Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bələdiyyələr “JEK“lərin işini görməyə hazırdırmı?
Tahir Rzayev: "Bəzi bələdiyyələr indi "JEK"lərin işlərini öz hesablarına həyata keçirirlər"

"Bələdiyyələrin fəaliyyətə başladığı vaxtdan etibarən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması, ünvan verilməyən yaşayış massivlərinin ünvanlaşdırılması, vətəndaşların mənzillə təminatı, köhnə və qəzalı vəziyyətdə olan mənzillərdə yaşayanların köçürülməsi üçün Dövlət Proqramının hazırlanmasına ehtiyac var. Biz həm də təklif edirik ki, ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatlar aparılmalı, Mənzil-İstismar Sahələri ləğv edilərək onun səlahiyyətləri bələdiyyələrə verilməlidir. Çünki ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir".

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın martın 5-də Milli Məclisdəki çıxışında səsləndirdiyi bu fikirlər mənzil-kommunal təsərrüfatı sektorunda ciddi islahatların aparılması və bu səlahiyyətlərin bələdiyyələrə verilməsi məsələsini yenidən aktuallaşdırıb. Ombudsmanı parlamentdə illik məruzəsi zamanı söylədiyi bu fikirləri həm də onunla əsaslandırıb ki, mənzil-kommunal təsərrüfatındakı mövcud idarəetmə metodları artıq səmərə vermir. Bu isə sonda vətəndaşların mənzil-mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır: "2008-2012-ci illər ərzində Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi ilə əlaqədar Ombudsmana 305 şikayət daxil olub. Ümumilikdə isə 2011-ci ilə müqayisədə ötən il mülkiyyət hüquqlarına dair müraciətlərin sayı 25,8 faiz artıb".

Bəs, Mənzil-İstismar Sahələrinin (MİS) səlahiyyətləri bələdiyyələrə verilərsə, yerli özünüidarəetmə orqanları bu işin öhdəsindən gələ bilərmi? Ümumiyyətlə, bələdiyyələrin çoxmənzilli binaların idarəçiliyində iştirakçılığı nədən ibarət olmalıdır? 

"Həftə içi" bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə dövlət qurumları, bələdiyyələr və müstəqil ekspertlərin fikirlərini öyrənib. Ümumi nəticə ondan ibarətdir ki, söhbət "JEK" adlandırdığımız MİS-lərin səlahiyyətlərinin bələdiyyələrə verilməsindən yox, mənzillərin idarəçiliyində yerli özünüidarə qurumlarının iştirakçılığının artırılmasından gedir. Ən əsası isə odur ki, bələdiyyələr özləri də bu xudmət sektorunda aktiv iştirakçılığa hazır kimi görünür.


"Proses əsassız şəkildə uzadılır"

Məclisin Regional siyasət komitəsinin üzvü, millət vəkili Tahir Rzayev MİS-lərin səlahiyyətlərinin bələdiyyələrə verilməsinin hələ də reallaşmasından təəssüfləndiyini gizlətmir. Onun sözlərinə görə, əslində çoxmənzilli binaların idarəçiliyinin bələdiyyələrə verilməsi üçün tutarlı maneə yoxdur və proses əsassız şəkildə uzadılır: "Bu gün "JEK"lərin fəaliyyəti tamamilə qüsurludur. Çünki onlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Hətta hazırda bələdiyyələr "JEK"lərin bəzi işlərini öz hesablarına həyata keçirirlər. Məsələn, mənim yaşadığım bina vaxtilə Dövlət Neft Şirkətinin balansında idi və həmin vaxt "JEK" çox yaxşı işləyirdi. Amma sonradan həmin "JEK" Neft Şirkətinin balansından çıxarılaraq icra hakimiyyətlərinə verildi və həmin vaxtdan bu qurum fəaliyyətsiz orqana çevrildi. İndi abadlıq işləri, zibillərin daşınması, yaşıllaşdırma kimi bəzi işləri bələdiyyə həyata keçirir və görülən işlərin də effekti var. Ona görə biz həmişə təklif etmişik ki, bu səlahiyyətlərə bələdiyyələrə verilməlidir. Eyni zamanda, "JEK"lərə ayrılan vəsaitlər bələdiyyələrin hesabına köçürülməlidir ki, onlar daha yaxşı işləsinlər. Güman edirik ki, mənzil-kommunal sektorundakı bu qeyri-müəyyənliyə tezliklərə son qoyulacaq və bələdiyyələrin səlahiyyətlərin artırılaraq onlara kommunal sektorda işləmək imkanı yaradılacaq".

Xatırladaq ki, mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması prezident İlham Əliyevin 15 fevral 2011-ci il tarixli fərmanı İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "Həftə içi"nə bildirib ki, hazırda 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin müddəaları üzrə əhali arasında maarifləndirmə işləri aparır. Onun sözlərinə görə, indiyədək bu istiqamətdə bir neçə bölgədə tədbirlər keçirilib, yerlərdə mənzillərin idarə edilməsininin yeni üsulları barədə izahat işləri aparılıb: "Bu tədbirlərin keçirilməsində əsas məqsəd mənzil fondunun idarə olunmasında yeni yanaşmaları mülkiyyətçilərin diqqətinə çatdırmaqdır. Çünki yeni idarəçilik metodları bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır və mənzil fondunun bu prinsiplərlə idarə olunması Azərbaycan üçün ciddi yenilikdir. Ona görə də qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün icra və bələdiyyə qurumları ilə birlikdə maarifləndirmə və təbliğat işlərinin aparılması vacib məsələlərdəndir".

Bələdiyyələrin bu proseslərdə iştirakının təmin olunub-olunmayacağına gəlincə, Abbas Əliyev yerli özünüidarəetmə orqanlarının əlavə səlahiyyətləri ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyini vurğulayıb.

Bələdiyyələr vasitəçi rolunda

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki,mövcud qanunvericilik mənzil fondunun idarəedilməsini tənzimləyən əsas qanun kimi Azərbaycanda bu sahədə 3 idarəetmə formasının olmasını tələb edir və bunların arasında MİS-lər yoxdur. Onun sözlərinə görə, Mənzil Məcəlləsində göstərilib ki, Azərbaycanda mənzil fondunun idarə edilməsi ya birbaşa mənzil mülkiyyətçilərinə, ya mənzil mülkiyyətçilərinin müştərək birliyinə, ya da özəl şirkətlərin idarəetməsinə həvalə olunmalıdır: "Yəni, bu sənəddə "JEK"lərin ümumiyyətlə adı çəkilmir. Digər tərəfdən hələ 1993-cü ildə qəbul edilmiş "Mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunda da nəzərdə tutulurdu ki, "JEK"lər mənzillər özəlləşdirilənə qədər fəaliyyət göstərəcək. Mənzillər özəlləşdirildikdən sonra isə "JEK"lərin yalnız müqavilə əsasında fəaliyyət göstərəcəyi vurğulanırdı. Amma bu gün araşdırdıqda məlum olur ki, bir dənə də olsun müqavilənin bağlanması nümunəsi yoxdur. Bu isə o deməkdir ki, "JEK"lər heç bir müqavilə bağlamadan insanların iradəsinə zidd fəaliyyət göstərirlər. Çünki Azərbaycan Konstitusiyasında da göstərilib ki, hər bir şəxs öz əmlakı üzərində öz istəklərinə uyğun sərəncam vermək hüququna malikdir. Bu, o deməkdir ki, əgər mən istəmirəmsə heç kim mənim evimə gəlib xidmət göstərə bilməz".

 
6 ay necə 4 il oldu?

Bu məsələdə bələdiyyələrin rolunun nədən ibarət olmasına aydınlıq gətirən ekspert bildirib ki,burada yerli özünüidarəetmə orqanları vasitəçi qismində iştirak edə bilər. Onun sözlərinə görə, bələdiyyələrin çoxmənzilli binaların idarəçiliyi prosesində iştirakı klassik formada deyil, ümumi nəzarət formasında planlaşdırılır. Bu isə o deməkdir ki, binaların idarəçiliyində bələdiyyələr yalnız vasitəçi qismində iştirak edə bilərlər: "Tutaq ki, mənzil sahibləri və ya kondominiumlarla özəl şirkətlər, yaxud da mənzil sahibləri və ya kondominiumlarla dövlət arasında koordinasiya rolunu oynayır. 1999-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində göstərilib ki, əgər 6 ay müddətində kondominiumlar yaradılmazsa, bələdiyyələr işə müdaxilə edə bilər. Yəni müdaxilə ondan ibarətdir ki, bələdiyyə özü mülkiyyətçiləri bir araya gətirərək təsis yığıncağı keçirir. Əgər yeni yaradılan qurum özünü doğrultmasa, o zaman bələdiyyə mənzil fondunun idarə edilməsi üçün açıq müsabiqə təşkil edir. Hətta Nazirlər Kabinetinin belə bir müsabiqənin keçirilməsi ilə bağlı qərarı da mövcuddur. Bu prosesin də uğurlu alınmadığı təqdirdə isə bələdiyyə idarəetməni özəl şirkətlərə təklif edir". 

Bələdiyyələrin bu məsələdə digər koordinasiya rolunun nədən ibarət olduğuna gəlincə, Samir Əliyev deyir ki, yerli özünüidarəetmə orqanları həm də yeni idarəetmə qurumlarına binaların təmiri və başqa ehtiyacları ilə bağlı dəstək verə bilər. Onun fikrincə, əslində bu məsələdə bələdiyyə idarəetmə orqanı ilə vəsait ayıracaq qurum arasında vasitəçi rolunu oynayır: "Bu təcrübə daha çox Rusiyada tətbiq olunur. Bu ölkədə fəaliyyət göstərən xüsusi fondlar mənzil fondlarını idarə edən qurumların maddi ehtiyaclarını qarşılayırlar. Tutaq ki, hansısa binanın yenidən qurulması üçün vəsait lazım olanda idarəçilər yerləşdikləri ərazi üzrə bələdiyyələrə müraciət edirlər. Həmin müraciət əsasında binanın yenidən qurulması üçün qiymətləndirmə aparılır və konkret rəqəm müəyyənləşdirilir. Bu məbləğin 5 faizini mənzil mülkiyyətçiləri özləri toplayır, 10 faizini bələdiyyə öz hesabından ödəyir, digər məbləğ isə bələdiyyənin vasitəçiliyi ilə xüsusi fonddan ayrılır. Göründüyü kimi, bu məsələdə bələdiyyə həm ümumi nəzarəti, həm də vasitəçiliyi yerinə yetirəcək".

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Tamerlan Qurbanov da bu təcrübənin Azərbaycanda tətbiqinin tərəfdarıdır. Onun sözlərinə görə, bələdiyyələr indiki "JEK"lərin öhdəsindən gələ bilmədiyi səlahiyyətləri daha keyfiyyətli şəkildə reallaşdırmağa hazırdır. Tamerlan Qurbanov bunun üçün bələdiyyələrin, xüsusilə də şəhər bələdiyyələrinin kifayət qədər potensialı var: "Onsuz da indi "JEK"lərin bəzi işlərini yenə də biz görürük. Məsələn, öz hesabımıza zibillərin daşınmasını, abadlaşdırma işlərini həyata keçiririk. Halbuki bu işləri görmək üçün "JEK"lərə dövlət tərəfindən maliyyə vəsaiti ödənir. Biz də tərəfdarıyıq ki, bu məsələdə qeyri-müəyyənlik aradan qaldırılsın. O zaman həm görülən işlərin effekti, həm də təklif olunan xidmətlərin keyfiyyəti yüksək olar".

Sevinc
"Həftə içi" qəzeti

Tarix: 14 Mart 2013  |  Baxış sayı: 899




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV