Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ekspert kreditlərlə bağlı rəsmi məlumatı şərh edir
Bu il mayın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 665 903 borcalan və 599 475 zamin haqqında məlumat toplanıb. APA MKR-in yanvar-aprel aylarının nəticələri ilə bağlı açıqladığı hesabata əsaslanıb belə məlumat yayıb.

Yanvar-aprel aylarında MKR-in xidmətlərindən 43 bank və 22 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Dövr ərzində reyestrdə 626 630, o cümlədən banklar və BOKT-lar tərəfindən 625 136 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 2,8 dəfə artıb. Kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı da kəskin çoxalıb. İlin ilk 4 ayında 1 494 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib (2012-ci ilin 4 ayında bu göstərici 589 nəfər olub). Hesabat dövrünün sonuna MKR-də kredit məlumatlarının sayı 4 881 578 olub. 

2005-ci ildə fəaliyyətə başlayan MKR-ə həmin il 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163, 2012-ci ildə 1 026 730 sorğu göndərilib.

İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına deyib ki, Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin artmasının səbəbi daha çox banklarla bağlıdır: “Çünki müraciətlərin 99 faizi bank və bank olmayan kredit təşkilatlarının payına düşür. Hazırda kredit götürənlərin sayı 1,6 milyon nəfər, kredit məlumatlarının sayı isə 4,9 milyondur. Bu o deməkdir ki, hər müştərinin adına 3 kredit tarixçəsi var. Reallıq doğrudan da belədir. Bir adamın adına bir neçə bankda kredit xətti açılıb”.

Ekspert bildirib ki, bu gün kredit ödəmələrində problemlərin mövcudluğu və vaxtı keçmiş kreditlərin artması bankları etibarlı müştəri axtarmağa sövq edir: “Çünki insanlar bir bankdan kredit götürməklə digər bankdakı kredit borclarını ödəyirlər. Yaxud bir şəxsin banka borcu ola-ola yenidən müraciət etməsi halları da var. Bütün bunlar bankları ehtiyatlı davranmağa sövq edir. Buna görə həm banklar, həm də BOKT-lar kredit üçün onlara müraciət olunanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğu göndərir. Bu xidmət bankların özünü sığortalamasına yardım edir, onların problemli müştərilərdən can qurtarmasına imkan verir. Əslində, müraciətlərin sayı kredit qoyuluşunun həcmi ilə bağlıdır, kredit qoyuluşu artdıqca müraciətlərin sayında da artım müşahidə olunur. Üstəgəl, aprel ayında Mərkəzi Bank müraciətin qiymətini 2 manatdan 1 manata endirdi. Bu da artıma təsir göstərib. Bunun nəticəsidir ki, müraciətlərin sayı 133269-dan (martda) 196679-a (apreldə) yüksəlib. Fikrimcə, artım davam edəcək”.

 

 
Tarix: 25 Iyun 2013  |  Baxış sayı: 1108




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV