Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Coca-Cola dünyanın ən bahalı brendidir

Onun qiyməti 68,7 milyard dollardır

İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın ən bahalı brendi Coca-Cola şirkəti olub. Şirkətin ticarət markası ötən illə müqayisədə 3% artıb və hazırda 68,7 milyard dollar dəyərində qiymətləndirilir.  Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.

Reytinq cədvəlinə dünyanın 100 ən bahalı ticarət nişanları daxil edilib. Siyahıda olan 100 şirkətin 51-i ABŞ-ən payına düşür. Siyahını yekunlaşdıran son 2 şirkət də məhz Amerika şirkətləridir.  99-cu yerdə 3,09 milyard dollar dəyəri olan Polo Ralph Lauren’s şirkəti, 100-cü yerdə isə 3,08 milyard dollar dəyəri olan Campbell`s şirkəti gəlir. Almaniyanın 11, Fransanın 8, Yaponiyanın 7, İsveçrənin 5, Birləşmiş Krallığın və  İtaliyanın isə 4 şirkəti dünyanın ən bahalı brendləri siyahısındadır.

Coca Colanın əsas rəqibi olan Pepsi Cola isə bir az irəliləyərək 23-cü yerdə qərarlaşıb. Onun dəyəri 13,7 milyard dollar qiymətləndirilir.

Reytinq cədvəlinin 2-ci pilləsində İBM gəlir. Onun dəyəri 60,2 milyard dollar qiymətləndirilir. Ötən ildən bəri İBM-in nişanı 2% bahalaşıb. Digər brendlərin dəyəri isə 2007-ci ildən bəri ucuzlaşır.

Microsoft firması cədvəlin 3-cü pilləsində gəlir. Onu mütəxəssislər 56,6 milyard dollar məbləğində dəyərləndirilir. Interbrand-in hesabatında göstərilir ki, brendin qiymətinin düşməsində Internet Explorer brouzerinin bazarda mövqeyini itirməsi də təsir göstərir.

2009-cu ilin ilk beşliyini  General Electric (10% azalaraq 47,8 milyarda düşüb)  və Nokia (4% azalaraq 34,9 milyarda düşüb) tamamlayır.  Növbəti yerləri McDonald's, Google, Toyota, Intel və Disney bölüşdürür. İlk onluq arasında ən çox bahalaşma Google brendində olub. İnternetdə ən məşhur axtarış sisteminin brendinin qiyməti ötən illə müqayisədə 25% artaraq 32 milyard dollara çatıb.

2008-ci ildə ilk beşliyə Coca-Cola, Microsoft, IBM, General Electric və Nokia daxil olub. Cari ildə bu pillələrdə demək olar ki, dəyişiklik olmayıb. Nokia istisna olmaqla hər 4 şirkət ABŞ-a məxsusdur.

Interbrand-in hesabatında deyilir ki, maliyyə böhranı 2009-cu ildə maliyyə brendlərinin qiymətini xeyli azaldıb. Ancaq texnoloji brendlərin dəyəri dəyişməyib. İstehlak malları ilə bağlı olan ticarət markaları isə əksinə artır.

Tarix: 19 Sentyabr 2009  |  Baxış sayı: 977




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV