Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


JEK-lərin topladıqları vergi ilə bağlı maraqlı məqamlar üzə çıxır

Yunus Quliyev: «JEK tərəfindən toplanan mənzil haqları isə mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət tullantılarının daşınması ilə bağlıdır»

Samir Əliyev: «Əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr tərəfindən yığmalıdır»

Azərbaycan qanunvericiliyinə əsasən əmlak vergiləri bələdiyələr tərəfindən yığılır. Əmlak vergisi ilə yanaşı Azərbaycanda Mənzil İstismar Sahələri (JEK) tərəfindən ev pullarının yığılması faktlarına da rast gəlinir.

Bəs gəlin baxaq görək əslində, bu məsələ necə tənzimlənməlidir? Ümumiyyətlə həm əmlak vergisi, həm də ev pullarının yığılması doğrudurmu?

Vergilər Nazirliyi Makroiqtisadi diaqnostika və iqtisadi icmal şöbəsinin rəisi Yunus Quliyev məsələ ilə əlaqədar Mövqe. Az-a açıqlamasında aşağıdakıları qeyd edib: "JEK-lər tərəfindən toplanan pullar kommunal xərclərə görə verilir. Bu, vergi deyil. Əmlak vergisi isə Vergi Məcəlləsi tərəfindən təyin edilən vergidir. Əmlak vergisi mütləq alınmalıdır. Kimin ki, mülkiyyətində mənzili var, onlardan Vergi Məcəlləsində müəyyən edilmiş qaydada vergi alınmalıdır. Lakin JEK tərəfindən toplanan mənzil haqları isə mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət tullantılarının daşınması ilə bağlıdır, bunlar hamısı komunal xidmətlərə görə alınır. Hər bir JEK Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında bunlara görə əhalidən müəyyən xidmət haqları alır. O da mütləq alınmalıdır.”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də məsələ ilə əlaqədar Mövqe.az saytına açıqlama verib: "Əslində, Azərbaycanda mənzil idarəçiliyi Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsi Azərbaycanda 2009-cu ildə qəbul edilib. 2009-cu ilə qədər 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi vasitəsi ilə ev təsərrüfatçılığı tənzimlənirdi. Həmin Məcəllə əsasında dövlət və ictimai mənzil fondlarının idarəçiliyi Mənzil İstismar Sahələrinə tapşırılmışdı. Bu qurumlara el arasında JEK deyilir. Həmin Məcəllə ilə onların fəaliyyəti tənzimlənirdi. Ancaq 2009-cu ildə yeni Məcəllə qəbul edildi. Yeni Məcəllədə artıq çoxmərtəbəli mənzillərin idarə edilməsinin 3 üsulu göstərildi. Bu 3 üsulun heç birində JEK-lər nəzərdə tutulmayıb. Bu o deməkdir ki, bu gün JEK-lərin fəaliyyəti faktiki olaraq qanunsuzdur. Bu gün JEK-lərin statusunda qeyri-müəyyənlik var. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir. O ki, qaldı JEK-lərin pul yığmasına, bunun özü artıq növbəti qanunsuzluqdur. Nəyə görə? Çünki Azərbaycanda vergi əsasən dövlət və yerli vergilərdən ibarətdir. Dövlət vergiləri Vergilər Nazirliyi tərəfindən, yerli vergilər isə bələdiyyələr tərəfindən yığılır. Bu ölkə qanunvericiliyi, o cümlədən Vergi Məcəlləsi ilə tənzimlənir. Orda nəzərdə tutulur ki, başqa bir qurumun vergi yığımında iştirakı birbaşa qanunsuzluqdur. Deməli, əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr tərəfindən yığmalıdır. İndi bələdiyyələr bu və ya digər səbəbdən vergiləri yığa bilmədikdə, bu işi JEK-lərə tapşırırlar. Bağlanmış müqavilə əsasında JEK-lər bu vergini yığırdı və yığılan verginin bir hissəsi JEK-ə qalırdı. Bunun nəticəsidir ki, ötən il əmlak vergisinin yığımında kifayət qədər artım oldu. Bu artım daha çox Bakı və Bakıətrafı ərazilərin payına düşdü. Göründüyü kimi burda həm JEK-lərin statusu sual altındadır, həm də başqa bir qurumun səlahiyyətinə müdaxilə etməklə o, növbəti qanunsuzluğa əl atır. Mənzil puluna gəlincə, burda bir nüansı diqqətə çatdırmaq istəyirəm. Nazirlər Kabinetinin 2000-ci il tarixli 40 saylı qərarı var. Həmin qərara əsasən, özəl mənzilin hər kvadrat metrinə görə 1.5 qəpik mənzil haqqı verilməlidir. Bu pulu da JEK-lər yığır. Göründüyü kimi bu qərar Mənzil Məcəlləsinin qəbulundan əvvəl verilib. Hər bir halda Məcəllə əsasdır. JEK-lər həm zibil pulu, həm mənzil haqqı yığır. Bu gün faktiki olaraq JEK-lərin statusu qeyri-qanuni olduğuna görə onların bu mənzil haqqını yığmaq hüququ yoxdur. Mən fikirləşirəm ki, burda ciddi qanun pozuntusu var. Bu məsələyə müvafiq qurumlar aydınlıq gətirməlidir”.

Çinarə BƏHƏRÇİNLİ
Mövqe.az saytı
Tarix: 06 Dekabr 2012  |  Baxış sayı: 3949




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV