Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Pensiya sistemində hansı islahatlar aparılmalıdır?
“2001-ci ildən bəri Azərbaycanda pensiya sahəsində iki mərhələdə islahat aparılıb. Bu islahatlar bir-birindən bəzi məqamlarına görə fərqlənib”

Bunu “Azadinform”a ölkə başçısının pensiya təyinatı sistemində islahatlarla bağlı konsepsiya layihəsinin hazırlanması haqda sərəncamını şərh edərkən iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, hökumət islahatların birinci mərhələsində qarşıya qoyulan öhdəliklərə əməl edib:

“Azərbaycanda əmək müqaviləsi əsasında işləyənlərin hamısının fərdi uçot sistemi qurulub. Onların pensiyaya çıxan anda lazım olacaq məlumat bazası yaradıldı, sosial sığorta şəhadətnaməsi sistemi quruldu və hər bir kəsə sosial sığorta şəhadətnaməsi verildi. Artıq hər bir işləyən şəxsin sığorta kodu var və ödədiyi vəsaitlər fərdi hesabında yığılır. İkinci mərhələdə əsas hədəf artıq pensiya sisteminin dünya təcrübəsində qəbul olunmuş elementlərinin yaradılması idi. Söhbət pensiyanın baza, sığorta və yığım hissəsinin ayrılması məsələsindən gedir.

Hökumət bu məsələyə də xeyli dərəcədə nail olub. Bilirsiniz ki, artıq bizdə pensiyanın baza hissəsi hökumətin birbaşa vətəndaşlara verdiyi minimum təminatdır və hər bir halda bu məbləğ vətəndaşa təyin olunacaq. Təbii ki, müəyyən sığorta stajı olan, pensiya hüququ qazanmış adamlar. İkincisi pillə sığorta hissəsi idi ki, vətəndaşın ödədiyi sığorta haqqına uyğun olaraq ona sığorta hissəsi müəyyənləşir. Bu da qanunvericiliklə yeni yaranan mexanizmə görə mövcud sığorta ödənişlərinə uyğun olaraq vətəndaşa verilməli olan pensiyanın məbləğini ifadə edir. Üçüncü isə yığım komponenti məsələsi idi ki, artıq sığortadan artan hissə vətəndaşın yığım kapitalına yönəldilməlidir. Bu halda vətəndaş dünyasını dəyişdikdən sonra yığılmış vəsaitlər onun varislərinə ötürülür”.

R.Ağayevin sözlərinə görə, sovet dövrü zamanı, sovet sisteminin dağıldığı illərdə və sonrakı illərdə pensiyaya çıxan vətəndaşlara pensiyaların hesablanması sistemi fərqli olduğundan ciddi uyğunsuzluqlar yaranmışdı: “Məsələn, sovet dövründə pensiyaya çıxan və 40 il stajı olan müəllimin pensiyası sonrakı illərdə pensiyaya çıxan və 40 il stajı olan müəllimin pensiyası ilə fərqlənirdi. Hökumət bu fərqləri aradan qaldırmaq üçün vahid hesablama sisteminə keçdi. Bilirsiniz ki, 2006-cı il yanvarın 1-nə qədər pensiyaya çıxan insanların pensiyaları yenidən hesablandı və bu fərqi aradan qaldırdı. Amma pensiya sistemindəki problemlər bununla bitmir və hökumət də bunu görür, addımlar atmağa hazırlaşır. Fikrimcə, yeni konsepsiyada yerdə qalan problemlərin həlli nəzərdə tutulacaq”.

Yerdə qalan problemlərə gəldikdə, ekspert bildirir ki, burada ilk növbədə söhbət sığorta məbləğinin optimallaşdırılmasından gedir: “Bunu rəsmilər özləri də açıqlayıblar. Məsələ ondadır ki, bu gün Azərbaycanda mövcud qanunvericiliyə görə sığorta ödənişlərinin 22-3 faiz nisbətinə olmaqla əsas hissəsi işəgötürənin üzərindədir. Sosial sığortanın işçinin gələcəyinin sığortası olmasını nəzərə aldıqda, yükün daha çox işəgötürənin üzərinə qoymaq nə sosial ədalət, nə də iqtisadi səmərəlilik baxımından doğru deyil. İşəgötürən işçinin xəstəliyini, qocalığını sığorta edə bilər, amma bunun 90 faiz onun üzərinə qoyulması normal deyil. Dünya praktikasına nəzər saldıqda aydın olur ki, son illərdə bu, aradan qalxıb. İstər qonşu Türkiyədə, istər inkişaf etmiş ölkələrdə sığorta yükü işçi ilə işəgötürən arasında bərabər bölünür. Düşünürəm ki, hökumət bu addıma gedəcək. Bunun bir üstün cəhəti də əməyin leqallaşdırılmasında oynayacağı roldur. Bir sıra hallarda işəgötürənlər işçini leqallaşdırmaqdan məhz bu səbəbdən yayınırlar. O baxımdan düşünürəm ki, buna getmək vacibdir”.

R.Ağayevin sözlərinə görə, hökumətin hələlik nail ola bilmədiyi məsələlərdən biri də kapital yığımı məsələsidir: “Çox təəssüf ki, bundan öncə bu, nəzərdə tutulsa da, gərəkən qanunvericilik işlənmədi və məsələ açıq qaldı. Çünki yığım hissənin işləməməyi pensiyaya çıxacaq adamları ədalətsizliklə üzləşdirir. Məsələ ondadır ki, bu gün pensiya hesablayarkən hökumət toplanan əməkhaqqı fondunu 50 faizə vurur və həmin 50 faizin 25 faizini sığorta haqqı kimi uçota alır. Halbuki kapital yığım hissəsi tətbiq olunacağı halda əməkhaqqının daha yüksək faizə vurulması lazım gələcək. Bu baxımdan da mən düşünürəm ki, hökumətin atmalı olduğu vacib məsələlərdən biri kapital yığımının tətbiqi olmalıdır”. 

Digər vacib bir məsələ, ekspertin fikrincə, gələcəkdə hər kəsin pensiya almaq hüququ qazanmasını təmin etmək üçün qeyri-leqal məşğulluğun leqallaşdırılması olmalıdır: “Bildiyiniz kimi, Azərbaycanda 4,3 milyon nəfər işçinin cəmi ¼-i sosial sığorta uçotuna düşür. Hökumət özü də bunu etiraf edir. Bu, o deməkdir ki, cəmi 1,4 milyon adamın pensiyaya çıxmaq hüququ tam təmin olunur. Çünki əməyi leqal olmayan, əmək müqaviləsi bağlamayan və əməkhaqqından sosial sığorta ayrılmayan adamın təbii ki, fərdi uçot sistemində adı olmur, deməli o, sabah pensiya hüququ qazana bilməyəcək. O baxımdan, fikrimcə, hökumətin pensiya islahatı istiqamətində atdığı addımlardan biri də əməyin leqallaşdırılması olmalıdır. Ümumiyyətlə, keçmiş sovet ölkələri arasında ən çox qeyri-leqal əmək Azərbaycanda mövcuddur. Bu göstəriciyə görə, Azərbaycan MDB ölkələrində Tacikistanla müqayisə olunur. 

Rəsmi açıqlamalarda olmasa da, mənim yanaşmam ondan ibarətdir ki, hökumət sosial sığorta sisteminin tətbiqinə diferensial yanaşmalıdır. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda kənd təsərrüfatı işçilərinin 95 faizi ailə təsərrüfatlarında çalışır. Onlar ancaq torpağa görə sosial sığorta uçotuna durmalıdırlar. Mövcud qanunvericiliyə əsasən bizdə torpağın kateqoriyalarına görə çox aşağı sosial sığorta ödənişi nəzərdə tutulur. Onu da qeyd edim ki, hazırda torpağa görə sosial sığorta haqqı ödənilmir. Amma ödənilsə belə, o qədər simvolik məbləğdir ki, o məbləğlərlə insanların pensiyaya çıxanda alacaqları qəpik-quruşla hesablana bilər. Ona görə də bir çox ölkələrdə kənd təsərrüfatı işçilərinə diferensial yanaşma tətbiq olunur, xüsusi bir mexanizm işlənir ki, kənd təsərrüfatı sahəsində çalışanların gələcəkdə pensiyaları ciddi fərqlənməsin. Bu, həm də kənd təsərrüfatında çalışmağa stimul yaradır”.

Həbibə Abdulla/AZADİNFORM.
Tarix: 05 Dekabr 2012  |  Baxış sayı: 1889




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV