə həm də ağcaqanad olur.

- Ziyyədin bəy, Bakıda 128 qanunsuz zibillik var...

Z.Kazımov:

- Bəlkə daha çoxdur. SSRİ dövründən qalmış və basdırılmış zibilxanalar da var. Təbii ki, bu durum dövlət sanitariya nəzarəti orqanlarını narahat edir.

- Bakı Şəhər İcra Hakimiyyəti müraciətlərinizə cavab verirmi?

Z.Kazımov:

- Biz hər il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təkcə anti-sanitariya barədə yox, onun fəsadları barədə də məlumat göndəririk. Kəskin mədə-bağırsaq xəstəliklərinin daha çox hansı ərazilərdə yayıldığı barədə geniş arayış təqdim edirik. Bizim işimiz problemləri aşkarlayıb cavabdeh qurumlara məlumat verməkdir.

- Samir bəy, yerli idarəetmənin problemlərini araşdırmış və onların səbəbini göstərmiş təşkilat olaraq siz bu haqda nə düşünürsüz?

Samir Əliyev:

- Əsas səbəb şəhər təsərrüfatının düzgün idarə olunmamasıdır. Bütün bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir, zibildaşımayla birbaşa rayon icra hakimiyyətləri məşğul olur.

Bildiyiniz kimi, bu işləri nizama salmaq üçün vaxtilə Mənzil Kommunal Təsərrüfatı Departamentinə tabe olan Mənzil İstismar Sahələri yaradılıb, kifayət qədər vəsait də ayrılıb. Amma hələ heç bir ciddi dəyişiklik yoxdur. Yeganə yenilik şəhər mərkəzinin təmiz olmasıdır. Mərkəzdən kənar ərazilər yenə də bərbad vəziyyətdədir. Tarif Şurası ötən ilin sonunda məişət tullantılarının daşınması üçün ödənişin məbləğini adambaşına 14 qəpikdən 30 qəpiyə qaldırdı. Bu addımla həm büdcənin yükünü azaltmaq, həm də tullantılarla bağlı problemi həll etmək nəzərdə tutulmuşdu. Ancaq bu baş vermədi. Çünki problem vəsait çatışmazlığında deyil. Hər il abadlaşdırma işlərinə və zibildaşımaya 250 milyon manatdan çox vəsait ayrılır və bu, çox böyük vəsaitdir. Bundan əlavə, mənzil-istismar sahələrinə hər il 18 milyon manat vəsait ayrılır. Amma Bakı yenə də ən çirkli şəhərlər sırasındadır. Dediyim kimi, əsas problem şəhər təsərrüfatının düzgün idarə olunmamasıdır. İdarələr arasında səlahiyyətlər düzgün bölünməyib.

Avropa Şurası dəfələrlə tövsiyə edib ki, Bakı üzrə şəhər bələdiyyəsi yaradılsın. Əslində bütün təsərrüfat işləri bələdiyyələrə tapşırılmalıdır. Azərbaycan Avropa Şurasına daxil olan yeganə dövlətdir ki, paytaxt bələdiyyəsi yoxdur. Yeri gəlmişkən, Yerevan bələdiyyəsi 3 il bundan əvvəl yaradılıb.

- Bəs Bakı rayonlarının bələdiyyələri? Onlar tullantıların idarə olunmasında iştirak edirlərmi?

S.Əliyev:

- Bir müddət əvvəl rayon bələdiyyələrinə belə icazə verdilər. Hətta Yasamal bələdiyyəsi tullantıların daşınması üçün müasir tipli maşınlar da əldə etdi. Ancaq sonradan Bakı Şəhər İcra Hakimiyyəti bu səlahiyyətləri onların əlindən aldı. Hazırda rayon bələdiyyələri zibildaşımadan kənarlaşdırılıb. Büdcədən xeyli vəsait ayrıldığına görə Bakı Şəhər İcra Hakimiyyəti bu işi öz üzərinə götürüb.

- İbadulla müəllim, Azərbaycanda anti-sanitariya mühitinin doğurduğu xəstəliklər üzrə statistika varmı?

İbadulla Ağayev:

- Dövlət Statistika Komitəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün yoluxucu xəstəliklərin statistikasını aparır. Qarabağ müharibəsinin yaratdığı qaçqın və məcburi köçkün problemi bu məsələyə də təsir edib, çünki şəhər həddindən artıq yüklənib. Əhalinin sağlamlığına heç nə miqrasiya qədər ziyan vura bilməz. Hazırda yüklənmə səviyyəsi o qədər yüksəkdir ki, müxtəlif qurumlar bu problemlə mübarizə apara bilmirlər.

Ancaq məsələnin başqa tərəfi də var və mən istərdim ki, əhali həm də buna diqqət yetirsin. İnsanlar düşünür ki, onların səhhətinə Səhiyyə Nazirliyi cavabdehdir. Ancaq düşünmürlər ki, buna görə ilk növbədə özləri məsuliyyət daşıyırlar. Bu gün bizdə məişət mədəniyyəti problemi var və bu bizim ən ağrılı problemlərimizdəndir. Ərzaq qalıqlarını, boş şüşələri hara gəldi atmaq, çeynənmiş saqqızı hara gəldi yapışdırmaq adəti var insanlarımızda. Halbuki ağızdan çıxarılan saqqız ciddi infeksiya mənbəyidir. İnanın ki, bizim universitetə başqa ölkələrdən gələn olanda mən bərk həyəcan keçirirəm ki, üst-başına saqqız yapışmasın.

Azərbaycanda 4400 yaşayış məntəqəsi var, bunların 2247-si kənd, yerdə qalanı qəsəbə və şəhərlərdir. Hər məntəqədə ən azı 500-600 yaşayış evi var. Yaxşı olardı ki, vətəndaşlar heç olmasa yaşadıqları ərazidə təmizlik işlərini aparsınlar, anti-sanitariya vəziyyətinin yaranmasına imkan verməsinlər.

Amma o da var ki, yoluxucu xəstəlikləri tam ləğv etmək qeyri-mümkündür, bunun üçün yaşayışın özünü ləğv etmək lazımdır. Nə qədər ki, cəmiyyət var, yoluxucu xəstəliklər də olacaq. Ancaq təbii ki, onları qismən azaltmaq mümkündür. Gəmiricilərlə mübarizə aparmaq tarix boyu müşkül məsələ olub. Bizim təsərrüfat hesablı dezinfeksiya stansiyalarımız var. Sahibkarlara, idarə və müəssisələrə dəfələrlə müraziət edirik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat şöbəsi ilə 200-300 manatlıq müqavilə bağlayın, gəlib yerindəcə tədbir görsünlər. Bizim müdirlər dezinfeksiya işlərinə pul tapmırlar, amma öz kabinetlərinə 10 min manatlıq mebel almağa pul tapırlar.

- Anti-sanitariyanın bugünkü səviyyəsi epidemiya təhlükəsi yarada bilərmi?

İ.Ağayev:

- Yox, Azərbaycanda epidemiya təhlükəsi yoxdur. Amma yoluxucu xəstəliklərdən, epidemiyalardan tam sığortalanmaq da mümkün deyil.

- Bəs insan faktoru? Yaşayış binalarının lap yaxınlığında üfunətli zibilliklər və bu zibilliklərdə çoxlu siçovul var. Bunlar xəstəlik mənbəyi deyilmi?

İ.Ağayev:

- Əlbəttə, insan faktoru müəyyən problemlər yaradır. Zibilliklərin o səviyyəyə çatması bizim məişət mədəniyyətimizin olmamasının nəticəsidir.

- Bəs zibilin vaxtında daşınmasına cavabdeh olanlar?

Z.Kazımov:

- Bu, çox ciddi problemdir və dediyim kimi, biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik.

- Sizcə, məişət tullantılarıyla bağlı cərimələrin artırılması müsbət nəticə verəcəkmi?

Z.Kazımov:

- Mənə elə gəlir ki, heç bir nəticə verməyəcək. Əksinə, həm vətəndaşlar, həm də müəssisə rəhbərləri prinsipial olaraq həmişəki kimi davranacaqlar. Məişət tullantıları üçün xüsusi meydançalar ayrılmayınca, tullantıların vaxtında daşınması təmin edilməyincə heç bir cərimənin təsiri olmayacaq. Əslində, problemin həlli çox sadədir: müqavilələr bağlanmalı və tullantılar qrafikə uyğun daşınmalıdır.

- Nə üçün bağlanmır müqavilələr, nələr və ya kimlər mane olur buna?

Z.Kazımov:

- Bu iş Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bu qurumun ticarət məsələlərinə məsul olan departamenti var. Bu departament kommunal obyektləri və ticarət obyektlərini məcburi müqaviləyə cəlb etməlidir.

Zibillərin çeşidlənməsi də təmin olunmalıdır. Çeşidlənməmiş zibil ciddi ekoloji problem deməkdir. Məsələn, bərbərxanalarda kəsilən saç, dırnaq hara gəldi atılmalı deyil. Balaxanı zibilxanası canlı olsaydı, çoxdan bağrı çatlamışdı. Müvafiq dövlət orqanları müəyyən etməlidirlər ki, açılan obyektlər ətraf mühitə nə qədər zərər yetirəcək. Məişət tullantılarının qanunsuz yerlərə atılmasının qarşısı alınmalıdır. Cavabdeh şəxslər təmizlik məsələsinə vicdanla yanaşmalıdır. Mənzil istismar idarələri tullantıları tutumlara yığmalı, Mənzil Kommunal Departamentinin zibildaşıyan maşınları qrafikə uyğun işləməlidir. Bunların heç biri baş vermirsə, təkcə Bakı Şəhər İcra Hakimiyyətini günahkar bilmək düzgün deyil. Öncə nəzarət düzgün qurulmalıdır.

- Bəyəm əsas nəzarətçi elə Bakı meriyası deyil?

Z.Kazımov:

- Mən sizi inandırıram ki, bəzi MİS rəhbərləri öz ərazilərində neçə bina olduğunu belə bilmirlər.

- Sizcə, ilk növbədə hansı addımlar atılmalı, hansı qərarlar verilməlidir ki, Bakının zibil problemi həll olunsun?

S.Əliyev:

- Azərbaycan Yerli Özünüidarə Haqqında Avropa Xartiyasına qoşulub. O xartiyada göstərilir ki, yerli problemlərin həlli ilə yerli idarələr məşğul olmalıdır. Səlahiyyət bölgüsü yuxarıdan aşağıya doğru aparılmalıdır. Ölkədə 300-ə yaxın mənzil istismar sahəsi fəaliyyət göstərir. Hər biri 6-7 binaya xidmət göstərir. Amma hər birində cəmi 4-5 işçi olduğu üçün problemləri həll etməkdə çətinlik çəkirlər.

2009-cu ildə Azərbaycanda Mənzil Məcəlləsi qəbul edilib. Orda çoxmənzilli binaları idarəetmə mexanizmləri də var. Birinci mexanizm mənzil sahibinin öz məsuliyyəti üzərində qurulub. İkinci mexanizm isə “Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti” adlanır. Bu qurumu binada yaşayan bütün mənzillərin sahibləri yaradır və yaranan problemlərin həlli ilə də onlar məşğul olur. Üçüncü mexanizm isə binanın idarə edilməsinin başqa bir quruma və ya özəl şirkətlərə verilməsidir. Amma bu qərarı da bina sakinləri vətəndaşlar verir. Təəssüflər olsun ki, bizdə bu mexanizmlərin heç biri işləmir. Vətəndaşlar problemin həlli üçün MİS-ə üz tutur, əhalidən zibilpulu yığan bu qurumsa tullantıların daşınmasında cavabdeh olmadığını söyləyir.

- Nə üçün Mənzil Məcəlləsindəki mexanizmlər tətbiq olunmur?

S.Əliyev:

- MİS-lər imkan vermirlər, ona görə. Halbuki bu gün bu idarələrin fəaliyyəti heç bir hüquqi əsasa söykənmir. Sadəcə, Mənzil Məcəlləsi qəbul olunandan sonra MİS-lər havada qalıblar.  Ancaq mənzil istismar sahələrinin siyasi çəkisi mövcuddur. Çünki seçki dövründə səslərin yığılmasında xüsusi rolları var.

Bakı Şəhər İcra Hakimiyyəti daxili əsasnamə ilə mənzil istismar sahələrini Mənzil Kommunal Departamentinin bölmələri kimi saxlayır. Bu durum məcəllənin tətbiqinə mane olur və ona görə də müvafiq qurumlar vəziyyəti normallaşdırmaq üçün müəyyən addımlar atmalıdır. Rusiyada MİS-lər çoxdan ləğv olunub, tezliklə Ukrayna da ləğv ediləcək. Azərbaycan və Türkmənistandan başqa bu qurumlar heç bir yerdə fəaliyyət göstərmir.

ALYA
Aysel YUSİFQIZI

 
Tarix: 27 Noyabr 2012  |  Baxış sayı: 2088




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV