Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Neft pullarının daşınmaz əmlaka yatırılmasının səbəbi
Ekspertlər deyir ki, vətəndaş cəmiyyəti Neft Fondunun mülk ticarətini daim diqqətdə saxlamalıdır

Dövlət Neft Fondu daha bir bahalı mülk alıb. Fond Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini 133 milyon ABŞ dollarına əldə edib.

2012-ci il ərzində hökumətin çoxsaylı alış və satışları olsa da, onların arasında ən çox diqqət çəkəni Dövlət Neft Fondunun alışları olub. İqtisadi Tədqiqatlar Mərkəzinin ilin yekunları ilə bağlı hesabatında göstərilir ki, ilin ən böyük alışı Dövlət Neft Fondu tərəfindən həyata keçirilib. Dövlət Neft Fondunun investisiya siyasətində dəyişiklər ediləndən sonra Fond əvvəlcə 10 ton qızıl, sonra isə dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaklar alıb. Onlardan biri - Fondun Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılığı barədə yayılan informasiyalar bir müddət mətbuatın gündəmində qalıb.

Qeyd edək ki, dövlət başçısının 2011-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasəti Neft Fonda investisiya portfelinin məcmu dəyərinin 5faizə qədərini daşınmaz əmlaka investisiya etməyə imkan verir. Bunun nəticəsi olaraq Neft Fondu dekabr ayından başlayaraq müxtəlif ölkələrdə daşınmaz əmlak alışına başlayıb. Artıq yola saldığımız ilin son ayında Fond 3 belə əmlaka sahib olub. İlk əmlak Londonun West End səmtində 177 milyon 350 min funt sterlinq dəyərində olan ofis kompleksi olub. Üstündən bir neçə gün keçmiş Fondun Parisdə ikinci əmlaka sahib olub. Bu əmlakın dəyəri 135 milyon avro təşkil edib. Üçüncü və hələki sonuncu alqı-satqı Moskvada həyata keçirilib. Rusiya paytaxtının bahalı ərazilərinə malik ərazilərdə, konkret olaraq “Tverskaya 16”ünvanında yerləşən  “Qalereya Aktyor”ofis-ticarət mərkəzi 133 milyon ABŞ dollarına alınıb. Ümumilikdə bu əməliyyatların dəyəri ümumilikdə təxminən 580 milyon dollar olan dollara bərabərdir.

Fondun xüsusilə sonuncu alqı-satqı əməliyyatı bir sıra müzakirələrə yol açıb. Buna səbəb Rusiyanın mətbuatında Colliers İnternational şirkətinin ekspertinin açıqlaması olub. Belə ki, şirkətin nümayəndəsi Anna Orlova mətbuata açıqlamasında təmsil etdiyi şirkətin ekspertlərinin “Qalereya Aktyor”ofis-ticarət mərkəzini 100-105 milyon dollar dəyərində qiymətləndirdiyini bildirib. Halbuki Neft Fondu bu əmlakın 133 milyon dollara aldığını açıqlayıb. Fərqin 30 milyon dollardan çox olması nə ilə əlaqədardır?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, iqtisadçı Samir Əliyev “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, Colliers İnternational şirkəti dünyada kifayət qədər tanınıb, kommersiya təyinatlı daşınmaz əmlaklar üzrə konsaltinq şirkətdir. Şirkətin dünyanın 62 ölkəsində 522 şöbəsi var. Belə şirkətin ekspertlərinin qiymətləndirməsini qeyri-ciddi qarşılamaq düzgün olmazdı.

Ekspertə görə, Fondun sonuncu əməliyyatını heç də uğurlu saymaq olmaz: “Ticarət obyektinin bir sıra çatışmazlıqları mövcuddur. Əvvəla, maşın saxlanması üçün park yeri yoxdur. İkincisi, faydalı sahənin həcmi 60 faiz təşkil edir ki, bu da rentabelliyə təsir göstərir. Üstəgəl, tikilinin biznes üçün çox da optimal olmaması da mənfi hal hesab edilir. Alınmış obyektin çatışmazlıqlarından biri də uzunmüddətli icarə müqavilələrinin mövcudluğudur. Bu o deməkdir ki, Azərbaycan tərəfi qiyməti dəyişə bilməz”.

S.Əliyev obyektin rəqabət şəraitində satılmadığını dilə gətirib: “Bu obyekt ilin əvvəlində satışa çıxarılmışdı. Bu vaxta qədər Neft Fondundan savayı onu almaq istəyində olan alıcıya rast gəlinməyib. Artıq oktyabrdan başlayaraq Fondun adı hallanmaya başlayıb. Məşhur ərazidə yerləşən obyektin uzun müddət satılmaması və alınmasına marağın az olması və ən nəhayət dəyərindən baha alınması narahatçılıq doğuran məqamlardan biridir”.

Ekspertin fikrincə, diqqəti çəkən məqamlardan biri də “Tverskaya, 16” Səhmdar Cəmiyyətin (SC) səhmlərinin 100 faizinin alınmasıdır. “Xəbərlərdə qeyri-müəyyənlik var. Əgər təkcə binanın alınmasından söhbət gedirsə, məsələ bir qədər sadədir. Yox əgər hansısa səhmdar cəmiyyətin səhmlərinin alınmasından söhbət gedirsə, artıq vəziyyət bir az mürəkkəbləşir. Adıçəkilən səhmdar cəmiyyətinin nizamnamə kapitalı 159,8 milyon rubldur. Alınan bina isə cəmiyyətin yeganə aktividir. Problem SC-nin başqa qurumlar qarşısında öhdəliklərinin hansı səviyyədə olmasıdır. Yəni həmin SC-nin kreditor borcu ilə bağlı vəziyyət nə yerdədir? Digər məsələ vergitutma ilə bağlıdır. Məlumatda bildirilir ki, əmlak illik icarə haqqından 9,6 milyon ABŞ dolları toplayacaq. Əvvəla, həmin haqlardan vergi tutulur. Ümumi dövriyyə ƏDV-yə, fəaliyyətin nəticələri isə mənfəət vergisinə cəlb ediləcək. Görünür, illik mənfəətin 4-5 milyon dollar olması səbəbindən Colliers İnternational təşkilatı həmin obyektə 100-105 milyon dollar qiymət qoyub. Çünki qiymətləndirmə prinsiplərindən biri də obyektin illik qazancına görə onun bazar dəyərini müəyyən etməkdir. Deməli, Colliers International təşkilatının müəyyən etdiyi bazar dəyəri daha realdır”.

Sonda ekspert qeyd etdi ki, vətəndaş cəmiyyəti Neft Fondunun daşınmaz əmlak alması məsələsini daim diqqətdə saxlamalıdır. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, hazırda Neft Fondunun aldığı əmlaklar barədə tədqiqat aparırlar.

R.RƏFİYEVA
 
Tarix: 30 Dekabr 2012  |  Baxış sayı: 1121




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV