Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Çoxmənzilli binaların idarə edilməsi dərdi
Mənzil Məcəlləsində nəzərdə tutulan idarəetmə formalarının heç biri işləmir

Bakıda yeni inşa edilən çoxmərtəbəli binaların birindən ev alan Fərhad dayı Mənzil Məcəlləsinin işləməməsindən narazılıq edir. Onun sözlərinə görə, 2009-cu ildə qüvvəyə minən yeni Məcəllə bina sakinlərinə mənzil mülkiyyətçilər müştərək cəmiyyəti (MMMC) yaratmağa imkan versə də, bunda nə sakinlər, nə də dövlət orqanları maraqlı deyillər: “Bir neçə sakin neçə aylardı digər sakinləri bir yerə toplayıb lazım olan sənədləri onlardan alıb MMMC-ni yarada bilmirik. Hamı deyir ki, başıma iş açmaqdan qorxuram. Deyəsən bundan əvvəl belə bir cəhd olub məsələ dövlət qurumlarında ilişib qalıb”.

Qeyd edək ki, son illərdə Bakıda inşa olunan çoxmərtəbəli binaların, demək olar ki, əksəriyyətində idarəetmədə özbaşınalıq hökm sürür. Çox vaxt bina sakinləri hər hansı problemləri yarandıqda kimə müraciət edəcəklərini belə bilmirlər. 2009-cu ilin oktyabrında yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi isə bu istiqamətdə vəziyyəti düzəltməkdənsə, əksinə, daha da qarışıqlıq yaratdı, desək, yanılmarıq. Belə ki, yeni mənzil qanunvericiliyinə görə, çoxmənzilli bina üç idarəetmə üsulundan biri - sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya idarəedici təşkilat tərəfindən – ilə idarə edilə bilər. Məcəllədə çoxmənzilli binanın idarə edilməsi üçün təklif olunan üç idarəetmə üsulundan, demək olar ki, mənzil mülkiyyətçiləri üçün daha əlverişlisi və səmərəlisi, eyni zamanda beynəlxalq təcrübədə geniş yayılmış və bir forma kimi özünü doğrultmuş üsul—mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasıdır.

Bütün dünyada kondominium kimi tanınan Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) dedikdə, ilk növbədə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan bir idarəetmə üsulu olduğu qəbul edilməlidir.

MMMC çoxmənzilli yaşayış binası sahə mülkiyyətçilərinin təşəbbüsləri ilə könüllülük prinsipi əsasında, onların ümumi səslərinin sayının əlli faizindən çoxluğu ilə ümumi yığıncağının qəbul etdiyi qərara əsasən yaradılır. Bütün bu proses çoxmənzilli binanın idarə edilmə üsulunun seçilməsi üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının nümunəvi Protokoluna əsasən həyata keçirilir və MMMC–nin Nizamnaməsi təsdiq edilir. MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablaşma və digər hesabları, həmçinin sair rekvizitləri olur.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə əlaqə saxlayıb mövcud durumu, MMMC yaratmaq üçün müraciətlərin olub-olmamasını öyrənmək istədik. Lakin idarənin saytında yerləşdirilən rəhbərliyə məxsus əlaqə telefonlarından heç biri cavab vermədi.


Nizami Orucov: “İctimaiyyət Mənzil Məcəlləsi barədə məlumatlandırılmalıdır”

Göründüyü kimi, MMMC-lərin yaradılması ilə bağlı proseslər arzuolunan səviyyədə deyil. Rəsmi səviyyədə bunun əsas səbəblərindən biri kimi əhalidə belə idarəetmə metodunun mövcudluğu barədə kifayət qədər məlumatın olmaması və ümumilikdə bu sahəyə münasibətdə neqativ stereotiplərin yaranması göstərilir. Ötən yazılarımızdan birində də bu mövzuya toxunmuşduq və İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov sorğumuza cavab olaraq bildirmişdi ki, problemin kökündə dayanan səbəblərdən biri ictimaiyyətdə yeni Mənzil Məcəlləsi ilə bağlı kifayət qədər məlumatın olmamasıdır. Onun sözlərinə görə, ölkə başçısının fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb: “Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün icra və bələdiyyə qurumları ilə birlikdə maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri barədə məlumatlandırılması vacib məsələlərdəndir. Bu məqsədlə nazirlik regionlarda, müxtəlif rayonlarda müntəzəm olaraq tədbirlər keçirir”.


Rövşən Ağayev: “Dəyişikliklərin icra olunmaması bəzi dairələrin siyasi və iqtisadi maraqlarından irəli gəlir”

Qeyd edək ki, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyilə “Mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra araşdırmaların aparıldığını deyən Mərkəzin eksperti Rövşən Ağayevin sözlərinə görə, yeni Mənzil Məcəlləsinə məlum dəyişikliklərdən sonra mənzil istismar sahələri (MİS-lər) idarəetmə qurumu olaraq qalmamalı və onun yerində kondominiumlar (MMMC-lər) yaradılmalı idi. Onun fikrincə, latıncadan “Mənzil mülkiyyətçiləri birliyi” mənasını verən kondominium idarəçilik üsulu çoxmənzilli binaların istilik, təbii qaz, elektrik enerjisi, su, kanalizasiya, lift və digər kommunal xidmətlərlə təchizatını yaxşılaşdırmaq üçün ən işlək mexanizm hesab olunur: “Təəssüf ki, aradan 3 ildən də çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanda kondominium tipli müştərək birliklər hələ yaradılmayıb. Hələ də çoxmənzilli binaların idarəçilik sistemi köhnə qaydalara əsaslanır. Bu isə binaların idarəçiliyindəki mövcud problemləri həll etməyə imkan vermir”.

Mənzil Məcəlləsinə dəyişikliklərin icra olunmamasını bəzi dairələrin siyasi və iqtisadi maraqları ilə əlaqələndirən R.Ağayev hesab edir ki, MMMC-lərin yaradılması idarəetmədə əks-mərkəzləşmə tələb edir. Onun fikrincə, kondominiumların yaradılması o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərinin MİS-lərin timsalında çox böyük bir səlahiyyət dairəsi itiriləcək. Bu isə yerli özünüidarəetmə sistemində yeni bir səhifənin açılması, yeni prosesin başlanğıcı deməkdir: “Hökumət MİS-lərin ləğvi hesabına icra hakimiyyətlərinin zəiflədilməsinə özünü hələ ki, hazır bilmir”. İqtisadi səbəblərə gəlincə, ekspertin sözlərinə görə, mənzil-kommunal təsərrüfatı sektorunda kifayət qədər iri məbləğli vəsaitlər olduğundan böyük bir məmur ordusu bu sahəyə nəzarəti əldən vermək istəmir. İslahatların yubadılmasının bir səbəbini də məhz bununla əlaqələndirən R.Ağayevin fikrincə, əslində ləngimənin guya, vətəndaşların məlumatsızlığı ilə əlaqələndirilməsi çox zərərli və yanlış mövqedir: “Çünki vətəndaşların öz problemlərinin həllinin özlərinə deyil, hansısa məmura həvalə edilməsinə maraq göstərməsi inandırıcı deyil. Vətəndaş özünün idarə etdiyi qurumu yaratmağa daha çox meyl edər, nəinki icra hakimiyyətlərinin tapşırığı ilə işləyən və fəaliyyətində heç bir şəffaflığı olmayan bir qurumun qalmasına”.

Hər bir qanun kimi Mənzil Məcəlləsi də parlamentdə qəbul olunub. Bəs Milli Məclis üzvləri Məcəllənin icra olunmamasına nə deyirlər?


Ərəstun Cavadov: “Bəzi məsələlər Mülki Məcəllə ilə tənzimlənsə daha yaxşı olardı”

Deputat Ərəstun Cavadov hesab edir ki, Mənzil Məcəlləsinin 10-cu maddəsində əksini tapan mənzil-tikinti kooperativlərinin və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydalarını müəyyən edən vəzifələrlə bağlı bir qədər aydınlıq olmalıdır: “İstər mənzil-tikinti kooperativləri, istərsə də mənzil mülkiyyətçilərinin yaratdıqları müştərək cəmiyyətlər hüquqi şəxs statusu olan qurumlardır. Ona görə də hesab edirəm ki, bu növ hüquqi şəxslərin təşkili və fəaliyyəti Mənzil Məcəlləsi ilə deyil, Mülki Məcəllənin “Hüquqi şəxslər” adlanan 4-cü fəsli ilə tənzimlənməlidir. Ümumilikdə isə Məcəllə ölkədəki real mənzil münasibətlərinin vəziyyətini tənzimləməyə hesablanıb və onun tətbiqinə başlanması bu istiqamətdə xeyli problemin həllinə gətirib çıxaracaq”.


Qənirə Paşayeva: “Məcəllədə bir sıra vacib məsələlər də əksini tapsaydı daha yaxşı olardı”

Millət vəkili Qənirə Paşayeva hesab edir ki, yeni Mənzil Məcəlləsi ilə bağlı daha vacib məsələlər tənzimlənməli idi: “Son zamanlar Bakıda sürətli tikinti işləri gedir, yaşayış binaları, mənzillər tikilir. Təbii ki, bu, müsbət tendensiyadır. Amma binalar var ki, insanlar artıq illərdir orada yaşamalarına baxmayaraq, indiyə qədər qaz verilmir. Soruşanda ki, niyə verilmir, deyirlər, ona görə ki, bu bina təhvil verilməyib, bu bina normalara uyğun deyil, ona qaz verilməsi mümkün deyil, vaxtında icazə alınmayıb. Əgər bu bina tikilib, insanların istifadəsinə verilibsə, o deməkdir ki, binanın tikintisi tam başa çatıb. İnsanlar neçə ildir orada yaşayırlar, birdən məlum olur ki, bunun qaz sistemi normalara uyğun deyil və yaxud bu binaya qaz çəkilişi üçün vaxtında icazə alınmayıb, ona görə qaz verilməyəcək. Sonra bu problem dərinləşə-dərinləşə gedir, öz həllini tapmır və bundan insanlar əziyyət çəkirlər. Hansısa nöqsanlara yol verildiyinə, hansısa normalara riayət olunmadığına görə bu binada yaşayan insanlar öz evlərinin tam mülkiyyətçisinə də çevrilə bilmirlər. Ona görə də mənə elə gəlir ki, Mənzil Məcəlləsində biz bu məsələlərə xüsusi diqqət yetirməli idik. Məcəllədə göstərilməli idi ki, bu cür problemlərin meydana çıxmasına görə mənzil tikintisini həyata keçirən şəxslər və eyni zamanda, müvafiq dövlət qurumları qanun qarşısında məsuliyyət daşıyırlar”.


Əhməd Vəliyev: “Məcəllənin tətbiqinin gecikməsi vətəndaşları dövlətdən narazı salır”

Millət vəkili Əhməd Vəliyevin sözlərinə görə, yeni Mənzil Məcəlləsi hazırkı dövrdə dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüquqlarının həyata keçirilməsi və mənzil münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Məcəllədə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlər və bu münasibətlərdən irəli gələn mənzil hüquqları tam əhatə olunub. Bu Məcəllənin qəbul edilməsi, düşünürəm ki, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Lakin qanunun müzakirəsi zamanı da bəzi iradlarım olmuşdu, indi də deyirəm, dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı maddədə dövlət ehtiyacları deyəndə ilk növbədə bunun predmeti məlum olmalı, yəni konkret bilinməli idi ki, söhbət nədən gedir. Mən hesab edirəm ki, bu gün şəhərsalmanın özü də dövlət ehtiyacı kimi qiymətləndirilməlidir. Çünki bu gün, bilirsiniz ki, bizim uçuq-sökük xarabalıqlarımız var. Onların yenidən tikilməsi, qurulması üçün əhali oradan köçürüləndə yaşayış sahəsinin satın alınmasından söhbət gedir. Fərqi yoxdur, istər fiziki şəxs tərəfindən alınsın, istərsə də hüquqi şəxs tərəfindən alınsın. Ona görə mən istərdim ki, 31-ci maddədə ancaq dövlət ehtiyacları üçün yox, ümumiyyətlə, mənzilin geri alınmasından söhbət getsin və orada zonalar üzrə qiymətləndirilmə intervalı müəyyənləşsin. Doğrudur, layihədə göstərilir ki, bütün məsələlər mənzil sahibi ilə dövlət arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Lakin mənzil sahibi müqavilə şərtləri ilə razılaşmayanda dövlət orqanı məhkəməyə müraciət edir. Halbuki əgər biz bu məcəllədə qiymətləndirmənin intervalını müəyyənləşdirsəydik, nə o yaşayış sahəsinin mülkiyyətçisi narazı qalardı, nə də həmin sahəni alan sahibkar, dövlət və sair”.

MMMC-lərin yaradılmaması ilə bağlı məsələyə gəldikdə, Ə.Vəliyev deyir ki, ümumiyyətlə Məcəllənin tətbiqi ləngiyir: “Çox yaxşı olardı ki, bu ali qanunun tətbiqi tezləşdirilsin, çünki hazırda mənzil münasibətlərində bir anlaşılmazlıq hökm sürür ki, bu da sonda vətəndaşların dövlətdən narazı qalmasına səbəb olur”.


Həbibə ABDULLA
"Yeni Müsavat" qəzeti
 
Tarix: 28 Fevral 2013  |  Baxış sayı: 951




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV