Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Kredit bataqlığı
“Bataqlıq qorxunc yerdir, ora düşdün, xilas olmaq çətindir. Bir balaca ehtiyatsızlıq kifayətdir ki, səni yavaş-yavaş udsun. Hətta sənə kömək əli uzadanı da çəkib özünlə dibə aparırsan. Bu gün kredit götürən insanlar həmin bataqlığa düşmüş insana bənzəyir. Bu ölkədə kredit adlı böyük bir bataqlıq yaranıb və getdikcə də hamını ağuşuna alır. Ailələr dağılır, insanlar işini itirir, evləri əllərində çıxır. Proses bu sürətlə davam edərsə, insanlar ailəsini dolandırmaq üçün yox, bankların kreditini qaytar üçün işləyəcəklər. Bu, çox acınacaqlı vəziyyətdir. Buna görə də Milli Məclis və Mərkəzi Bankın timsalında hökumət təcili tədbirlər görməlidir. Əks halda arzuolunmaz halların baş verməsi qaçılmazdır”. “İqtisadi forum” jurnalinın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.

“Bu gün krediti olmayan insan tapmaq çətindir. Elələri var ki 2-3 bankda adına kredit xətti açılıb. Ümumiyyətlə, ölkə üzrə 1,5 milyondan çox vətəndaş kredit müştərisidir. Ölkədə muzdlu işçilərin sayı 1,4 milyon, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdir. Belə çıxır ki, rəsmi əmək haqqı alanların hamısı, iqtisadi fəal əhalinin isə hər 3 nəfərdən biri bank müştərisidir. Kreditin alanların sayı durmadan artır. Bir bankın borcunu ödəyə bilməyən müştəri ikinci bankdan aldığı kredit hesabına borcunu bağlayır. Daha sonra 3-cü və 4-cü banka müraciət etmək məcburiyyətində qalır. Beləliklə də proses zəncirvari xarakter alır. Bu da mümkün olmadıqda, xüsusən də kredit tarixçəsi pisləşəndə yaxın qohumlarını və ya dost-tanışlarını bu işə cəlb edir. Bununla da özünün düşdüyü bataqlığa ətrafındakıları da çəkir.”, - deyə ekspert bildirib.

Ekspertə görə, vəziyyətin bu həddə çatmasında əhalinin imkansızlığı əsas rol oynasa da problemin kökündə əslində onların savadsızlığı durur: “Gəlirləri aşağı olan insanlar kreditə son ümid yeri kimi baxırlar. Onlar banklara biznes qurmaq, fermer təsərrüfatını genişləndirmək üçün yox, cari problemləri həll etmək üçün müraciət edirlər. Məsələn, sağlamlığında ciddi problem var və əməliyyat olunmalıdır, bunun üçün böyük həcmdə pul tələb olunur. Bankdan kredit götürməklə həmin problemi həll edir. Xüsusən də təcili pul lazım olduqda kreditin şərtlərinin ağırlığına diqqət yetirmir. Sonradan aldığı vəsaiti qaytarmağa çətinlik çəkir. Bu işdə savadsızlıqdan qaynaqlanan məsuliyyətsizlik də rol oynayır. Ödəniş vaxtına riyaət etmirlər və buna görə əlavə faiz hesablanır. Nəticədə kiçik vəsait ödənilməsi mümkün olmayan böyük borca çevrilir”

S.Əliyevin fikrincə, kredit təşkilatları, xüsusən də istehlak krediti üzrə ixtisaslaşan banklar əhalinin savadsızlığından, məlumatsızlığından sui-istifadə edərək öz kommersiya maraqlarını təmin edirlər. “Təəssüf ki, banklar kreditə ehtiyacı olan şəxsləri cəlb etmək üçün müxtəlif fəndlərdən istifadə edirlər. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan və ya natamam məlumatlar verirlər. Yüksək komisyon haqlarından və faizlərdən, habelə cərimələrdə xəbərsiz müştəri reklamın toruna düşür. Son vaxtlar geniş yayılmış taksit kartlar daha çox baş ağrısına çevrilib. Kartlar vasitəsilə alış-veriş edən müştərilər xərclənmiş pulun qaytarılmalı olmasını fərqinə varmırlar. Heç banklar da saytlarında ödənilməyən pula görə cərimələr barədə məlumat yerləşdirməyə həvəs göstərmirlər. Nəticədə faizlər şirir və insanlar kartların girovuna çevrilirlər”.

Diqqəti vəziyyətin ağırlığına yönəldən ekspert hesab edir ki, qanunverici orqan olan Milli Məclis və bankların fəaliyyətinə nəzarəti həyata keçirən Mərkəzi Bankın bu işdə zəruri addımlar atmalı olduqlarını vurğulayıb: “Müştərilərin hüquqları addımbaşı pozulur. Banklar tərəfində mücərrəd faizlər hesablanır və bu faizlərin düzgünlüyü şübhə doğurur. Müqavilə şərtlərini istədikləri kimi tərtib edirlər. Müştərilərə dolğun məlumat verilmir. Nəticədə insanlar götürdükləri puldan dəfələrlə çox pul qaytarmalı olurlar. Qohum-əqraba narahat edilir, iş yerlərinə zəng vurulur və s. Belə halların qarşısını almaq məqsədilə bank müştərilərinin hüquqlarının qorunmasının qanunvericilik əsasları yaradılmalıdır. Yaxşı olardı millət vəkilləri qanunvericilik təşəbbüsü göstərərək “İstehlak kreditləri haqqında” qanun qəbulunu gündəmə gətirsin. Çünki mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan  kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Mərkəzi Bank “İstehlak kreditləri haqqında” qanun layihəsinin işlənməsində yaxından iştirak etməklə yanaşı bankların reklam siyasətinə nəzarəti gücləndirməlidir.”

Ekspert sonda qeyd etdi ki, nə qədər ki, kreditlər üzrə faiz dərəcələri indiki kimi 20-40% civarındadır insanlar kredit bataqlığında çox qalmalı olacaqlar.

Tarix: 26 Fevral 2013  |  Baxış sayı: 1741




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV